Koronavirus: bütün hökumətlərin və onların elmi məsləhətçilərinin indi etməli olduqları üç şey
“Hər kəsə açıq və ortaq araşdırma daha yaxşı araşdırmadır, çünki daha geniş qrup mütəxəssislərə fərziyyələri yoxlamağa, nəticələrini sorğulamağa, səhvləri araşdırmağa və sınamağa imkan verir.”
“Bir millətin fiziki sağlamlığı ilə bağlı ən vacib seçimlərdən bəziləri gizli şəkildə bir ovuc adam tərəfindən idarə edilir.”
Altmış il əvvəl, kimyaçı, yazıçı və məmur Charles Percy Snow”Elm və Hökumət” kitabında İkinci Dünya Müharibəsi illərində hökumətlərə verilən elmi məsləhətlərin dəlil olmaması üçün məhv etmələri barədə şokedici məqamları ortaya çıxartdı. Dünyada baş verən ən pis yoluxucu xəstəliklərin birinin üzərində dayandığımız zaman, onun müşahidələri bu gün də aktual hesab olunur.
Dünyanın hər yerində ölkələr koronavirus pandemiyasına müharibə illərində atılan addımlarla cavab verir : sərhədlər bağlanır,icmalara karantin qoyulur; yığıncaqlar ləğv edilir; restoranlar bağlanır; fabriklər və otel otaqları rekvizitləşdirilir.
ABŞ və Birləşmiş Krallıq da daxil olmaqla bir çox ölkədə hökumətlər qərarlarının əsaslandığını sübut etməzdən əvvəl gizli şəkildə vacib qərarlar qəbul edir və elanlar verirlər. Əsas məsələ hökumətlərin necə işləməsi yox,gizliliyin sonadək qorunmasıdır. Avropa yeni episentrə çevrilərkən və bütün ölkələrdə hadisələr artmaqda davam edərkən, bu 3 məqam əsas götürülməlidir.
Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl edin
Nə Amerika Birləşmiş Ştatları, nə də Böyük Britaniya, mümkün qədər COVID-19 hadisəsini aqressiv formada sınayan, izləyən və təcrid etməkdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsinə əməl etmədiyini söyləmədi. Onlar bunu bəzi dünyanın ən yaxşı virusoloqları və yoluxucu xəstəlik epidemiologları tərəfindən tövsiyə olunduğunu iddia edirlər,bu doğrudur. Ancaq eyni zamanda, heç bir hökumət öz əhalisini ÜST-ün təcrübəsinə və kəskin tənəffüs sindromu ilə əlaqədar olan –Ebolanın müalicəsi ilə Covid-19-un müalicəsinin eyniləşdirib, onlar üzərində aparılmasını istəməz.
Cəmiyyətin sağlamlığının daha mərkəzli idarə olunduğu Birləşmiş Krallıq və digər ölkələrdə bu məhdud sınağı həyata keçiribər. Bunun əksinə olaraq, müvafiq yumşaltma tədbirləri fərqli olsa da, Çin və Cənubi Koreya da əvvəldən bunu tətbiq etdilər və bunu davam etdirirlər. İndi hər iki ölkədə virusun yayılması azalıb. İşlərin təcavüzkar formada sınaqdan keçirilməsi və əlaqələrin ləğvi hələ də ABŞ üçün elan edilmiş siyasət prioriteti deyil, burada əsas məsələ COVID-19 diaqnostik testlərinin azlığı və vahid dövlət səhiyyə sisteminin olmamasıdır.
ÜST-nin ən böyük donoru olan üzv ölkələri tənqid etməsi nadir haldır. Baş direktor Tedros Adhanom Ghebreyesus, keçən həftə söylədiyi fikirləri birmənalı deyildi: “Virusun harada olduğunu bilmirsinizsə, mübarizə edə bilməzsiniz. Hər bir hadisəni tapmaq, təcrid etmək, sınamaq və müalicə etmək, ötürmə zəncirlərini qırmaq üçün sağlam nəzarət gərəktirir.”
D.Trump “İnfeksiyaların qarşısını almaq və həyatını xilas etmək üçün ən təsirli yol ötürmə zəncirlərini qırmaqdır. Bunu etmək üçün sınamalı və təcrid olunmalısan. Atəşlə mübarizə edə bilməzsiniz. Kimin yoluxduğunu bilmiriksə, bu vəba xəstəliyini dayandıra bilmərik. ”
Sübutları qeyd edin və hər kəsə açıq araşdırma aparın
Virus genlərinin ardıcıllığından tutmuş, epidemiologiya tədqiqatlarına qədər olan məlumatların paylaşılması, virusun necə yayıldığını və necə cilovlandığını izləmək üçün lazımdır. Hökumətlər üçün işləyən və məsləhət verən tədqiqat rəhbərləri də bunu etməlidirlər. Hər kəsə açıq və ortaq araşdırma daha yaxşı araşdırmadır, çünki daha geniş qrup mütəxəssislərə fərziyyələri yoxlamağa, nəticələrini sorğulamağa, səhvləri araşdırmağa və sınamağa imkan verir.Təəssüf ki, hökumətin elmi məsləhətlərinin əsasını qoyan dəlillərə gəldikdə, bu, kifayət etmir.
Sübutları dərc etməyin vacibliyi özünü Birləşmiş Krallığın və digər ölkələrin tətbiq etdiyi məcburi məktəb və iş yerlərinin bağlandığının təxirə salınması barədə mübahisəli qərarında daha da aydın göründü. Baş elmi məsləhətçi Patrick Vallance’ın izah etdiyi kimi, ilkin düşüncələrin bir hissəsi, sağlam insanlar üçün yüngül bir xəstəlik kimi özünü ehtiva edir. Daha çox insan immunitet qazanarsa, virus ötürülməsini azalacaqdır. Bu səbəbə görə, belə bir hərəkət infeksiyaların zirvəsini də gecikdirəcək və azaldacaq. Lakin bu yanaşmanın arxasında heç bir dəlil aşkarlanmadı.
Tədqiqatçılar başa düşürlər ki, bilinməyən və sürətlə inkişaf edən bir vəziyyətdə siyasətdəki qəfil dəyişikliklər də zəruridir. Lakin hökumətlər əsas məlumatları, modellər və fərziyyələri açıqlamazdan əvvəl bu siyasətləri elan etməklə etimadlarını itirmək riski daşıyırlar.
Nazirlər və onların elmi məsləhətçiləri, nisbətən kiçik qruplarda qərar qəbul etməkləri,açıqlamalar, müsahibə vermək və ya məqalə yazmaqları İkinci Dünya Müharibəsi modelinə qayıtmış kimi görünür. Siyasətçilər və onların elmi məsləhətçiləri zamanla tanış olmalı və açıq araşdırmalara başlamalıdırlar. Viroloqlar, epidemioloqlar və tədqiqatçılar kollektiv ekspertizadan istifadə etməlidirlər. Bu, həyat və iqtisadiyyatın gələcəyindən asılı olan qərarlar qəbul edərkən indi vacibdir.
Beynəlxalq əməkdaşlıq insanların həyatını xilas edəcəkdir.
Müəllif: Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin mütəxəssisi, psixoloq Sevinc Abdullayeva
ABŞ Prezidenti Donald Trump rəhbərliyinin beynəlxalq əməkdaşlıq dəyərinə şübhə ilə yanaşdıqları və birtərəfli qərarlar qəbul etdikləri zaman, daha kollektiv və şəffaf yanaşma təşviq etməsi şübhəsizdir. ABŞ-ın Çindən və İrandan, daha sonra Avropa ölkələrindən, bu ölkələrin əksəriyyəti ilə məsləhətləşmədən uçuşların qadağan edilməsi qərarı və uçuş qadağaları ölkənin daxilində dolaşan bir virusun yayılmasını yavaşlatacağına dair dəlildir.
Amma məsləhətçilər səbr etməlidirlər. Kollektiv fəaliyyətin hər kəsin maraqlarına uyğun olduğuna dair rəhbərlərini inandırmalıdırlar. Məsələn, ÜST-nin təhlili ilə razılaşmırlarsa, bunun səbəbini izah etməlidirlər. Bir-biri ilə əlaqəli bir dünyada pandemiyanı məğlub etmək üçün ölkələr qərarlarını geri qaytarmaq üçün tam və şəffaf bir dəlil təqdim etməli və bu dəlili birlikdə virusu məğlub edə bilməsi üçün bölüşməyə hazır olmalıdırlar.