Psixoloqlar öz-özünə gülən insanın dərin bir yalnızlıq hissi keçirdiyini deyir. Əslində bu hal bir çox səbəbdən baş verə bilər. Məsələn müasir dövrdə kimsə cib telefonuna gələn mesajdan ətrafdakılar tərəfindən öz-özünə güldüyü kimi görünə bilər, kiminsə əsəbləri pozulduğu üçün əsəbindən gülə bilər. Təbii ki bu hal bəzi insanlarda insanlar arasında narahatlıq yarada da bilir. Təsəvvür edin kiminsə yas məclisində sizi gülmək tutur , bu sizin və ətrafınızdakıların narazılığına səbəb ola bilir. Və yaxud hansısa ciddi bir məclisdə, dərsdə, konfransda, televiziya verlişində gülmə krizinə girən olur ki, bu vəziyyətdən əziyyət çəkirlər. Təsəvvür edin siz yolla gedirsiniz və qarşıdan gələn insanın yanından gülə-gülə keçirsiniz bu zaman qarşıdakı insan sizin ona güldüyünüzü düşünə bilər və ortaya konflikt çıxa bilər və praktikada bu səbəbdən ünsiyyəti pozulan insanlar olur. Ancaq bu hal əbədi deyil sadəcə ciddi həyat tərzi keçirən və gülmə hissini təxirə salan insanlar bu halla rastlaşa bilir. Gülmək təbii haldır mümkün qədər gülün ki o sizi ciddi bir məclisdə ortaya çıxmasın.
İbrahim İbrahimov
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu