“ÖZÜNÜDƏRK VƏ ETNOPSİXOLOGİYA” təlimi

45596889_346024542831719_1464805798960955392_o

Psixologiya Elmi-Tədqiqat İnstitutu “Nəzəri və Eksperimental Psixologiya Şöbəsi” 10 noyabr tarixində Psixologiya elmlər doktoru, professor Ramiz Əliyevin təqdimatında “ÖZÜNÜDƏRK VƏ ETNOPSİXOLOGİYA” təlimini təqdim edir.

Təlim saat 12:00da başlayacaq və 3 saat müddətində davam edəcəkdir!

İştirak ödənişsizdir, öncədən qeydiyyat mütləqdir! 

Təlimdə yalnız qeydiyyatdan keçmiş şəxslər iştirak edə bilərlər! Qeydiyyat üçün aşağıdakı nömrə ilə əlaqə saxlamağınız kifayətdir.

Qeydiyyat üçün: 070 268 27 08

_________________________________________________________________________________________

Psixologiya elmlər doktoru, professor Ramiz Əliyev haqqında ətraflı məlumat:

Qısa bioqrafik məlumat:

09 noyabr 1954-cü ildə Azərbaycan Respublikası, Gədəbəy , Arısu kəndində anadan olmuşdur. 1970-ci ildə Gədəbəy rayonu, Miskinli kənd orta məktəbini bitirib. Ailəlidir iki oğlu var. 2006-cı ildən əməkdar müəllim fəxri adı almışdır.
Təhsili:
Ali təhsillidir. 1975-ci ildə APXDI-ni ingilis dili müəllimi ixtisası üzrə bitirib. 1978-ci ildə psixologiya üzrə əyani aspiranturaya daxil olmuş, 1985-ci ildə Kiyev şəhərində namizədlik, 2004-cü ildə BDU-da doktorluq dissertasiyası müdafiə etmişdir. 2009-cu ildə professor elmi adı almışdır.
Əmək fəaliyyəti :
1983-2001-ci illərdə ETPEI-də elmi işçi, aparıcı elmi işçi;
2001-2013-cü illərdə Təhsil Problemləri Institutunda şöbə müdiri;
2013-cü ildən hal-hazıradək Azərbaycan Dövlət Pedaqoji Universiteti Ümumi psixologiya kafedrasının müdiri vəzifəsində çalışır;
Tədris etdiyi dərslər:
-Eksperimental psixologiya -Təhsildə sosial-psixoloji xidmət
-Test nəzəriyyəsi -İstedadlı uşaqlara psixoloji xidmət konsepsiyası
Elmi fəaliyyəti:
10 elmi monoqrafiya, 3 dərs vəsaiti, 1 dərslik, , 9 proqram, 163-dən artıq məqalə, tezisin, 7 metodik vəsait müəllifidir:
1. Şəxsiyyət və onun formalaşmasının etnopsixoloji əsasları (2000);
2. Psixologiya tarixi (2006);
3. Tərbiyə psixologiyası (2006);
4. Etnopsixologiya : qloballaşma və millilik (2007);
5. Mentalitet (2009);
6. Praktik psixologiya məsələləri (2011);
7. Mühit. Ideologiya. Şəxsiyyət (2015) və s. əsərləri göstərmək olar.

Share to Odnoklassniki