Müasir dövrümüzdə aktual problemlərdən biri də suisid (intihar) davranışıdır. İntihar insanların çətin vəziyyətə düşdüyü, depressiyada olan vaxtda, öz yaşlarından qat-qat ağır problemlərlə üzləşdikləri bir anda baş verən davranışdır. İntihar anlıqdır. Yəni bir an içərisində insan şüuru donur və tək çarəni özünə qəsd edib “canını qurtarmaq” da görür. Hətta diqqət etsək, çox vaxt intihar edən şəxslərin yaxınları “hər şey çox yaxşı idi, heç bir problemi yox idi. Heç gözləmirdik belə bir hadisəni!” sözlərini qeyd edirlər.
İntihar etməyə qərar verən şəxsi artıq fikrindən döndürmək mümkün olmayacaqdır. Çünki bu qərar həmin şəxsə görə ən ağıllı qərardır və bu qərarını həyata keçirmək üçün uyğun vaxtı gözləyir. Onu da qeyd etməliyik ki, bu intihar krizi bir müddətlikdir bunu həmin anda lazımi tədbirlər görməklə aradan qaldıra bilərik. İntihar etməyə qərar verən şəxs özlərini müxtəlif yollarla zəhərləmə, məngənə ilə asmaqla, yüksək mərtəbədən atmaqla və s. yollarla həyatlarına son verirlər.
Bildiyimiz kimi, tarixdə ilk dəfə özünəqəsd Qədim Yunanıstanda baş vermişdir. Məşhur filosof olan Sokratdan fəlsəfədən imtina etməsini istədilər. Lakin o, fəlsəfədən imtina əvəzinə ölümü seçdi. Ona ölüm hökmü verildi. Bu hökmün də zəhər vasitəsilə həyata keçirilməsini tələb etdilər. Zəhəri Sokratın yanına gətirən bələdçi ona uzatmamış o, özü alıb içdi. Bir müddət keçdikdən sonra uzandı və son sözü belə oldu: “Asclepius`a bir xoruz borcumuz, ödəməyi unutmayın” – dedi və gözlərini ömürlük bu dünyaya yumdu. Sonra isə məşhur yazıçılar, sənətkarlar, alimlər intihar etdi. Bunlara nümunə olaraq, Cek Londonu, Hitleri, Ernest Heminqueyi və başqalarını göstərə bilərik.
İntihar etmək istəyən şəxs əvvəlcədən intihar planı qurur. Sonra həmin planını gerçəkləşdirir. Məsələn, nümunə olaraq, Uilyam Folknerin “Emili üçün qızılgül” əsərini göstərə bilərik. Burada Emili öz sevgilisini zəhərləmək üçün əvvəlcədən gedib siçan dərmanı alır. Bir neçə müddətdən sonra biz görürük ki, sən demə, Emili oğlana zəhəri verib uzandırıb və onun qolunun üstündə qızılı saçlar (Emilinin saçıdır) var. Oğlanın kostyumu səliqə ilə stulun başından asılıb, hətta Emilinin əvvəlcədən onun üçün aldığı əşyalar belə səliqə ilə stolun bir kənarında dayanır….
Müasir gənclərimiz isə qarşılarına hər hansı bir cüzi problem çıxdığı zaman çıxış yolunu heç düşünməmiş intiharda tapırlar. Bu daha çox özünü “sevgi” məsələsində biruzə verir. Halbuki, sağlam beyinlə düşünsələr nə qədər axmaq bir fikir olduğunun fərqində olarlar. Dərindən düşünəndə əslində, vacib deyil ki, sevdiyin şəxs sənin yanında olsun. Əsas odur ki, sevgi səninlə olsun. O sevgi hər nə olursa olsun, sənin ürəyindədir. Leyli ilə məcnun kimi məsələn…
Son olaraq onu qeyd etmək istərdim ki, gənclər, bu ömür payı, dünya, yaşamaq bizə cəmi bir dəfə verilir. O paya da xəyanət edib ona qıymaq düzgün deyil. Ömrümüzü gözəl və mənalı keçirək, çünki bu dünyaya bir daha gəlməyəcəyik. Məqalənin adında da olduğu kimi gec olmadan intihara yox deyək, həyata pozitiv duyğularla, arzularla baxaq. Həyat yaşadıqca gözəlləşir, bu həyatı da gözləşdirən biz insanlarıq !!
Arzu İmanquliyeva