İntihara yox deyək,həyata pozitiv baxaq

28417649_955230481297135_987172331_o

Ilk cümlələrimi bu qədər qəmli başlamaq istəməzdim məndə amma ən böyük xoşbəxtliklərdə elə ən böyük dərdlərin arxasında gizlənmirmi?

Bilirəm, bilirəmki hərdən hər şeydən bezirsən, yorulursan. həyatını beş dəqiqəlik saxlamaq üçün kiməsə verib ömürlük qaçmaq istəyirsən. Hər şey o qədər anidən gözlənilmədən dalbadal gəlirki elə bilirsən bütün dünya qəsdinə durub səni incitmək üçün sözləşib. Ətrafındakı insanlardan-doğmalarından, yadlardan, dostlarından küsürsən inciyirsən. səni anlamadıqları üçün səni başa düşmədikləri üçün yanındaymış kimi özlərini göstərib əslində çox uzaq olduqları üçün. Bilirəm, bilirəmki arada elə dərdlər olurki ürəyini dəli kimi döyünməyə məcbur edir, o hər şeydən daha çox sevdiyin gülüşünü üzündə, qanınını damarında donduran dərdlər.qabıq bağlamayan yaraların hər gün daha çox qanayır. Hələ bu azmış kimi üstünə acımadan duz basan sefəh insanları demirəm. Hər sabah dünən üçün daha çox darıxırsan. Bu gününü isə ümumiyyətlə yaşamağı belə unudursan. Hər nəfəsində sinənə çox ağır bir daş qoyurlar. Artıq nəfəs belə sənə əzab verir. özünü ən çıxılmaz dalanda hiss edirsən. Sanki dərdlərinin əlindən qaçmaq üçün seçdiyin o son ümid o yol çıxılmaz döngədi və buda son! Əli qılınclı o dərdlərin gəlib səni burdaca öldürəcək həmdə tək səni yox bütün xəyallarını ümidlərini gələcəyini heç göz belə qırpmadan tikə tikə doğrayacaqlar. Və bu anda ağlına ölümdən başqa heç nə gəlmir bu dərdlər ya boynunda yada damarında çox incə bir iz qoyur. Hec nə düşünmədən bu meydandan çəkilirsən. Mübarizəni yarımçıq qoyub qaçırsan. və mən bütün bunların hamısını çox gözəl başa düşürəm.sənin çəkdiklərini yaşadıqlarını hiss etdiklərini öz ağrım acımmış kimi hiss edə bilirəm. Cünki sən tək deyilsən çünki bütün bunlar azacıq vicdanı olan ürəyi olan qısaca insan olan hər adamın yaşadığı və ya yaşaya biləcəyi şeylərdi. Amma səndə başa düşməlisən ki, İntihar çarə deyil çarəsizlikdi. İntihar eqoistlikdi intihar sənə bel bağlayanları yarı yolda qoymaqdı və ən nəhayət intihar zəiflikdi.Yaşanacaq o qədər gözəl gönləri qoyub sonu bilinməyən bir qaranlığı seçmək axmaqlıqdlı. Bəlkə yaşasan o qədər xoşbəxt olacaqsanki bu günlərinə baxın güləcəksən hətta o qədər xoşbəxt olacaqsanki ətrafındakılar sənə baxıb xoşbəxt olacaq və sən bütün bunları bir kənara atıb sadəcə statistikaya çevrilmək istəyirsən. Xeyir bu belə olmamalıdı. hər nağılın axırı mütləq yaxşı qurtarır əgər yaxşı deyilsə demək hələ son deyil. indi isə sənə bir sirr verim? Hər çıxılmaz döngədə bir gizli yol var. O yol dərdlərinin əlindən qaçıb gizlənən ölümünü gözləyən insanların son ümididi və hamımız üçün açıqdı. Yetərki o yolu tapaq. Təki ümidimizi əlimizlə boğub bir kənəra atmaqdansa o ümidləri fənər edib o yolu tapaq. Gələcəyimizi qurban vermək əvəzinə özümüzü tarixə yazmaq istəsək bu yolda bütün dünya bizə kömək edəcək ümidlərimiz o yolda qələm olacaq həyat isə ağ vərəqlər. Bu dərdlərdən qurtulmaq üçün ölümdən başqa çarələrdə var. Məsələn dönüşü olmayan bir bilet. yeni bir yerdə yeni bir həyat. hər şeyə sıfırdan başlamaq. yeni dostlar yeni insanlar yeni iş yeni sevgi və yeni umidlər. əgər bu qədər cəsarətli deyilsənsə sadəcə bir qələm bir kagıza boşalt ürəyini yada bir parkda heç tanımadığın birinə danış həyatını sənə əzab verənlərini. Yetərki istə inan səni dinləyəcək biri mütləq tapılacaq. Yada enə bildiyin qədər dibə en uzaqlaş hamıdan danışma. dərdlərini doya doya yaşa niyəsini nə cürünü düşün və bütün suallarına cavab tapandan sonra ayağa qalx o dibdən ən zirvəyə qalx və həyata kim olduğunu göstər. Səni oldürməyən səni gücləndirərmiş. Ona görə dərdlərdən qorxma onlar boş yerə gəlmirlər dərs kimi gəlirlər təcrübə kimi gəlirlər onlar səni sən etmək üçün gəlirlər. Nəyini itirsəndə ümidini itirmə. Çünki bizi o dünyadan bura göndərəndə Allah hamımımıza hədiyyə verib ən çətin vaxtlarda bizə yol göstərsin bizə çıraq olsun deyə uçurumdan yıxılıb əziləndə yaralarmızı sarımaq üçün yıxılanda əlimizdən tutub qaldırsın deyə və əgər biz bu hədiyyəyə xəyanət etsək inan ki o dünyadada bizi gözləyən yaxşı hecnə olmayacaq. Unutmaki ən qaranlıq zifiri qaranlıq gecələrin belə mütləq günəşli bir səhəri olur mütləq olur yada buludlar nə qədər sıx olursa olsun arxanında gecəyə işıq verən bir ay olur sadəcə səbr eləməyi oyrənmək lazımdı. Bax belə düşün hər gün yuxudan ayılanda qapında qismətindən gələn bir hədiyyə olur üstü bəzəkli düzəkli bir qutu içində isə nə olduğunu ancaq açandan sonra bilirsən ya dərd olur ya xoşbəxtlik. Və beləcə hər gün Qədər sənə eyni oyunu oynayır sənsə sakitcə sənə verilən hədiyyəyə qane olursan. bəzən Qədər adresləri səhv salır birinə hər gün xosbəxtlik verərkən bəzisinə ancaq qəm verir. Ard-arda dayanmadan qəmli hədiyyən səni bezdirir isyan etməyə özünü incitməyə başlayırsan. Amma bütün bunlar Qədərini hirsləndirməkdən başqa bir işə yaramır. sadəcə sakitcə onun yadına sal, salki artıq sənə düşən qəm payını yetərincə çəkib qurtarmısan artıq xoşbəxtlik vaxtıdı. O axı çox qocadı həmişə hamıya nə verdiyini yadda saxlaya bilməz. inan səhvini düzəltmək üçün bir səhər qapında bütün dərdlərindən qat qat böyük içi xoşbəxtlikə dolu bir qutu tapacaqsan.və o andan etibarən həyat daha gözəl olacaq. düzdü yenə yıxılacaqsan amma bu səfər ayağa qalxmaq üçün bir əlindən umidin tutanda o biri əlindən keçmişdə qazandığın təcrübələrin tutacaq. ümidlərinə qıymamışdan qabaq son dəfə onların məsum gözlərinə bax məni öldürmə yalvarışlarına qulaq as və xatırlakı ən son ümid ölür.

“Başa düşürsən sən fikirləşdiyindəndə dəyərlisən”. bu cümləni bir kitabda oxumuşdum və elə bu cümlə bu yazını yazmaqda mənə kömək etdi. Eləcədə sən dəyərli olduğunu heç vaxt unutma. İnsanları və həyatı sev amma sevməyə birinci özündən başla və birdə pis hesab etdiklərini daha çox sev çünki pis insan yoxdu həyatın və adamların incitdiyi insan var.

Aygül Səmədli

Share to Odnoklassniki