Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun Orduya dəstək məqsədilə yaratdığı “Təşəbbüs qrupu” öz fəaliyyətini uğurla davam etdirir.
Ötən gün Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov və institutun bir neçə əməkdaşı
igid əsgərlərimizə baş çəkmək üçün cəbhəyə yollanıb, “Təşəbbüs qrupu” adından onlara “Əsgər payı” və institutun əməkdaşları tərəfindən əsgərlərə ünvanlanan məktubları aparıblar.
Vətən müharibəsində hər birimiz döyüşçüyük!
Biz də arxa cəbhə döyüşçüləri olaraq qələbəyə gedən yolda birləşərək, mənəvi güc ilə yanaşı, maddi güclərimizi də birləşdirərək ordumuza əlimizdən gələn köməyi etməyə çalışırıq.
Amalımız bütöv Azərbaycan, and yerimiz Vətəndir!
Qələbə bizimdir!
Qarabağ Azərbaycandır!
Biz zəfər çalacağıq!
Ek alanı