Müharibə, insanlar və cəmiyyətlər üçün fəlakətlə eyni bir mənanı daşıyır, qorxu, narahatlıq, təşviş, xaos kimi bir çox mənfi hiss ilə assosiasiya təşkil edir. Bu səbəbdən də birbaşa olaraq insanların psixi sağlamlığına təsir göstərir. Müharibə və bu istiqamətdə davam edən proseslər ölüm, yaralanma, xəstəlik, aclıq, həyat rutinində dəyişiklik, evindən, işindən, məktəbindən, ya da yaşadığı ərazidən uzaqlaşma və iqtisadi çətinliklər, insanların gücsüz və təhlükəli vəziyyət yaşamasına səbəb olur. Travmatik təsirlər, insanlarda fiziki və psixoloji problemlərin ortaya çıxmasına səbəb olur. Əxlaqi dəyərlərinə də zərər verir. Yəni, insanların gələcək həyatında mənfi nəticələrə gətirib çıxarır.
Qadınların psixikasına daha çox təsir göstərir…
Qadınlar, müharibə, terror hadisələri və cəmiyyətdə narahatlıq yaradan bənzər bütün mənfi situasiyalardan kişilərlə müqayisədə daha çox təsirlənirlər. Kişilər, emosional reaksiyalarını daha yaxşı nəzarət altında saxlaya bilir, buna görə də müharibə zamanı mübarizəni daha adekvat şəkildə davam etdirə bilirlər.
Aparılan tədqiqatlarda, müharibədə iştirak edən kişilərdə Müharibə Sindromu adı verilən və Posttravmatik Stress Pozuntusuna səbəb olan psixoloji narahatlıq müşahidə olunur.
Kişilər struktur baxımdan daha dayanıqlı olurlar. Onlar dünyaya gəldikləri andan etibarən cəmiyyət daxilində evini, həyat yoldaşını və ailəsini qoruyan, lazım olanda vətəni üçün canını verəcək tərzdə böyüdülürlər. Buna görə də emosional reaksiyalarını daha yaxşı idarə edə bilir, lazım olduğu təqdirdə gizlədə bilirlər.
Mütəxəssis dəstəyi vacibdir…
Müharibə, insan və cəmiyyətin psixologiyasına birbaşa təsir göstərən və təşviş hissinə təsir göstərərək bir çox xəstəliyi stimullaşdıran faktordur. Müharibə coğrafiyasının daxilində və ətrafında olan insanlara mütləq psixoloji dəstək göstərilməlidir. Sağlam nəslin formalaşması üçün həm müharibə ilə üzləşən, həm də birbaşa və ya dolayı şəkildə təsirlənən bütün insanlara disiplinar tərzdə psixososial dəstək verilməlidir.