Ailədaxili münaqişələr: səbəb nədir?

IMG_4733

Ailə münaqişələrinin faciəvi sonluğu. Ailə daxilində baş verən adi bir mübahisə onun üzvlərindən birinin xəsarət alması ya da həyatı bahasına başa gəlir.

Bu qəbildən olan cinayət hadisələrinə diqqət yetirdikdə isə məlum olur ki, ailədaxili çəkişmələrin əsas zərbəsini qadınlar və azyaşlılar görür. Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, filmlərin böyük təsiri var, xüsusən də Qərbdə çəkilən filmlər cinayət prosesini sanki insanlar üçün adiləşdirir: “Hətta Qərbin bir çox ölkələrində insan öldürməyin kriteyaları var. Yəni cinayət işində hökm az olsun. Məişət zəminində baş verən yaxın qohumlar arasında konfliktlərin kökünə fikir versək, o da gəlib ailə münasibətlərinə çıxır, ailədəki problemlər sonra tayfadakı problemlərə sirayət edir”.

Elə ötən həftə Cəlilbadda ana və iki azyaşlı uşağın mətbəx bıçağı ilə öldürülərək yanıdırlması, ardınca Binəqədidə hissələrə ayrılmış vəziiyətdə tapılan başsız qadın meyiti dediklərimizə əyani sübutdur. Hüquqşünas Bəhruz Bayramov deyir ki, o cinayətləri törədən şəxslər psixotrop maddələrdən sərxoşluqdan törədirlər: “Bir çox hallarda qısqanclıq zəminində olur. 90% şəxslər cinayəti tərədəndən sonra peşman olurlar”.

Şəhər sakinləri isə deyir: “Qəddarlaşıblar insanlar. Məhəbbət qalmayıb insanlarda, istər anaya, istər balaya qarşı. Cavanlarda çox hövsələsizdir. Misal üçün oğlum hirslənir nəsə çatışmayanda mən araya girirəm ki, belə olmaz; Ailə özü bir mədəniyyətdir. Bizd ə ailəni o səviyyəyə çatdırmamalıyıq ki, bu cür hadisələr yaransın. Hər bir insanın problemi olur, amma o demək deyil sən baltanı bıçağı götürməlisən əlinə”.

Elnur Rüstəmov deyir ki, istənilən münaqişədə zaman götürsünlər: “Yəni əgər bir konflikt varsa 5-10 dəq diqqəti başqa bir şeyə yönəltsinlər. Ondan sonra prosesə yenidən baxa bilərlər. Tutaq ki, həyətə düşə bilər təmiz hava ala bilkər. Çünki o halda bütün diqqət fokuslanır ki, problemi çözsün onun üçün fərqi yoxdur hansı formada. Görün hadisə nə yöndə olur ki, cinayət tək həıyat yoldaşı səviyyəsinəd yekunlaşmır o aqressiya uşaqlarada sirayət edir”.

Ailədə yaranan münaqişələrin sonda qətllə nəticələnməsinin səbəbi kimi bəzi insanların vaxtında tədbir görməməsindən irəli gəlir. Məsələn Ana öz övladı barədə polisə məlumat vermir və ya qadın öz həyat yoldaşından şikayət eləməyi özünə sığışdırmır. Arada olan münaqişə isə qalır və getdikcə dərinləşir.

Hər halda cəmiyyətin ümumi bəlasına çevrilən bu problem hər kəs üçün bir ismarıc olmalıdır.Ən azından münaqişə olan ailədə böyüyən azyaşlıların gələcəyi naminə valideyinlər hər bir kompramisə getməlidirlər.

http://www.atvxeber.az

Share to Odnoklassniki