Mitomaniya nədir?
Mitomaniya insanların öz danışdıqları yalana inanmaq xəstəliyidir.Bu tip insanlar səhvlərini örtbasdır etmək üçün davamlı olaraq yalan danışırlar.Bir müddət sonra isə artıq öz danışdıqları yalana özləridə inanmağa başlayırlar.16 yaşından etibarən özünü göstərməyə başlayan bu xəstəlik zamanı insan öz beynində müəyyən şeylər qurur.Bu yalanlara qarşısındakı insan inanırsa o bundan böyük zövq almağa başlayır.Bu insanlar üçün yalan həyatlarının əvəz olunmaz hissəsinə çevrilmişdir.Onlar ən çox öz mənfəətləri və ya başqalarının diqqətini çəkmək üçün yalana üz tuturlar.Danışdıqları yalanlar aşkarlandığı halda belə onlar narahatlıq keçirmirlər.Çünki yalan danışmaq onlar üçün ən adi haldır.Sakit məkanları heç vaxt sevmirlər.Olduqları yerdə həddən artıq şişirdilmiş yalanlarla ətrafdakıların diqqətini cəlb etməyə başlayırlar.Tədricən yalanlar ortaya çıxdıqca insanlar onlara inanmamağa başlayırlar.Xoşbəxt ola bilmədikləri üçün iş yerlərini və dost ətraflarını tez-tez dəyişirlər.Yalanlarını düzəltmək üçün heç vaxt cəhd göstərmirlər,çünki onların peşmançılıq mexanizmləri işləmir.Əgər peşmanlıq hiss edirlərsə deməli onlar Mitomaniya xəstəsi deyillər.
Xəstəliyin xüsusiyyətləri
Bu insanlar sosial cəhətdən olduqca aktiv insanlardır.Öz danışdıqları yalana inandıqları üçün ətrafdakılara daha göstərişli və inandırıcı şəkildə öz yalanların nümayiş elətdirirlər.Əgər mitomaniya yeniyetməlik dövrüdə meydana çıxıbsa həmin şəxs özündə yalan danışmağa qarşı ciddi məcburiyyət və zərurət hiss edir.Danışdığı yalandan böyük zövq alır və onun fikrincə bu həyatda qazandıqları ən böyük xüsusiyyətdir.
Necə müalicə olunmalıdırlar?
Bu insanlar özlərində heç bir problem görmədiklərindən müalicədə olunmaq istəməzlər.Bu səbəbdən də yaxınlarının təziqi ilə müalicəyə başlayırlar.Ailələri onları müalicə üçün razı salarkən yumuşaq və diqqətli olmalıdırlar.Müalicə zamanı psixoloqlar ilk növbədə onlara güvən aşılamalıdır ki,yalan danışmağının səbəbini öyrənə bilsin.Müalicə uğurla bitdikdən sonra yenidən təkrarlanması halları nadir olur.Lakin bu zaman xəstə özü yenidən psixoloqa müraciət edir.Bu insanlar ən çox həyat yoldaşları ilə problem yaşayırlar.Çünki yalan danışmadan dayana bilmirlər.Lakin bunun müalicəsi olduğundan onları psixoloqa yönləndirmək lazımdır.
Sevinc Əlizadə
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu