Bədən Dismorfik Pozuntusu

beden-dismorfik-bozuklugu

Bədən dismorfik pozuntusu DSM-5 də Obsesiv kompulsiv pozuntu və əlaqəli pozuntular qrupuna daxil edilmişdir. BDP sərgiləyən insanlar formasız ya da çirkin olduqlarına qətiyyətlə inanaraq, görünüşlərində qəbul etdikləri ya da xəyal etdikləri bir qüsuru və qüsurları vəsvəsə halına gətirirlər. Bu narahatlıq o dərəcə şiddətli  olurki, sosial və peşə sahələrində klinik cəhətdən  ciddi şəkildə narahatçılıq və əksiklik yaradır.

Diaqnoz üçün əlamətlər:

A.Xarici görünüşündə başqaları tərəfindən müşahidə edilə bilməyən ya da başqaları tərəfindən önəmsənilməyəcək, bir və ya birdən çox qüsurun olması ilə bağlı düşüncələr ilə  məşğul olmaq.

B.Şəxs bu pozuqluğun inkişafı sırasında bir müddət xarici görünüşündəki narahatlığı ilə əlaqədar təkrarlanan davranışlar göstərir.

C. Bu fikri məşğuliyyət klinik cəhətdən diqqətə çarpan  bir sıxıntıya ya da sosial, işlə əlaqədar ,  həmçinin önəmli digər funksionallıqla bağlı sahələrdə fəalliyyətin zəifləməsinə səbəb olur.

D.Xarici görünüşü ilə bağlı bu fikri məşğuliyyətlər  yemə pozuqluğu üçün diaqnoz meyarlarını ödəyən əlamətləri olan bir şəxsdə,bədən yağı  ya da ağırlığı ilə bağlı narahatlıqlarla daha yaxşı açıqlana bilməz.

Əgər bu əlamətlər varsa, bədən qavraması pozuqluğu  inancları ilə bağlı fikri dərəcəni müəyyənləşdirmək lazımdır.

Dərindüşüncə yaxşı ya da olduqca yaxşı: Şəxs  bədən qavraması pozuqluğu inanclarının  tamamilə və ya  ehtimalən  gerçək olmadığını ya da gerçək ola biləcəyi ilə ola bilməyəcəyini  ayıra bilməkdədir.

Dərindüşüncə  pis: Şəxs  bədən qavraması pozuqluğu inanclarının bir ehtimalla gerçək olduğunu düşünür.

Dərindüşüncə yox dərəcəsində: Şəxs  bədən qavraması pozuqluğu inanclarının  tamamilə gerçək olduğuna inanır.

BDP pozuntusu olan şəxslər bu düşüncələrini bədənlərinin bütün hissələrinə aid edə bilər: üzləri ləkəlidir, döşləri kiçikdir, üzləri çox zəifdir(və ya çox kökdür) ya da başqalarına iyrənc kimi görünən  damarlar üzündən çox  formasız görünməkdədir.

Araşdırmaya görə qüsurların daha çox görüldüyü yerlər bunlardır: Üz dərisi(73%), saç(56%), burun(37%), gözlər (20%), üz böyüklüyü(12%).

Bir çoxumuz görünüşümüzlə bağlı narahatlıqlar yaşaya bilərik. Lakin, BDP’li şəxslərdə bu narahatlıqlar daha çoxdur, onlar zehni bütünlüklə məşğul edir və önəmli bir duyğusal acıya səbəb olur. Onların çoxunda narahatlıq hallüsinasiya səviyyəsindədir.

BDP də yayğın olaraq görülən digər bir xüsusiyyət də bu şəxslərin qüsurları haqqda davamlı olaraq dostlarının və ailələrinin verdiyi güvənə ehtiyac duymalarıdır. Ancaq bu güvən onlarda keçici bir rahatlama yaradır. Daha sonra yenə gün ərzində  dəfələrlə  güzgünün qarşısında görünüşlərini  kontrol edərək özlərini rahatlatmağa çalışırlar. Bununla yanaşı bəziləri güzgüdən tamamilə qaçınırlar.

Epidemiologiya

Tam olaraq yayılma faizi qeyd olunmasa da,  ümumi əhalinin 1%-2% nə, depressiv  insanların isə 8%nə təsir etməkdədir.

Qadın və kişilərdə yayılma dərəcəsi bərabər görünsədə, kişilərin cinsi orqanları, bədən forması və keçəl olma, qadınların da dəriləri, mədələri, döşləri və ayaqları haqqda daha obsesiv olduğu görülür.

Başlanğıc yaş  bir çox insanın xarici görünüşüylə bağlı narahat olmağa başladığı yeniyetməlik çağı götürülür.

BDP li şəxslərdə depressiv diaqnoza çox rast gəlinir. Bu isə sıxlıqla intihar cəhdinə və tamamlanmamış intihara yol açar. 200 BDP xəstəsi arasında 80%nin  intiharı düşündüyü və 28%nin də keçmişdə intihar cəhdi olduğu görülmüşdür. Depresiya qədər güclü olmasa da  paralel şəkildə fobiya və obsesiv-kompulsiv  pozuntusu da sıx görülməkdədir.

“Fil adam”

Chris, utancaq, narahat görünümlü , 31 yaşında bir dülgərdir. İntihar cəhdindən sonra xəstəxanaya qaldırılmışdır. Psixiatrla qaranlıq bir otaqda görüşmək istədiyini bildirir və gözünün önünü tutan bir papaq taxır.  Daima yerə baxan Chris heç bir dostunun olmadığını, qısa müddət əvvəl işindən və sevgilisindən ayrıldığını qeyd edir.

“Bütün bunların səbəbi burnumdur.Burnumun üstündə böyük ləkələr var. İyrəncdirlər! Canavara bənzəyirəm. Fil adam qədər çirkinəm! Tək düşünə bildiyim şey burnumdakı izlərdir. Son 15ildir onları düşünürəm. Bu papağı da daimi olaraq ona görə taxıram. Sizinlə qaranlıq bir otaqda görüşməyinin səbəbi də bu idi. Nə qədər çirkin olduğumu görməyinizi istəmədim.”

Daha sonra psixiatr işıqlı bir otaqda onunla görüşür və Chrisin bəhs etdiyi ləkələri görə bilmir. Chris üz dərisində normal görünən məsamələrdən başqa bir şeyi olmayan yaraşıqlı bir adam idi.

Chris həmçinin dərisi ilə bağlı problemə görə bir dermatoloqa müraciət etmişdi, ancaq “burnunuz üzərində heç bir şey yoxdur” səbəbi ilə rəddedilmişdi. Ən sonunda başqa bir dermatoloqu müəyyən proseslər aparması üçün razı salmış, ancaq yenə də razı qalmamışdı. O qədər çarəsiz idiki, iki dəfə intihar etməyə çalışmışdı.  (Spitzer and others,p.7-9)

Chris kimi BDP xəstələri adətən bir dermatoloq ya da plastik cərraha müraciət edirlər. Bir araşdırmada estetik cərrahiyəyə müraciət edənlərin 8%nin BDP diaqnozu əlamətlərini ödədikləri görülmüşdür. (Cerrand, Sarwer and others,2004)Başqa bir araşdırmada bu faizin 20-yə qədər arta biləcəyi aşkar edilmişdir.(Phillips 2005)

Ağlı başında bir həkim ondan istənilən prosedurları həyata keçirməməli və xəstəyə bir psixiatr ya da psixoloq məsləhət görməlidir.  Yox əgər həkim istənilən prosedurları tətbiq edərsə, bu sıxlıqla davam edəcək və nəticə heç vaxt xəstə tərəfindən bəyənilməyəcəkdir.  Nəticədən razı qaldıqlarında belə BDP diaqnozu varlığını davam etdirəcəkdir.

Qədəmli İsmayılova

Klinik Psixoloq

Mənbə: American Psychiatric Association DSM-5

                 Anormal Psikoloji. (James N. Butcher , Susan Mineka , Jill M. Hooley)

 

 

Share to Odnoklassniki