Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutu Orduya dəstək məqsədilə “Təşəbbüs qrupu” yaradıb.

  • Home
  • Xəbərlər
  • Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutu Orduya dəstək məqsədilə “Təşəbbüs qrupu” yaradıb.
IMG-20201006-WA0047
Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutu Orduya dəstək məqsədilə “Təşəbbüs qrupu” yaradıb.
Təşəbbüs qrupunun yaradılmasında məqsəd Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yüksək şücaət və qəhrəmanlıq nümayiş etdirərək vuruşan hərbi qulluqçular və onların ailələrinə ödənişsiz psixoloji dəstək göstərməklə əhali arasında yüksək əhval-ruhiyyəni təmin etmək, pozitiv atmosfer yaratmaqdır.
İndi xalq olaraq üçrəngli şanlı bayraq altında bir yumruq kimi birləşməyin vaxtıdır.
Arxa cəbhə döyüşçüləri olaraq qələbəyə gedən yolda biz də ordumuza, xalqımıza əlimizdən gələn dəstəyi göstərməyə hazırıq!
Biz birlikdə güclüyük.
Qarabağ Azərbaycandır!
Qeyd edək ki, ölkəmizdə fəaliyyət göstərən akademik, eləcə də praktik psixoloqlar “Təşəbbüs qrupu”nda təmsil olunurlar. Əlavə olaraq arzu edənlər bizimlə əlaqə saxlayaraq “Təşəbbüs qrupu”na qoşula bilərlər.
Bizimlə əlaqə:
☎️012 563 00 44,
055 257 27 00
Ünvan:
Psixologiya Elmi-Tədqiqat İnstitutu,
I mərtəbə otaq 101,
Ziya Bünyadov prospekti 38,
 Aşıq Molla Cümə küçəsi ilə kəsişmə.
Ek alanı
Share to Odnoklassniki