Depressiya nədir?

jobs-for-people-with-depression-2

Son zamanlar daha sıx rast gəldiyimiz və eşitdiyimiz problemlərdən biri də məhz depressiyadır! Hər kəsin  gündəlik həyatda istifadə etdiyi  anlayışlardandır. Lakin bəzən bu anlayış düzgün istifadə edilmir . Yeni hər əhval-ruhiyyəsi yaxşı olmayan insana depressiyadasan deyə diaqnoz qoyulması düzgün deyildir

İnsanlar  bəzən özlərini bədbəxt hüznlü hiss edirlər.  Məsələn: işindən ayrılanda, sevdiyini itirdikdə, uğur qazana bilmədikdə, ayrılıq məqamlarında  özlərini hüznlü hiss edirlər. Bu normaldır lakin, bu hüznlülük uzandıqda və müxtəlif psixoloji  dəyişikliyə yol açdıqda  artıq narahat olmaq lazızmdır. Depressiya hər yaşda hər fərddə görülə bilər. İnsan özünü lazımsız , dəyərsiz, bədbəxt hiss edirsə, ruh düşkünlüyü yaşayırsa , özünə qapanma və məyusluq halı hiss edirsə, heç kəslə görüşmək istəmirsə, artıq depressiya siqnalı çalına bilər. Depressiyada olan insanlarda yuxu və qida pozuntusu da yarana bilər,  daha sonra gələcəyə ümidsizlik, daha öncə həzz aldığı işlərdən həzz ala bilməmək, halsızlıq, spirtli içkilərdən və ya siqaretdən  daha çox istifadə etmək yaxud sakitləşdirici  dərmanlara meyillilik, enerji azlığı, yorğun hiss etmek, əsəbilik və s.

Depressiya hər hansı stressli hadisədən sonra yarana bilər və bir dəfə başlayıb uzun müddətdə davam edə bilər və depressiya  irəlilədikcə intihara cəhd etmək halları ilə qarşılaşırıq. Depressiya diaqnozu qoyulması üçün ən az 6 ay ərzində müşahidə aparılmalıdır. Əgər ətrafınızda depressiya əlamətləri müşahidə etdiyiniz biri varsa o zaman onu çalışın psixoloq və ya psixiatra yönləndirəsiniz.

Aytən Əlizadə

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

Share to Odnoklassniki