İntahara yox deyək, həyata pozitiv baxaq

28309329_953340881486095_1355284260_o

Hər bir insanın həyatında ümidsiz anlar olur.  İnsanların 60-70 faizi ömürlərinin sonuna qədər bir dəfə belə olsa intahar yolu ilə həyatlarına son qoymağı düşünürlər. İntahar siyahısına müxtəlif səbəblər daxil edə bilərik. İntiharın səbəbləri kimi daha çox – cinsiyyət, aşağı sosial-iqtisadi vəziyyət, ata-ana münaqişələri, psixi pozuntular, şiddətə meyillilik və düşünmə (fikirləşə bilmə) pozuntuları göstərilir. Risk faktorlarına depressiya, bipolyar pozuntu, şizofreniya, şəxsiyyət pozğunluğu kimi ruhi nasazlıqlar da aiddir.

Mənim xüsusi ilə toxunmaq istədiyim aspekt isə yeniyetmələrdə intahar təşəbbüsü və kökündə ailə problemləri dayanan intahar hallarıdır. Acı da olsa qeyd etməliyəm ki, hal-hazırki günümüzdə ən çox intahar halları, bu qəbiləyə daxil olanlardır.
Bir yeniyetməylə işləmək, bir az yaşlı uşaqla işləmək kimidir. Çünki əksər yeniyetmələr üçün qarşı tərəfin söylədiyi fikirlər sadəcə qəbul olunan informasiyadır. Hansı ki, bu informasiya 90% hallarda onun üçün boş və icra olunmazdır. Yeniyetmələrin intahar hallarının böyük bir qismini  fikrimcə ailədə anlaşmazlıq, ən əsası da bilavasitə ünsiyyət problemi ilə əlaqələndirmək olar. Hansı ki, vaxtında düzgün qurulmamış valideyn-övlad münasibəti qarşıya qoyduğumuz problemin özəyidir. Normal hal kimi qəbul edərək qeyd edə bilərəm ki,  övladla ondan yaşca böyük olan valideyn arasında hər zaman fikir təzadları yaranırki, bu faktor yeniyetmələrdə  daha yüksək səviyyədə nəzərə çarpır. Nəticədə müxtəlif siferalı intahar səbəbləri meydana çıxır:

1. Valideyn- övlad arasında doğru olmayan ünsiyyət. Hansı ki, bir yeniyetmə düşünür ki, valideyn özünü hər zaman haqlı hesab edir, onlar məni düşünmür, mənim varlığım onlar üçün heç bir mövqe  tutmur və s.

2. Qorxu. Yeniyetmələrdə ən böyük problemdir. Əksər hallarda çox zaman yalana əl atırlar. Düşünürlərki, doğrunun deyilməsi zamanı valideynin gözündən düşərlər və ya söz-söhbət, danlaq, bəzi hallarda valideyn tərəfindən döyülmə, pis rəftar və acı sözlər bir yeniyetməni evdən getməyə və ya intahara sürükləyə bilən səbəblərdəndir.

3. Valideynlər arası münasibət. Bəzən könülsüz qurulmuş ailələr, valideynlərin xəyanəti, şiddət və s. kimi səbəblər də övladlarda psixoloji pozğunluğa, hətta intahara səbəb ola bilir.

İntahar, onun yaranma səbəbləri, buna səbəb olan hallar haqqında kifayət qədər danışmaq olar. Sual olunurki, bəs yeniyetmələrdə intahar halının qarşısını necə ala və ya azalda bilərik? Subyektiv fikrimə görə buna aşağıdakı hallarla nail olmaq olar:

  1. Sağlam (normal düşüncəli) ailə
  2. Kiçik yaşlarından (valideynlər, uşaqlar, valideyn və uşaqlar arasında) təməli qoyulan düzgün ünsiyyət sistemi
  3. İnam(həm uşaqların valideynə, həm də valideynin uşağa inamı)
  4. Etibar. Uşaqlarınıza heç bir zaman yalan danışma deməyin, hər zaman düzünü söylə deyin. Bu onu günahlandırmaqdan daha çox övlandınızda ona etibar situasiyasını aşılamış olacaq. Çalışın hər zaman özünüz də onlara doğrunu söyləyəsiniz.
  5. Qorxu. Övladlarınızı çox sıxmayın lakin, onları eyni zamanda da daima nəzarətdə saxlayın. Çalışın sizdən qorxmasınlar. Əksinə həyatın hər anında etdikləri hər şeydə, hətta səhvlərdə belə sizə hər şeyi rahatlıqla danışa bilib, etibar etsinlər.
  6. Onu heç kimlə müqayisə etməyin. Bu məqamda qonşunun uşağı hansısa işdə səndən daha yaxşıdır ifadəsi yerinə düşmüş olar.
  7. Həyatda uğur qazanmasına yardımçı olun. Etdiklərinizi uğursuzluqla nəticələnsə belə dilə gətirməyin.

Normal fikirli və düşüncəli ailə hər zaman cəmiyyətə normal fikir və düşüncəli şəxsiyyətlər bəxş edəcək. Çalışaq həyata hər zaman yaxşı tərəfindən baxaq. Çünki hər bədbinlikdə bir nikbinliyi duymaq, elə həyata pozitv baxmaqdır.

Zəminə Ədilova

Share to Odnoklassniki