Qarşıya qoyulmuş məqsədə nail olmaq əzminə iradə deyilir. İnsan qarşısına hər hansı bir məqsəd qoyarkən onu şüurlu surətdə təhlil edir, əsaslandırır. Motiv adlanan bu hadisə iradənin əsas cəhətidir. Tələbat isə iki cür ola bilər.
- Meyil və ya instinktiv tələbat (qida, yuxu və s.)
- Mənəvi və ya mədəni tələbat (dostluq, musiqi, təhsil)
İradənin aşağıdakı pozuntu formalarına rast gəlinməsi mümkündür.
- İradənin zəifləməsi – hipobuliya
- İradənin güclənməsi – hiperbuliya
İradə pozuntularının əksər formaları özünü hərəkətlərin pozuntusunda göstərir ki, buna hərəkət və fəaliyyətin ləngiməsi, marağın sönməsi kimi hallar özünü göstərir. Buna abuliya deyilir. Bu zaman daha çox:
- Donuqluq – stupor
- Mutizm – nitqdə tormozlanma
- Katapelsiya
- Neqativizm
Bu cür vəziyyətdə olan xəstələr adətən həyatdan küsmüş, maraq və meyillərini itirmiş, zövq alma hissini uzun müddətdir unutmuş vəziyyətdə olurlar.
Onlarda bitib tükənməyən bir şikayət cədvəli, hadisə və olayları hədsiz böyütmə, bu vəziyyətdən heç çıxa bilməyəcəyinə dair ümidsizlik hissi var.
Bu cür xəstələrlə iş zamanı birmənalı olaraq daha çox onun keçmişində olan hadisələri açmaq üçün psixoanaliz metodundan istifadə yaxşı nəticələr verir. Birmənalı olaraq xəstənin ilişib qaldığı keçmişini təmizləməliyik ki, bu yükü çiyinlərindən atsın və gələcək üçün qorxular ona o qədər də çətin gəlməsin. Psixoanaliz edilmədən pozitiv və ya koqnitiv terapiya tətbiq edilə bilməz.
Əlbəttə ki, iradə və davranış pozuntularında antidepressant terapiyası mütləq və vacibdir. Bu cür hallarda pasiyentdə serotonin hormonunun azalması digər hormonların da azalmasına gətirib çıxarır.
Bu cür xəstələr daha çox yuxusuzluqdan da yəni melotonin azlığından da şikayət edirlər. Birmənalı olaraq dərman müalicəsi ilə eyni zamanda psixoloji dəstək çox mükəmməl nəticələr verir.
Lalə Əhmədova
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu