İntihara yox deyək,həyata pozitiv baxaq

28276135_953469301473253_2093671399_o

Hər kəs bəzi zamanlarda sıxıntılar yaşayır,bu sıxıntı öz növbəsində insanda depressiya, çarəsizlik, ümidsizlik yaradır. Ciddi problemlərlə üzləşərkən insan qarşısında olan problemlərə və yaxud problemə həll yolu axtarır. Həmin problemə yanaşma tərzi isə insanın həmin problemi necə dərk etməsindən, psixoloji yanaşmasından asılıdır. Elə ola bilər ki, bir insanın normal qəbul edəcəyi hadisə başqa insan üçün son dərəcə ciddi problemdir. Problemlərə çarə tapa bilməyən insanlarda isə neqativ yönümlü fikirlər əmələ gəlir. İntihara meyilli insanlar sözün əsl mənasında həyatdan imtina edirlər. Belkə də “İntihar etmək istəmirəm, amma bacara bilmirəm “ sözləri onların son sözləri olur. Lakin “bacara bilmirəm” sözü bir qaçışdır. Bu qaçışın maliyyəti ölümdür. Amma bir həqiqət də var ki, mövcud insan problemi nəyə görə öz həyatından üstün tutsun ki ? İnsana verilmiş bir həyat var. Bu həyata gelmək isə öz seçimimiz deyil, amma yaşadığımız həyatın çətinlikləri ilə mübarizə aparmaq bizə həyata tutunmağa, həyatı daha da mənalı etməyə vadar edir. İnsan var olduqca problemlər də var olur . Lakin o problemlərə bir “düşmən” kimi baxmalıyıq. O “düşmən” ə necə güclü olduğumuzu göstərməliyik. Həmin düşməni məğlub etmənin isə tək yolu intihar deyil. İntihar isə ümumilikdə çıxış yolu deyil. O psixoloji zəiflikdir. İntihar sənin baş verən müharibəndə mübarizədən qaçışdır. Bu müharibədə qələbənin yolu isə POZİTİVLİKDİR. Bu bir sözdən ibarət çıxış yolu ola bilər. Lakin bu insana xas olan bu xüsusiyyət bizim həyatımızı dəyişən en vacib faktorlardan biridir. İlk öncə dönüb həyatınıza baxın, onu nəzərdən keçirin , xoşagəlməz hadisələrə yol açan insanları ilk öncə həyatınızdan çıxardın. Həyatınızda yeniliklər edin. Bu yenilikləri etdikdən sonra sizə hansı dərəcədə təsir etdiyini analiz edin. Bəlkə də qarşınızda olan problemin həllinə təsir göstərəcəkdir. İnsan gündəlik kiçik gözəlliklərə o qədər öyrənir ki, qiymətini bilmir. Bu gözəllikləri görməzdən gəlir. Çalışın ki, onların fərqinə varasınız. İnanın ki, bu bir çox şeyi dəyəşdirəcək amildir. Sizin həyatınızda baş verən mənfiliklər əvəzinə müsbət tərəflərinizi yada salın. Onlardan tutunmağa başlayın. Şikayət etməyi isə tamamilə həyatınızdan çıxardın . Əslində şikayət etmək əlinizdə olanları göz ardı etmək deməkdir. Həyatda isə sözün əsl mənasında xoşbəxt olmaq üçün şikayətlərdən imtina etmək lazımdır .Həyata müsbət baxmaq, çatışmazlıqları görməmək anlamına gəlməməlidir.Mənfi halları görmək tədbir almaq üçün vacibdir. Bir çox sıxıntılı durumların öhdəsindən səy göstərməklə gəlmək mümkündür. İnsan həyatda qarşılaşa biləcəyi çətin vəziyyətlərə hazır olmalıdır.Bu həyatın təbii bir reallığıdır. Hər kəs bilməlidir ki, insan pozitiv enerjisini ortaya qoyaraq, yəni həyata ümidlə baxaraq və vəziyyətinin yaxşılacağına inanmalıdır.Məhz bu düşüncə bəlkə də həyata yenidən tutunmağın

açarıdır. Bu açarı tapmaq da öz elimizdədir, itirmək də. Həyata pozitiv baxmaq üçün müxtəlif yollara əl atın. Məsələn, internet və kitablarda bizi motivasiya edib, yuxudan oyadaraq dünyaya tamam başqa gözlə baxmağımıza kömək edə biləcək saysız hesabsız aforizm və sitatlar var. İnsanların öz həyatları ilə necə mübarizə aparmaları bu mübarizədən necə çıxış yolu tapmaqları barədə çoxlu məlumatlar əldə edin. Yaddan çıxarmayın ki, həyatda siz tək deyilsiniz, ola bilsin ki, sizin kimi problemi və yaxud sizdən də artıq yüklü çətinliyi olan insanlar var. Özünüzü pis hiss edəndə və yaxud xoşbəxt olmadığınızı anlayanda bunu qəbul edin ancaq, hər şeyi olduğu kimi də saxlamayın. Düşdüyünüz pis haldan çıxmağa tələsin. Lakin, bunu boynunuza almasanız və yalandan özünüzü xoşbəxtmişsiniz kimi göstərsəniz çox çətin ola bilər. İlk öncə yaranmış problemi qəbul edin, sonra səbəbini axtarıb dərhal hərəkətə keçin. Amma bu hərəkət intihar olmamalıdır. Tamamilə və birdəfəlik onu həyatınızdan silin! Tam enerjili, gülümsəmə ilə oyanın. Alınmır? Heç nə olmaz. Əl-üzünüzü yuyanda güzgüdə özünüzə gülümsəyin. Qarşınızdakı “insan” da sizə cavab olaraq gülümsəyəcək. Həyatımız çox qısadır . Çox qısa olan həyatımızı isə problemlərə, zəif psixologiyamıza qurban verməyək. Sizi güclü edəcək şeylərin arxasınca gedin. Unutmayaq ki, intihar bir cəsarət deyil, zəiflikdir.

Aynurə Əliyeva

Share to Odnoklassniki