İntihara yox deyək, həyata pozitiv baxaq

28642496_960074277479422_85799844_o

Əslində hər insan istək üzərinə qurulmuş möhtəşəm bir psixoloji dünyada yaşayır. Dünya quruluşu və yaşama həsr edilmiş bədənlər heç bir şeyə məcbur deyillər. İnsan dünya üzərindəki ən böyük haqqlara sahib möhtəşəm varlıqdır. İnanın mənə hər bir canlıya şans verilsə idi hər biri insan olmağı seçərdi. İnsanlar eynidir fiziki qüsurlu qüsursuz , çalışqan və ya tənbəl. İnanın ki, bu bizim əlimizdə olan ən VİP şansdır ki, biz insan olaraq yaranmışıq. Ruhumuz ən çox qıvraqlıq və bənzəri tapılmayan beynimiz. Oxuduqlarınızı həzm edə bilirsinizsə siz inanırsınız artıq ki biz öz həyatımızın qurucusuyuq. Biz öz həyatımızda insanlığn müəyyən şərtlərini diqqətə alaraq öz həyatımızı öz qaydalarımıza və istədiyimiz insanlarla davam etdirə bilərik. İnsanların qısa yollarla tapdığı metodlar yer üzərində bitib tükənmir. Ancaq bəzi insanlar İntiharı ən yaxşı çarə kimi dərk edir. Bunu seçən insan zəif yollarla bitirməyə çalışır hər şeyi eyni ilə 2 dəfə məğlub olan video oyunçu kimi halbuki hər zaman 3/2 etmək şansımız və bacarığımız hər zaman var. “İnsan inansa istəsə hər şeyi edər” teoremi bizim həyatımızın qat-qat üzərində yaşamış insanıların illərlə yığılmış təcrübəsindən qaynaqlanmış bir cümlədir və həqiqətən də işə yarayan həmçinin düzgündür. Bu cümlə altında yaşam insanı həmişə uğura aparar insan heç bir zaman məğlub olmaz. İnsanların yaratdığı qaydalar bundan əlavə borclu, narkoman, işsiz, kasıb, bədbəxtçilik və s. bu tip anlayışlar bir anda dəyişə bilən frazalardır hansı ki bu dediklərimin ortası yoxdur ən yaxşı və ən pis anlayışı. İnsanın “yaşamaqa dəyər” dünya üzərindəki hərəkətləri hər zaman bir dəyər qazanır yaxşı və ya pis. Təbii ki uğura gedən yol ilk öncə mənim sənin hər kəsin beynində olan ideyalardan keçir. Hər kəs ən pis anda belə çıxış yolu tapır. Yaşamaq üçün yaratmaq lazımdır. Heç kəs olduğu yerə bir anda bir “çırtma” ilə gəlməyib. Biraz düşünmək, biraz çalışmaq, biraz özünə uyğun ətraf mühit, biraz yenilik və yeni ideyalar, ən son olaraq isə özünə inam güvən hissi. Budur nailiyyətlər qısa müddətdə hazırdır Resept budur. Hər bir insan öz həyatının Admin-idir. Hər kəs istədiyi insalarla ünsiyyət qura, hər bir insan olduğu həyatı dəyişə bilər. Siqaret çəkmək bir anda isə tərgitmək bu insan orqanizminin tələbatı deyil sadəcə insan beyninin nisbətən qərarsızlıqıdır. İnanc duyğusu zəiflik bunların hər biri insana məxsusdur biz idarə edirik bunları, bizim beynimizdə qərarlaşır bunlar eyni ilə hər hansı bir tədbirin icra otağı kimi. Biz insanıq hərkəsdən hər canlıdan daha üstün amma ağlımızla. Ağıllı yaşam intihardan uzaqdır, uğura gedən yoldur. Dünya hər dəqiqə dəyişməyinə baxmayaraq əsrlərdir uyğunlaşan tək varlıqlar bizik. Bir anda hər şeyi bitirmək olmaz. Seçimlərimizi idarə edək, iradəli, möhkəm, tədbirli olaq. Düşünək ki, hər insan eynidir, niyə mən təslim olmalıyam və niyə mən intihar ilə həyatıma son qoymalıyam. Qarşına məqsəd qoyub arxasınca gedib hər hansı bir nöqtəyə çatıb özünə mövqe qurub daha sonra isə sənin yollarında olan insanlara öz geri dönüşlərini öz qısa yollarını öyrədirsən və hər zaman birinci olursan.

Budur İntihardan dönüş etdik və dərk etdik ki, biz hansı yoldan döndük hansı yolda və hansı nəaliyyətlərlə qane oluruq hal hazırda.

İntihar etməyək, yaşayaq , yaradaq özümüzə bir şans verək yaşamaq çox gözəldir.həyat gözəldir. Hər insan isə öz həyatının qurucusudur….

Faiq Mahmudzadə

Share to Odnoklassniki