Qalx və arzuların, arzularında səni bəsləyən insanların xətrinə yaşa!
Nolduu, çıxış yolunu özünü öldürməkdə görürsən?! Səncə düzələcək hər şey.? Səncə bu həll yoludur?. Bu qədər yaşadın, arxana bax, heçmi zəhmət çəkməmisən, heç bir uğurun olmuyubmu, səncə dəyər indi hamısının üstündən xətt çəkməyə? Nə gözləyirdin? Düşünürdün ki, həyat həmişə üzünə güləcək, ağ-qaradan ibarət olduğu halda həmişə həyatın ağ zolaqları payına düşəcək. Sən bir yana, üstündə əməyi keçən insanlar bəs? İlk məktəbə getdiyin günü xatırlayırsan? Sənə ilk çantanı sevinclə alan valideynlərin, səni sevinc göz yaşıyla əllərindən tutub ilk dərs günü məktəbə aparan anan..Sən yatanda başının üstündə yuxusuz qalan qadın, gecəsini gündüzünə qatıb, zəhmətdən əlləri qabar-qabar olmuş atan. Özlərinin yaşaya bilmədiyi xoşbəxtliyi sən yaşayasan hər zəhmətə qatlaşan, sən narahat olmayasan deyə sıxıntı içində üzünə gülən valideynlərin. Dəyməz vallah, onlara bu zərbəni vurmağa dəyməz. Həm də başa düşürsən, sənin buna zərrə qədər haqqın yoxdur! Səni günahlandırmıram, məni doğru başa düş. Əslində səni anlayıram da. Düzdü, bəzən həyat insanı elə anda yıxır ki, bir də qalxması mümkünsüz görünür. Bilirsən necədir dostum, məsələ sənin yıxılman deyil, məsələ zərbənin sənə çəkdirdiyi acı deyil. Bütün bunlar normaldı. İndi canın yanır, qəlbində bir sızıltı var. Məsələ sənin bu qədər zəif davranmağındır. Düşün əlində stəkan var, onun içində az da olsa su var. Amma sən onun boş tərəfini görürsən. Səncə bu halda stəkan gərəkli görünər sənə? Onu qaytarıb yerinə qoyacaqsan təbii ki. Bəs onu doldurmaq, bunu heç düşündünmü? Düşünmürsən , problem budur. Demitəm hər şey düzələcək, demirəm bir anda bütün problemlər yox olacaq, əlimizdə sehirli çubuq yoxdur ki, hər şeyi bir saniyənin içində yoluna qoyaq. Amma bir şeyi deyirəm, ayağa qalxa bilərsən, qalxıb problemlərinə güc gələ bilərsən. Sən əvvəlcə düşüncələrindən başla.Problemini yxox, düşüncələrini çözməyə çalış. Əslində bizim ən böyük problemimizdir yalnış düşüncələrin. Bizim bəlamız budur. Bir problemi bir neçə insan yaşayar, amma o anda hamı eyni davranmaz, hamı intiharı seçməz. Səni intihara sürükləyən hal-hazırda yaşadığın sıxıntı deyil. Başındakı zəif düşüncələrdir. Qurtul onlardan.
Bax gözü görməyib dünya gözəlliyini öz gözlərində canlandırıb rsm əsərinə çevirən insanlar var, barmaqları iflic olduğu üçün fırçanı ağzında tutub möcüzələr yaradan rəssamlar var. Nədi, onlara çətin deyil, ? Əlbəttə çətindir, amma onlar sahib olduqları bacarıqlarının fərqindədirlər, və bunu tapdalayıb keçə bilmirlər, həyata məna qatmağa çalışırlar. Hər gün yüzlərlə insanın iki ayağı üstündə yolu keçdiyini görüb onların yanında arabayla yolu keçən insanlar var. Səncə onlar acı çəkmirlər, səncə onlara asandır, bir daha yeriyə bilməyəcəklərini bilə-bilə hər gün yuxudan qalxmaq. Yox, asan deyil, Sadəə onlar yaşamağı seçirlər, yaşayıb mübarizə aparmağı seçirlər. Çünki onlar başa düşürlər bu həyatda hər kəsin payına düşən müəyyən çətinliklər olduğunu və ən əsası onlar başa düşürlər bu çətinliyin öhtəsindən gəlməyin mümkün olduğunu, nağılvari söylənilən “biri vardı, biri yoxdu” fikrinin yaşadığımız həyatdakı realığını. Yaşadığın çətinlikləri qəbul et, bir gün onların sayəsində güclü olacaqsan. Bir gün o çətinliklər sənə səni tanıdacaq. Həyatın çətinliyi qarşısında əyilmədiyin üçün qürur duyacaqsan özünlə. Bir gün bu hissləri yaşamaq istəyirsənsə bu gün özünə qəsd etmə, bu yalnışı etmə. Mümkündür, parçaları birləşdirmək, yıxıldıqdan sonra qalxmaq, səhv edib onuz düzəltmək. Mümkündür bunlar! Amma canına qəsd edsəz geri dönüşü olmayan bir yolu seçib düzəlməsi mümükünsüz bir səhv edəcəksən.
Qalx və arzuların, arzularında səni bəsləyən insanların xətrinə yaşa!
Sevinc Abuşova