Tənha qalma qorxusu

bekar-500x300-1

 

 

 

 

 

 

 

Hər bir insanın daxilində heç kimə demədiyi, bəzən dilə gətirməkdən belə çəkindiyi qorxuları var.
Bunlardan biri də qocalma, tək , möhtac qalma qorxusudur.
Əsasən, ailə qurmayan , ailə qurub ayrılan və ya övlad sahibi olmayan insanlarda tənhalıq qorxusu daha çox müşahidə olunur.
Bəzən bu tip insanlarda dərinləşmiş obsessiyalara və major depressiyaya daha çox rast gəlmək olur.
Onlar başqalarının bu qorxudan xəbərdar olmasından çox çəkinirlər.
İslamda olan insanların Allaha sevgisi onlarda bu duyğuları müəyyən dərəcədə azaldır. “Bir gün gəlmişik, bir gün gedəcəyik” və ya “Heç kim tək deyil, Allahın nəzarəti daim üstümüzdədir” bu və bu kimi fikirlər onları müəyyən qədər sakitləşdirir.
Təcrübəmə baxanda daha çox insanın onu vaxtında başa salmadıqlarını, gələcəklə bağlı xəbərdarlıqların az olduğunu dilə gətirirlər. Məsələn, “Mənim ağlım yox idi, bəs böyüklərimə nə gəlmişdi?”
Əslində islamda “Evlənmə yaşına çatmış övladlarınızı evləndirin” fikri islami öhdəlik kimi götürülür.
Tənha qalma qorxusu ən çox övlad sahibi olmayan insanları daha çox narahat edir.
Düzdür, övlad sahibi olmaq sizin tək qalmayacağınız mənasına gəlməz. Çünki valideynlərinin yanında olmayan və yaxud uzaq ölkələrdə yaşayan insanlar var ki, bəzən illərlə valideyndən xəbər belə tutmurlar.
Əslində yaş irəlilədikcə insan daha çox qayğı və nəvazişə ehtiyac duyur.
Bəzən tənha insanlarda həyəcan və təşviş pozuntusu daha çox görülür.
Yaşadığınız müddətcə cəmiyyətə faydalı olmağa , yaxşı dostlar, ailə, övlad sahibi olmağa çalışsaq, daha çox tənhalıq barədə düşünərik.
Hər günü ən son günmüş kimi yaşamağa çalışın deyəndə də islam əslində bunu nəzərdə tutur.
Hər gün dəyərlidir, hər gününüz gözəl, mənalı və dəyərli keçsin.

Müəllif : Lalə Əhmədova – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu

Share to Odnoklassniki