İntihara yox deyək, həyata pozitiv baxaq

636241591164457028-1447492664_life-6

Hal-hazırda bu sətirləri oxuyan dəyərli dostum səndən bugün həyatında yeni bir səhifə açmağı xahiş edəcəm-bu günü özünün yeni bir həyata başlamaq üçün ikinci doğum günün olaraq qəbul et.Ama ilk doğum günün necə olmuşdursa, bu da yeni heyatinın ilk günü olsun.Həyatda gördüyün bütün çətinlikləri ,sıxıntıları xatırladığında eyni acıları təkrar-təkrar yaşadan anları tamamilə unudaraq başlayacağın –yeni həyatın ilk günü…Ən önəmlisi isə bugün hər zamankindən fərqli olaraq “xoşbəxt bir həyata” başladığını unutma!

Bəlkədə bu sətirləri oxuyarkən bunlara əməl etmək sizə çətin görünə bilər ama inaninki çətin deyə bir söz yoxdur ,yalnız bizim problemlərə yanaşma tərzimiz və onları necə qəbul etmyimizdən asılıdır.Bizim ruhumuz,düşüncəmiz o qədər möhkəm olmalıdır ki,dözülməz anların qarşısında bele möhkəm iradəylə dayana bilək.Həyat acı və xoş günlərin vəhdətidir.Əfsuslar olsun ki,insanlar həyatın sərt üzüylə rastlaşdığında problemlərin düzgün həlli yollarını tapmaqda çətinlik çəkirlər,ama bu o demək deyilki bir anlığa bizə həlli çətin görünən problemlərin qarşısında aciz hiss etməli,yaxud da geri dönüşü olmayan bir yola-intihara əl atmalıyıq.İntihar heç bir vaxt həll yolu olmayıb,nə də olmayacaq.Sadəcə ehtiyacımız olan zaman və daxili sakitlikdir.Çünki dözülməz görünən ən böyük problemə belə vaxt keçdikcə başqa prizmadan yanaşırıq.Həyata,hadisələrə baxışımız dəyişir,bəlkədə daha təcrübəli və soyuqqanlı birisinə dönüşdürür bizi həyat və zaman…Bəzən isə bizim ikinci bir şəxsin mənəvi dəstəyinə ehtiyacımız olur,özünüzü cəmiyyətdən təcrid etməyin,yalnızam deyə düşünməyin ətrafınıza nəzər salın,çünki inan mənə dostum sizi xoşbəxt görmək istəyən,sizi dinləməyə hər zaman hazır olan biryerlərdə biriləri mütləq vardır…Ümidinizi heç vaxt itirməyin,ümid bizimlə doğulub bizimlədə köçməlidir bu həyatdan ama intiharla deyil tanrının bizə bəxş etdiyi həyatı dolu-dolu yaşadıqdan sonra,hətta ruhumuz bədənimizi tərk etdikdən sonra ölməlidir ümidimiz.Hərşey sizin əlinizdədir.Siz istərsəniz,yalnız siz bunu həqiqətən istərsəniz həyatınız bugündən görmək istədiyiniz həyat ola bilər.Ama dəyişikliyə özünüzdən başlayın,fikirlərinizdən başlayın.Həyatımız fikirlərdən və bu fikirlərdən doğan davranışlardan ibarətdir.Özünüzə və həyata ikinci şansı verin,çünki siz buna layiqsiniz.Gəlin,həyata pozitiv baxaq ki,həyat da bizə bu müsbət enerjini insanlar vasitəsiylə ötürsün.Bu an xoşbəxt olmaya bilərik ama düşünmürsünuzmü ki,geri saymaqdansa xoşbəxtəm rolu oynamaq daha yaxşıdır xoşbəxtliyə çatana qədər…Çünki həyat bir saniyəsi belə itirilməyəcək qədər dəyərlidir.Həyatımızın hər anını dəyərləndirək ki,illər sonra xatirələrimiz “kaşki..lərlə deyil ne yaxşıki..lərlə dolu olsun.

 Nübar Qəniyeva

 

Share to Odnoklassniki