Su səsi terapiyası

water-drizzle-coffee-bean-3d-wallpaper

Bədənimizin 3/4 hissəsinin sudan təşkil olunduğu faktı, suyun bizim üçün necə vacib olduğunu aydın şəkildə göstərir. İnsan övladı hələ dünyaya gəlməmişdən öncə, aylarla ana bətnində su kisəsi  içərisində qalır.Bu maye bir tərəfdən körpənin rahatca hərəkət etməsini təmin edərkən, digər tərəfdən də xaricdən gələ biləcək zərbə və infeksiyalara qarşı qoruyur.

Suyun insan üçün vacibliyi nəzərə alınaraq, bir çox xəstəliklər zamanı ondan istifadə edilməsi, əslində, yeni kimi görünsə də,  qədim bir tarixə malikdir. Əsrlər əvvəl , daha çox Ərəb mədəniyyətində rast gəldiyimiz həyətlərdə çeşmə, kiçik su kanallarının olması vazkeçilməz idi. İnsanlar öz istirahət zamanlarında, ya da yemək vaxtı həyətlərində olan su fantanına yönələrək əyləşirdilər. Bu, kənardan görsəllik kimi qiymətləndirilsə də, insanların gün ərzində keçirdikləri stress və gərginliyin aradan qaldırılmasında böyük rol oynayırdı.

1

Su səsi terapiyası, adətən, musiqi terapiyası ilə birgə aparılır. Daha dəqiq desək, müəyyən sakit və rahatladıcı musiqi fonunda su səsinin verilməsi daha effektiv bir yol hesab edilir.  Çünki, onların  birlikdəliyi gözəl bir ahəng yaradır.

cvr9781582701561_9781582701561_lg.jpgProfessor Masaru Emoto su kristalları üzərindəki səsin təsirini araşdıran Yapon elm adamıdır. Masaru Emoto, içində 70-dən çox kristal rəsmi olan “Su Kristalları” adlı kitabında bunları qeyd etmişdir: “Su, cansız bir maddə deyil; canlı və duyğuları qavrayan kristallardan ibarətdir. Su, ətrafından müsbət və mənfi məlumatları alır və ona görə reaksiya verir. ”

Emotonun  bu mövzuda etdiyi daha bir araşdırmada, eyni mənbədən götürülmüş iki qab su üzərində təcrübə aparılmışdır. Su dolu qablardan birinə sakit və qulağıyormayan  musiqilər , digərinə isə  daha səs-küylü və yorucu bir musiqi dinlədilmişdir. Daha sonra suların strukturları araşdırıldığında,  gözəl ritm dinlədilən suyun kristalizasyon nümunəsi naxışlar şəklində və simmetrik,  kəskin ritmlər dinlədilən  suyun kristalizasyon nümunəsi isə qarışıq olaraq tapılmışdır.

Nəticə olaraq, qulağa xoş gələn səslər insan və eləcə də cansız hesab etdiklərimiz üzərinə pozitiv bir təsir göstərir.

Osmanlı tarixinə nəzər salsaq 15ci əsr, ruhi xəstələrin  musiqi və su ilə müalicə edildiyi bir zamankən, Avropada dəlilərin “İçlərində şeytan var” deyilərək yandırıldığı bir dövrdür.15. əsr sonlarında İkinci Bəyazidin tikdirdiyi Edirne Dârüşşifâ’sı, 16. əsr başlarında Hurrem Haseki-Sultanın Memar Sinana tikdirdiyi Haseki Dârüşşifâ’sı o dövrün ən əhəmiyyətli bimar-hânesi idi ( xalq dilində “dəlixana” ).

Bu xəstəxana hal-hazırda da öz fəaliyyətini davam etdirir. Həmin dövrdə fiziki və ruhi xəstələrə məhz su və musiqi terapiyası edilirdi. Daha sonra, bunun ruhi pozuntusu olan şəxslər üzərində daha effektiv bir yol olduğu görülərək, sırf onlar üzərində edilməyə başlanmışdır.

Xəstələr içəri daxil olarkən onları altıbucaqlı bir quruluşun ortasında axan kiçik bir fantan və fonda gözəl bir musiqi qarşılayırdı. Bu musiqilər daha öncədən həkimlər tərəfindən xəstənin probleminə uyğun, xüsusi olaraq seçilirdi.

Həmin musiqilərə qulaq asmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz.

“Su və Musiqi terapiyası”nın aparıldığı “EDİRNE II.BAYEZIT KÜLLİYESİ DARÜŞŞİFA MÜZESİ….”

Qeyd etmək lazımdır ki, su səsi terapiyası  həmçinin uşaq psixiatriasında mental retardasiyası, hiperaktivlik və autizm kimi xəstləliklərdə yüksək nəticələr verir.

Klinik psixoloq İsmayılova Qədəmli

Share to Odnoklassniki