İntihara Yox Deyək-Həyata Pozitiv Baxaq!

28810678_962462760573907_1473327499_o

Yaşamaq üçün səbəblər hər zaman vardır

Bu yazını yazmamışdan əvvəl sosial şəbəkərin birində 1 video qarşıma çıxdı.Reklam xarakterli olduğunu görüb əvvəl fikir verməsəm də,sonradan anladım ki,video çəkən şəxs intihara cəhd edir.Bilmirəm indi o şəxs yaşayır ya yox.Amma bilinən 1 şey varki bu gün milyonlarla intihar edib həyatına son qoymuş yada intihara hazırlaşan çox saylı insanlar var.Türk yazıçısı Nazim Hikmət “Nə ölümdən qorxmaq ayıbdır,nə də ölümü düşünmək” demiş,yəni əgər 1 dəfə( və ya daha çox) intihar etmişsizsə utanmağa əsas yoxdu.

İntihar haqqında çox saylı statistik göstəricilər var.Amma mən onlardan danışmayacam.Sadəcə olaraq qeyd etmək istəyirəm ki,ümumilikdə intihar edənlərin yalnız 5%-i həqiqətən ölmək üçün intihar edərlər.95% insan isə çarəsizlik səbəbilə bunu edir.

Dediyim 5%lik hissə üçün 1 neçə nümanə gətirək.Məsələn, XX əsrin ən ciddi fəlsəfə cərəyanlarından olan Frankfurt Məktəbinin təmsilçiləri arasında yer alan Valter Bencamin marksist düşüncəsi və yəhudi kökəninə görə nasistlərin hədəfinə çevrilmişdi. Parisə sürgün edilən Bencamin almanların Fransanı işğal etməsindən sonra Gestaponun Parisdəki evinə basqını ilə İspaniyanın Portbo şəhərinə qaçdı. Burada polisin Gestapoya təslim edəcəyi xəbərini aldıqdan sonra yüksək dozada morfin qəbul edərək həyatına son qoydu.Yəni sırf ölmək istədiyi üçün bunu etdi.Daha sonra Alan Türinq-ingilis riyaziyyatçı, kompüter mütəxəssisi və kriptoloq. Kompüter sahəsində yenilikləri ilə tanınır. İkinci Dünya Müharibəsində nasistlərin şifrələrini sındırıraraq milyonlarla insanın həyatını xilas edib. Homoseksual olduğu üzə çıxdıqdan sonra hökumətin təzyiqlərinə dözməyərək özünü öldürdü.Buda əvvəlcə qeyd etdiyim 5%lik qismə daxil olanlardandır.

Bu cür intiharlar tamam başqa mövzudu.İndi isə daha duyğusal intiharlara nəzər salaq.Sevdiyi insan onu tərk etdiyi üçün intihar edən,ailə daxili problemlər səbəbilə intihar edən,maliyyə sıxıntıları səbəbilə intihar edən və ya həyatdan bu və ya digər səbəbdən sıxıldıqları üçün intihar edənlər.Bir sözlə,əslində yaşamaq istəyib də,arzuladığı xoşbəxtliyə çata bilməyən,qurtulmaq üçün çarələri olsa da gücü olmayan insanlar.Bu insanlar yuxarıda qeyd etdiyim 95%lik qismə aiddirlər.

Yazıda intiharı prosesini təhlil etməyəcəm,sadəcə olaraq azda olsa 1 neçə tövsiyyələrimi verəcəm.Ümid varam yardımım toxunacaqJ

İlk öncə onu qeyd edim ki,professional olaraq bu mövzuda biliklərə sahib olmasam da ətrafımda yetərincə intihar etmiş insanlar var.İntiharla praktik olaraq 2013-cü ildə tanış oldum.O vaxtı 9-cu sinifdə oxuyurduq.Bir gün dərsə gələndə xəbər verdilər ki,çox əziz,ətrafa pozitiv enerji saçan sinif yoldaşım özünə qəsd edib.(Öldü)Çox sarsıntı keçirtmişdik.Hətta bu hadisədən təsirlənib gənclər arasında ardıcıl intihar edənlər də az olmamışdı.(İntihar Yolxucudur!)Dostlarımdan biri güvəni sındığı üçün dəfələrlə damarlarını kəsib.(Sağdı)1 tanışım isə ailəsinə qarşı çıxmaq üçün həblər qəbul edib(sağdı)Və buna nümunə göstərə biləcəyim daha 10 onlarla insan.Bunları demək də məqsədim az-çox mövzu haqqımda bilgili olmağım anlamına gəlirJ

İntihara edəcək insana veriləcək ən qiymətli tövsiyyə:ETMƏ

Ola bilər bu söz qulağa çox absurd gələ bilər.Yəni ölümlə-qalım arasında olan 1 insan üçün təbii ki,bu söz çox gülüncdür.Amma deyiləcək tək 1 söz var: Etmə!

İlk öncə insan çevrəsinə mütləq diqqət etməlidir.Normal psixologiyaya sahib insanlarla bir yerdə olsaz “ölüm” haqqında fikirlər azala bilər.Daha sonra mütləq şəkildə mütəxəssisə müraciət edin.Mütəxəssis deyərkən,hansısa çoxmərtəbəli binanın 3-cü mərtəbəsində “obyekt” açan psixoloqları nəzərdə tutmuram Nədənsə insanlar bu cür “uzman” psixoloqlara müraciət etməyə utanmazlar amma,Psixoloji Dispanserlərə getməkdə çox çəkinərlər.Bu tip dispanserlər də ilk öncə müayinə proseduru həyata keçirilər.Yəni sizin diaqnozunuz müəyyənləşər,daha sonra isə yatılı mı qalmağınız,evdəmi müalicə almağınız yada ümumiyyətlə müalicəyə ehtiyac olmadığınız müəyyənləşir.Bu cür xəstəxanalara getməkdən əsla UTANMAYIN! J

Bir insanı həyatda tutan,həyata bağlayan 2 şey var məncə:Ümid və Məqsəd.

Ümid haqqında belə 1 söz var : “Ümid hər zaman yaxşı seçimdir” .Bəli çox sadə görünür amma reallıq budur ki,ümidin var olması həqiqətən də yaxşıdır.Və Məqsəd!(Dozasında).İnsanı yaşamağa vadar edən,nə qədər çətinliklərlə qarşılaşsa da, yıxılsa da,ona yaşamaq əzmi verən məqsəd.Yolun sonunda onu gözləyən cənnətin olmağını bilmək.Bir amerikan atalar sözü var “No Pain,No Gain”.Yəni əgər əziyyət çəkməsən,əmək sərf etməsən olmaz bu işlər.Bilirəm hər şeyi gözə alıb həyatına son qoymaq istəyən biri üçün bu çox çətindir.Amma mütləq sınayın.Qarşınıza 1 məqsəd qoyun və onu çatmaq üçün çalışın.

Əgər ağlınızdan intihar fikirləri keçirsə mütləq gündəlik aktivitilərinizi artırın.Bu sizə həm tibbi cəhətdən,həm də psixoloji cəhətdən kömək olacaq.Məsələn iş yeriniz,oxuduğunuz yer və.s yaşadığınız yerə yaxındırsa 1 günlük də olsa avtobus,metrodan istifadə etməyin.Piyada gəzmək hər zaman yaxşı seçimdir.Universitet müəllimlərimizdən 1-i kiminsə verdiyi“çox sıxılıram,mənəvi olaraq boşluq hiss edirəm.necə edim ki bunlar keçsin?” sualına belə cavab verdi.”Stol üstü tenislər məşğul ol,çünki bu zaman həm əqli olaraq həmdə fiziki olaraq fəaliyyətdə olursan beləcə beyində Xoşbəxtlik Sindromu(Serotonim,Dopamin) artır”.Sizdə bunu yoxlaya bilərsiz. J

İntihara yol açan səbəblərdən 1-də depresiyyadır.Ona görə də mütləq depresiyyayla mübarizə aparmalısız.Hardasa belə bir cümləyə rast gəlmişdim:”Sənin bütün duyğuların,hisslərin,həyatın sənin əlindədir”.Yəni problemli sitiuasiyalarda çıxış yolu axtarmağı bacarın.Və ən əsası özünüzü heç vaxt qurban verməyin.Məsələn sevdiyiniz insanla münasibətləriniz yolunda getmirsə,mübahisələriniz varsa “həyatınız əvəzində,sevgilinizi dəyişin”.Bu o deməkdir ki,siz hələ düzgün insanı tapmamasız.Bu qədər asan. JVə ya iş qrafikiniz çox ağırdı? Tab gətirə bilmirsiz? O zaman işdən çıxın.Bəlkə də deyəcəksiz bunu yazan “dəli” olub.Amma gerçəklik budur ki,insan 1 işi görərkən ondan zövq almalıdır.Siz bu zövqü ala bilmirsizsə,niyə həyatınızı dözülməz etməlisiz? Hər halda alternativ iş üsulları hər zaman var.Bir sözlə necə deyərlər “Olduğun yeri bəyənmirsənsə yerini dəyiş,ağac deyilsən” J

Yazılacaq olan çox şey var.Sadəcə özünüzə inanın.Həyati məqsədlərinizə bağlanın insanlara deyil.Daha doğrusu insanlardan asılılığınızı azaldın.Hansı mövzu olur olsun mütləq bacarağınız,öhdəsindən gələcəyiniz çarələr mütləq vardır.Siz yetər ki,görməyə çalışın.Həyat bütün ağrı-acılara,çətinliklərə baxmayaraq gözəldir..Unutmayın əngəllər bizim onları aşmamımız üçün var J

Və son olaraq məqaləni yazarkən dinlədiyim musiqini sizinlə də bölüşmək istədim J (https://www.youtube.com/watch?v=dn2z19QnEfQ)

Nuray Lətifzadə

Share to Odnoklassniki