Əvvəlki səhifədə nə gördünüz deyə soruşsam, bir çoxunuz ”Qara hərflərlə yazılmış bir cümlə gördüm” deyəcəksiniz.Halbuki həmin o səhifədə yazılmış cümlədən əlavə ,cümlənin ətrafında qalan boş ağ vərəq nəzərə çarpmalıdır.O bir cümləni həyatımızdakı problemlər, geridə qalan ağ səhifəni isə pozitiv şeylər kimi təssəvvür edək.Bir problem baş verəndə ancaq onu görürük,həyatın bizə bəxş etdiyi digər pozitiv şeylər nəzərimizə çarpmır.Ancaq problemə fokuslanmasaq, problemin əslində o qədər də böyük olmadığını anlayarıq.
Baş verən hadisələrin bizə təsir dərəcəsi düşüncələrimizdən asılıdır.Neqativ düşünərkən həyata “qara eynək”lərimizi taxaraq baxırıq.Onun rənglərini, qarşımıza çıxan fürsətləri görmürük.
Təsəvvür edin ki, yayda isti bir gündə parkda gəzirsiniz və gözlərinizi günəşin qızmar şüalarından qorumaq üçün qara eynək taxmısınız.Hara baxsanız, hər şeyin rəngi solub ,hər şey öz gözəlliyini itirib.Həqiqətənmi belədir?Əlbəttə deyil.Eynəyi çıxarsanız, hər şeyin öz rəngində olduğunu , sadəcə günəşi problem kimi gördüyünüz üçün eynək taxaraq dünyanın rəngini soldurduğunuzu görəcəksiniz.Bu problemin başqa həlli yolları da var , məsələn, çətirlə gəzmək.Sadəcə “eynək“ taxmaq ən asan yoldur deyə onu seçirik, başqa bir problemlə qarşılaşanda heç nəyin düzəlməyəcəyini düşünərək həyatın bütün rənglərini soldurmaq kimi.
Həyata nə veririksə, onu da geri alırıq.Məsələn: Həyətimizdəki ağacın bar verməyəcəyini düşünüb onu suvarıb, gübrələməsək, ağac qurayacaq.Burada ağac həyatın neqativ düşüncələrə görə verdiyi reaksiyasıdır.Halbuki bunun əksini etsək, ağacı suvarsaq, o canlanıb bəhrə verəcək.Bununla da həyatın bizə verdiyi fürsətləri vaxtında görə biləcəyik.
Neqativ düşünən insanların bir çoxu problemləri böyüdərək, bu problemlərlə dünyada daha çox qala bilməyəcəklərini düşünüb intahar edirlər.
İntahar etmək.Bu cümlə sizin üçün nə məna kəsb edir?Bəziniz üçün həyatı sonladırmaq , digərlərinizin üçün əbədi yuxu kimi mənalar verə bilər.Mənim üçün isə bir problemdən qaçmaq üçün ən asan yol kimi görünən dibsiz quyudur, insanın özünün qatili olmasıdır.”Əgər intahar etsəm, problemlərimdən xilas olacam.” deyə düşünənlər var ,təəssüf ki.Ya intahar etmək daha böyük bir problemin başlanğıcıdırsa? Mən intahar etməyi insanın qəlbindəki “ağrı”nı unutması üçün əlini qaynar suya salması kimi görürəm.Hansı ki əlini o suya saldıqdan sonra əvvəlki problemin böyük bir şey olmadığını, indiki problemin daha ağrılı olduğunu anlayır.Əvvəlki vəziyyətə- bu səhvi etmədiyin vəziyyətə qayıtmaq istəyir, amma bu mümkün olan bir şey deyil.
İntahar edərkən “nə qazanırsan ?”,”nə itirirsən? “deyə düşünsən, intahardan heç bir qazancın olmadığını görəcəksən.Amma itirdiklərin həddindən artıq çox olacaq: qəlbini sındırdığın yaxınların, öz həyatın, məsumluğun…
Bütün bunları bilərək intahar etmək zəiflikdir.Üzərinə su damlası düşən qarışqanın necə çırpındığını, həyatda qalmaq üçün necə mübarizə apardığını ,yəqin ki, hər birimiz görmüşük.İnsandan dəfələrlə balaca olan, şüursuz bir canlı belə həyatda qalmaq üçün mübarizə apararkən sən intahar edirsən?Düşünə bilərsiz ki, o qarışqadır , şüursuzdur ,həyatın çətinliklərini görmür.Nəzərə alsaq ki, bir insanın çalışdığından daha çox çalışır, daha çox ölümlə qarşılaşır.Hər gün nə qədər qarışqanın istəmədən də olsa, ölümünə səbəb oluruq, yaxınlarını daha çox itirir.Həyatın qışı da , yayı da onun üçün daha sərt olur.Kimin həyatı daha çətindir?Əgər belə bir canlı son nəfəsinə qədər mübarizə aparırsa, daha yaxşı həyat şərtləri verilən insan niyə intahar etməlidir ki?Onda buna nə ad vermək olar?
Nuranə Musayeva