Əşyalarımın yerini unuduram, gedəcəyim yolu xatırlamıram, deyəcəyiniz söz və ya fikir tez-tez yadınızdan çıxırsa, bu ciddi bir narahatlığın siqnalıdır. Hafizədə və ya yaddaşda, müəyyən dərəcədə problemlər mərkəzi sinir sisteminin çox yükləndiyindən və yorulduğundan xəbər verir.
Yaddaş, qazanılmış bilik ehtiyatlarını və həyat təcrübəsini beyində saxlamaq lazım gəldikdə ondan istifadə etmək qabiliyyətinə deyilir.
Yaddaş 3 tərkib hissədən ibarətdir:
1. Persepsiya – yadasalma
2. Retensiya - yadda saxlama
3. Reproduksiya - yadda saxlamaq, canlandırma, göz önünə gətirmə, xatırlama
Yaddaşın bu funksiyalarını müəyyənləşdirən həkim və ya psixoloq yaddaşınızın hansı hissəsində narahatlıq olduğunu müəyyənləşdirir və müalicə ona görə aparılır.
Beyni hədsiz yüklənən insanlarda yaddaşla və ya xatırlamaqla bağlı problemlər əsəb sisteminə ciddi şəkildə təsir edir.
Əgər beyində hormonal funksiyada yəni serotoninin istehsalında problem varsa, bu özü yaddaşda öz narahatlığını göstərir. Məsələn: depressiv, obsessiv pasiyentlərlə işləyərkən belə hallara daha çox rast gəlinir.
Depressiv insanlar daha çox yadasalma və mənfi informasiyaları xatırlamağa meyilli olurlar.
Bu onların özündən asılı olmadan baş verdiyi üçün bunu hiss etmirlər.
Həkim müalicəsi və ya dərman müalicəsi ilə eyni zamanda psixoloji dəstək alan insanlar bu problemi daha tez keçirirlər. Psixoloqlar hafizə texnikaları ilə yaddaşı bərpa etməyə çalışırlar. Lazımsız informasiyalar beyindən sıxışdırılıb çıxardılaraq yerinə yeni informasiyaların qoyulması beyində bərpa işini aparır
Bütün orqanlarımız yükləndiyi zaman narahat olduğu kimi beynimiz də bəzən eyniliklərdən yorulur.
Ruhumuza və beynimizə rahatlıq versək və onlara yaxşı baxsaq, onlar da bizim əmrlərimizi tez və operativ surətdə xatırlamağımıza bizə yardımçı olacaqlar.
Tez-tez həyatımızda baş verən yaxşı hadisələri xatırlamağa çalışaq.
Lalə Əhmədova
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu