Müharibə anlayışı psixoloji aspektdə ilk dəfə 1910-cu ildə araşdırılmışdır. Onu araşdıran ilk psixoloq “Savaşın əxlaqi dəyəri” mövzusunda məqalənin müəllifi William Ceyms olmuşdur.
Adı çəkilən məqalədə Ceyms müharibənin həm ayrı-ayrı fərdlər, həm də bütöv bir toplum üzərindəki psixoloji təsirlərini önə çəkmişdir.
Onun fikrincə, müharibə kollektiv təhdid qarşısında birlik duyğusunu oyandırır, insanları bir-birinə bağlayır. Həm də yalnız müharibədə iştirak edən ordunu deyil, bütövlükdə bütün toplumu bir-birinə bağlayır və insanlarda Ceymsin “disiplin” olaraq adlandırdığı “kütləvi hədəflər”ə bağlılıq duyğusu yaradır.
Müharibə yalnız əsgərlərə deyil, hər bir vətəndaşa ölkə üçün daha böyük bir yaxşılığın uğrunda şərəfli və vicdanlı şəkildə davranmaqları üçün ilham verir.
Müharibənin ayrı-ayrı fərdlərə müsbət təsirlərindən biri də onları daha canlı, daha oyanıq hiss etdirməsidir.
İnsan üçün məqsəd və məna kəsb edər, günlük monotonluqdan uzaqlaşdırar.
Steve Taylor William Ceymsin araşdırmalarına əlavə olaraq bir məqamı da qeyd etmişdir:
Müharibə qrup kimliyi ilə sıx bağlıdır. Ümumiyyətlə, insanlar etnik kök, milliyyətçilik, dini inancda özünü rahatlıqla göstərə bilən güclü bir qrupa ehtiyac duyarlar. Müharibə bizim etnik qrupumuza, ölkəmizə və ya dinimizə bağlı qalmağa və bundan qürur duymağa təşviq edir. Burda əsas məqam kimliyimizlə qürur duymaqla yanaşı, bunun bizdə digər qruplara qarşı yaratdığı dayanıqlılıqdır.
Bəlli bir qrupa mənsub olmaq, orada doğmalaşmaq, kök salmaq avtomatik olaraq digər qruplara qarşı rəqabət, düşmənlik duyğusu, beynimizdə “bizdən olanlar” və “bizdən olmayanlar” anlayışlarını ayırd edir.
Fransa Lape Xəstəxanasının uzman psixiatrı, dr. Haluk Arslan müharibənin insanın ruhi sağlamlığına ciddi təsir göstərdiyini bildirib. Qadınlar dava-dalaş, müharibə və bu kimi bütün mənfi situasiyalardan kişilərə nisbətən daha çox təsirlənirlər, bu da onların kişilərdən daha çox emosional olduqları ilə bağlıdır. Kişilər isə duyğularını daha yaxşı idarə edə bildikləri və hislərinə hakim kəsilməyi bacardıqları üçün müharibə şəraitində daha çox dayanıqlılıq göstərə bilirlər.
Müharibə şəraitində bundan psixoloji olaraq təsirlənən və emosiyalarını cilovlamağı bacarmayan şəxslərin psixoloji dəstək alması məqsədəuyğun hesab olunur. Çünki ruhi sağlamlığın başlıca şərti pozitiv atmosferin yaradılması, yüksək əhval-ruhiyyənin təmin olunması hesab edilə bilər.
Qeyd etmək lazımdır ki, ədalət prinsipi insanların psixi sağlamlığında böyük rol oynayır. Biz işğala məruz qalan xalq olduğundan daha dayanıqlı, mübariz, qorxmazıq. Azərbaycan xalqı olaraq hər bir vətəndaş mənfur erməni vandallarına qarşı bir nəfər kimi savaşır. Müharibədə insan faktorunun əsas rol oynadığını nəzərə alsaq hazırki durumda Azərbaycan xalqının Cənab Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Şanlı ordumuzun zəfər çalmasında qeyd etdiyimiz məqamlar mühüm rol oynayır.
Müəllif: Leyla Əliyeva – Psixologiya Elmi Tədqiqat İnstitutunun mütəxəssisi, psixoloq
Ek alanı