Alkoqol bütün dünyada ta qədim zamanlardan insanlıq tarixində pis istiqamətdə istifadə edilən və gedərək tükətimi, istehsalı artmağa davam edən bir maddədir. Sosial problemlerdəki gərginlikləri azaldan, böhran vəziyyətindən və sıxıntılardan yaxa qurtarmaga dirnaqarasi kömek olan farmakoloji bir madde olan alkoqol bugünümüzdə “xalq sağlığı problemi” vəziyyətindədir. Alkoqolizm çoxfaktorlu bir pozuntu olaraq tanınır. İrsi faktorlar, sosial və çevrəsəl faktorlar, şəxsiyyətin özəllikləri və bioloji faktorlar bir-biri ilə qarşılıqlı əlaqədə olaraq bu asılılığın yaranmasında böyük rol oynayır. Alkoqolizmin dəqiq və konkret olaraq bir tərifi yoxdur. Lakin ümumi müddəalara əsasən demək mümkündür ki, insanların sağlamlığını, işini, ailə münasibətlərini önəmli dərəcədə ləngidən sıxlıqda alkoqolldan istifadə xroniki alkoqolizmdir.
1.YÜNGÜL ALKOQOL ZƏHƏRLƏNMƏSi. Qanda alkoqolun migdarı 200mg/100ml olduqda ortaya çıxan balansız, tarazlığı pozulmuş hərəkətlər, şəxsin danışığında əmələ gələn pozuntular, kəkələmələr, diqqət və yaddaşın müvəqqəti pozuntusu, tənqidi münasibətin zəifləməsi və implusiv merkezdeki əksikliklər kimi göstəricilər ortaya çıxan haldır. 400-500 mg olanda alkoqolun miqdarı koma və təxmini olaraq 600-800mg olduqda isə ölüm halları müşahidə olunur. Bu cür zəhərlənmələr pataloji zəhərlənmələrdən fərqlidir. Bu gördüyümüz kimi miqdarından asılı olaraq müxtəlif fəsadlara yol aça bilər. Az dozda qəbul olunmuş alkoqol ilə ortaya çıxan və bir neçə saata qədər davam edə bilən şüur pozuntuları, eşitmə və görmə hallüsinasiyaları ilə xarakterizə edən bir haldır. Əsəb, qəzəb, affektiv hallar, aqressiv hərəkətlər bu tutmalar sırasında sıx görülən davranışlardır. Dərin bir yuxu ilə sona çatır yüngül alkoqol zəhərlənməsi və şəsx ayıldıqda artıq olub bitmiş hadisələri xatırlamır.
2.XRONİKİ ZƏHƏRLƏNMƏ. Uzun müddətli alkoqol istifadəsi mərkəzi sinir sistemində ciddi pozuntulara yol açır. Bunlar arasında xüsusiylə Wernicke xəstəliyindəki B1(thiamin) əskikliyi nəticəsində çox xüsusi bir yer tutur. Göz qapaqlarında tutulmalar və ya qıcolmalar, tarazlıq pozuntuları yəni şəxsin zamanda, məkanda və özünə bələdləşə bilməməsi və deliriy kimi beyin sindromu simptomları ilə xarakterizə olunur. Daha az rast gəlinən Krosakoff sindromu isə müxtəlif növ yaddaş pozuntuları ilə Wernicke xəstəliyinin simpomları özünü göstərir. Wernicke xəstəliyi daşıdığı yüksək ölüm riski səbəbiylə mütləq doğru diaqnoz və profilaktika tədbirləri gərəkdirən tibbi vəziyyətdir.
3.ALKOQOL HALLÜSİNOZİS. Xroniki alkoqol istifadə edən şəxslərdə bu maddəni azaltmaq ya da tamamən tərgitmə kimi vəziyyətlərdə ortaya çıxan təhdidedici, ürküdücü görmə və eşitmə hallüsinasiyalarıdır. Tipik xüsusiyyətləri şüurun pozuntuları, tənqidi münasibətin olmamasıdır ki, ataklar şəklində müşahidə olunan bu pataloji vəziyyət bir neçə saatdan bir neçə həftəyə qədər davam edə bilər.
4.ALKOQOL DEMANSI. Alkoqolu uzun müddət istifadə edənlərin bəzilərində başqa orqanik səbəblərlə açıqlanmayan şüurun itməsi (ağılın itməsi) bu qrupa aid edilir.
5.ALKOQOL PARANOYASI. Ağır qısqanclıq və aldatma, şübhə fikirləri ilə xarakterizə olunan paranoid pozuntudur.
6.DELİRİYUM TREMENS. Alkoqoldan kəsilməyə bağlı olan kəskin və sürətlə irəliləyən beyin sindromudur. Şüurun daralması, çaşqınlıq, tarazlıq pozuntuları, delirik və digər sadaladığımız göstəricilər son istifadə edilən alkoqollu içkidən təxminən 72-96 saat ortaya çıxar və 1gündən 1, 2 həftəyə qədər davam edə bilər. Başda görmə hallüsinasiyaları olmaqla titrəmələr, bələdləşmənin pozulması, yuxusuzluq və kabuslar sıx müşahidə olunur. Bu ruhsal simptomlara titrəmə, tərləmə, hərarətin artması, taxikardi, hipertoniya, tənəffüsün tezləşməsi kimi fizioloji göstəricilər də əlavə olunur. Xəstəliyə uyğun olaraq müalicə alanlarin belə 10%i ölür. Ölüm hərarətin yüksəlməsi və ürəyin dayanmasi nəticəsində baş verir. Alkoqolizmin kəskin formasının müalicəsi uzunmüddətli reablitasiya yardımları ilə aparılmalıdır.
Nuranə Salmanlı
Klinik psixoloq