Epilepsiya

epilepsiya

Epilepsiya termini yunan sözü olub mənası “tuturam” deməkdir. Xroniki xəstəlikdir.   Epilepsiya ali sinir sisteminin xəstəlikləri qrupuna aiddir. Şəxsiyyətin dəyişikliyinə gətirib çıxarır, ən ağır formada isə əqli geriliyə gətirib çıxarır. Bu xəstəlik hər yaşda yarana bilər. Südəmər vaxtdan ən yaşlı periodacan , lakin, ən çox 20yaşadək yaranır. Bu xəstəliyi bəzən başqa adlarla da adlandırırlar. “Qara xəstəlik”, “Müqəddəs xəstəlik” , “Herkulesin xəstəliyi” və s.

Epilepsiya xəstəliyi əsasən iki mərhələdə özünü göstərir.

1ci mərhələ. Aura.

2-ci mərhələ. Tutmalar.

Aura tutmanın yaranmasından bir neçə gün və bir neçə saat əvvəl xəstənin əhvalı dəyişir. Apatiya, qıcıqlılıq, baş ağrısı və ümumi narahatlıq yaranır. Bu əlamətlərə uyğun demək olar ki, xəstəlik (tutma) yaxınlaşır.

Tutmalar əsasən iki növdən ibarət olur.Böyük tutmalar , kiçik tutmalar.

Böyük tutmalarda -şüurun sönməsi,huşun getməsi, qeyri-iradi əzələlərin gərginləşməsi, xəstənin yıxılması, dilin dişlənməsi və s. əlamətlərlə özünü biruzə verir.

Kiçik tutmalar əsasən sudurqasız keçir və ya çox cuzi bir sudurqa ilə bir neçə saniyədən sonra qurtarır.

Ümumi epilepsiya xəstəliyi diaqnozu ancaq beyində ocaq varsa, qoyula bilər. Beyində heç bir dəyişiklik yoxdursa, “isterik nevroz” diaqnozu qoyulur. Epilepsiya xəstəliyi travma, infeksiya və ya intoksikaçiya (zəhərlənmə) nəticəsində yarana bilər.

Bu xəstəlik zamanı psixoterapiya üsulunda “əmək terapiyası” yaxşı nəticə verir. Bu zaman yüngül əl işlərinin, əqli işlərin verilməsi xəstəyə çox yaxşı təsir göstərir.

Elvira Kərimova

 Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu 

Share to Odnoklassniki