Utancaqlıq

shutterstock_162949841-300x222

Cəmiyyət içərisində özünü göstərə bilməmə, özünüqiymətləndirmənin aşağı olması, başqalarının onu qəbul etməyəcəyi, bəyənməyəcəyi düşüncələrinin çoxluq təşkil etməsi və s. Bu tip insanlar üçün başqalarının fikirləri çox önəmlidir və tez-tez başqaları tərəfindən dəyərləndirilməyə ehtiyac duyurlar. Başqaları ilə münasibət qurmaq, qruplarda yer almaq istəsələr də bunu edəbiləcək qabiliyyətə malik olmadıqlarını düşündükləri üçün buna cəsarət etməzlər. Utancaqlığın yaranma səbəblərindən biri də valideynlərin uşağı yalnış böyütmə tərzi, yeniyetməlik dönəmində tez-tez uşaqlarında səhv axtarma, onlara heç bir işdə güvənməmə, uşaqların etdiyi kiçik səhvdə belə onları danlama və yaxud artıq dərəcədə uşaqları qorumaq və s. səbəb ola bilər. Utancaqlığı olan insanlar özlərini daim tənha, tək, çarəsiz və pis hiss edərlər. Həmişə ətrafındakıları özlərindən gözəl, yaraşıqlı, qabiliyyətli görərlər. Öz müsbət keyfiyyətlərini əsla görməzlər və başqalarının onların ən kiçik xətalarını görəcəklərindən qorxarlar. Bu narahatçılıqdan əziyyət çəkən insanlar başqaları ilə ünsiyyət qurarkən çox həyəcan keçirirlər, əlləri titrəyir, üzləri qızarır və s. Bu narahatçılıq bəzən sosial fobiya və depressiya ilə birgə müşahidə olunur. Utancaqlığın aradan qaldırılması üçün psixoloqa müraciət etmək və terapiya almaq lazımdır. Bu problemdən əziyyət çəkən insanlar psixoloqa müraciət etməyə tərəddüd edirlər. Çünki terapiya müddətində kiçik bir narahatçılıq onlarda ümidsizlik yaradır və geri addım atırlar. Buna görə də bu tip pasientlə psixoloq arasında pozitiv, güclü və inama dayalı münasibət qurulmalıdır. Utancaqlığın aradan qaldırılması üçün ən yaxşı terapiyalardan biri də koqnitiv və davranış terapiyasıdır.

Elvira Kərimova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

Share to Odnoklassniki