Bir gün hər kəs öləcək. Bü dünyada ölümsüz insan yoxdur. Ucu bucağıbilinməyən növbədəyik. Nə vaxt və nə zaman sənin növbəndi bilinmir. Bəlkə də bilinsəydi, insanlar dəyərli vaxtların amansızca xərcləməzdilər. Lakin Yaradan, vaxtı bizə bildirməyibki, bəlkədə həyatımıza dəyər verərik, qiymətin bilərik, daha çox xəyallar qurarıq, bəlkədə daha çox gülərik.
Növbəmizin çatdığı an isə təlaş içində həyatımız boyu xəyallarını qurub, lakin cəsarətimiz çatıb etmədiklərimizi etməyək, qırdığımız qəlblərin parçalarını toplamayaq, sevdiklərimizə “səni sevirəm” sözünü az dediyimizin peşmanlığını
çəkməyək, maddiyyatımızı artırmaq üçün dörd divar arasında saatlarla komputerin monitoruna baxmaqla sərf etdiyimiz zamanı və sağlamlığımızı axtarmayaq, başımızı qaldırıb səmaya, günəşə, aya nə qədər az baxdığımıza görə heyifslənməyək, zirvələrə qalxmaq uğrunda həyatımızın necə gəlib keçdiyinin fərqinə varmamaqla yaşamayaq.
Həyatınızda heç getdiyiniz yerdə dayanıb bir anlıq özünüzə sual vermisinizmi ki, “ Bu dəqiqə mən ölməyə hazırammı? ”. Bu sualı özünüzə versəz içinizdə necə bir panika yaşayacağınızı görəcəksiniz. Bezdiyiniz, sonunu gətirmək arzusunda olduğunuz həyatınız necə dəyərli olduğunu və siz bu həyatda heç bir iz qoymadığınızı anlayacaqsınız. Sizdə, çoxlarıkimi sadəcə dünyaya gəlib və bir gün yox olmaq istəyirsiniz? İstəmirsinizmiki, əməllərinizlə, nəaliyyətlərinizlə, uğurlarınızla, sevginizlə yaddaşlarda ölümsüz olaraq yaşayasınız?
Başınızı qaldırın səmaya və ona doyunca baxın. Dəyərmi hansısa uğursuzluğa görə, sevdiyin insan səni tərk etdi deyə, işsiz qaldın deyə, borcunu ödəməyə pulun olmadı deyə, almaq istəyib də ala bilmədiklərinə görə, bu dünyada tək qaldığına görə Yaradanın sənə verdiyi sonsuz cənnəti hansısa hirsinə qurban verməyə? Dərdin varsa mütləq dərmanı var bil, dərmansız dərd verməz Yaradan.
Bu həyat böyük bir imtahandı, bu sənin məktəbi bitirəndə verdiyin, universitetə daxil olandada vediyin, vəhətta o semestr boyu oxumayıb bir sürü şparqalka hazırlayıb köçürdüyün imtahanada bənzəməz. Bu imtahandan adi qiymət,nədə adi bir bal almayacaqsan, bu imtahandan sən sonsuzluğu qazanacaqsan və sonsuz yaşayacaqsan. Tələs, növbən çatana qədər həyatını yaşa, sevdiklərinə sarıl, deyiləcək sözlərini de, etmədiklərini yaşamadıqlarını yaşa,daha çox gül, daha çox xəyal qur və xəyallarının ardınca qaç. Və bir daha düşün son addımını atmadan.
Günay Nəzərova