Seretonin – xoşbəxt olmaq əlimizdədir!

Role-of-Serotonin

Beynimizdə əhval-ruhiyyəni tənzimləyən, xoşbəxt hiss etdirən hormonumuzdur seretonin. Bu hormonun əskikliyi və ya yüksək olması bizdə psixoloji dəyişikliklərə yol açır! Biz gün ərzindəözümüzü hadisələrlə bağlı pozitiv və ya neqativ hiss etməyimiz normaldır. Lakin bəzən belə olmur ətrafımızda pozitiv hadisələr cərəyan etsə də biz özümüzü hər zaman qəmgin, gərgin, bədbəxt hiss edirik heç bir şeydən həzz ala bilmirik yaxudda fərqli davranışlar sərgiləyirik və s. Bu kimi hallarda artıq psixologiyamızda neqativ yöndə bir dəyişiklik olduğunun fərqinə varırıq. Qadınlar və kişilərdə seretonin yüksəlməsi fərqli məqamlarda olur. Qadınlarda toxunma, qucaqlaşma, sevgi,  qayğı hiss etdikdə, kişilərdə isə güclü hiss etdikdə və maddi imkanın yüksəlməsində  həmçinin cinsəllikde  özlərini xoşbəxt hiss edə bilərlər.

 Biz özümüzü xoşbəxt hiss etmək  istəyiriksə nə etməliyik ?

*Günəş işığı (gün ərzində calışın günəş işığından faydalanın. Ən az 30 dəqiqə açıq havada tez-tez yeriyin)

*Yuxusuzluq (yuxu insanın tələbatıdır və bu tələbat ödənilmədikdə biz özümüzü gərgin, halsız və s. kimi hiss edirik. Yuxunuzu düzgün rejimə salın, çünki yuxusuzluq seretonini azaldır)

* Yatmazdan qabaq insan nə fikirləşirsə, beyin gecə boyu həmin fikirləri təkrarlayır. Çalışın yatmazdan öncə pozitiv düşünün.

* Gülmək (gülmək beyində dopamin hormonu ifraz edir, gülməyə çalışın)

* Rənglərin də psixologiyamıza təsiri var. Mavi rəngdən istifadə edin. Mavi rəng insanın özünə inamını artırır, stressi azaldır .

*20 saniyə ərzində qucaqlaşma insanda seretonini artırır, çalışın övladınız, yoldaşınız, ata-ananız, dostlarınızla qucaqlaşın.

*Qidamıza diqqət yetirməliyik. Serotonin – ərik, banan, kakao, kişmişdə və s. qidalarda var. Gündəlik həyatda  bu qidalardan istifadə edin.

Aytən Əlizadə

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

Share to Odnoklassniki