Xəstəliklərin bu qədər artdığı bir dövrdə xəstə olmaq qorxusu demək olar ki, heç kimdən yan keçmir. İnsanlar bəzən qorxularının əsirinə çevrilirlər. Bu cür insanlar tez-tez müayinə üçün həkimlərə, xəstəxanaya baş vururlar.
Problemin onların orqanlarında yox, aldıqları qorxu və travmalar nəticəsində beyinlərində yaranan psixoloji bir böhran olduğunu bilmədikləri üçün illərlə səhv insanlara müraciət edirlər.
Qorxu beyində elə bir hasara yol açır ki, insanlar illərlə öz üzərlərində müayinələr aparır, guya hansısa bir xəstəlik başlasa öncədən xəbərdar olub, tədbir gösərəcəklər.
Adətən ipoxondrik qorxu onkoloji xəsəlikdən əziyət çəkən insanların yaxınlarında daha tez-tez rastlanılır. Bu cür insanlar bu xəstəliklə mübarizə apardıqları sürəcə yaxınının nə qədər əziyət çəkdiyini görür və hədsiz şəkildə özü də fərqində olmadan qorxur. Qorxu nəticəsində impulsiv reaksiyalar bir neçə il sonra belə qalxa bilir. Eyni və ya bənzər narahatlıqla üzləşmə beyində yatan ocağı yenidən aktivləşdirir.
Və nəticə etibarilə insanın həyatı zəhərə çevrilir. Qorxu onu idarə etməyə, hərəkətləini kontrol altında tutmağa çalışır. Əksəriyyət halda ipoxondrik xəstələrdə iştah düşür, heç nə yemək istəmirlər, bəzən qidalanmaqdan belə qorxurlar. Həyəcan-təşviş hormonları yüksəldiyinə görə yuxu, qida, çölə çıxmaqda zorlanma kimi problemlər yaşayırlar. İnsanlarla ünsiyyətdən, əsasən hansısa xəstəlikdən əziyət çəkən insanlardan qaçınma, hətta onun yanında belə danışılmasını qadağan edəcək dərəcədə narahatlıq keçirirlər.
Hansısa qohumda, tanışda, qonşuda olan narahatlığın əalmətlərini həmən özününküləşdirdiklərinə görə hadisəni uzaqdan-uzağa eşitmək belə onların əhval-ruhiyyəsini korlayır.
Bu cür insanlarla işləyən psixoloq daha çox psixoanalizlə qorxunun mənbəyini tapıb birmənalı olaraq müəyyən texnikalarla hadisələrin unudulmasına yardım etməli, heç bir hadisə və ya xəstəliyin eynilə təkrarlanmayacağına pasiyentini inandırmalıdır.
Bu cür insanlara əsasən özünü sevən, özünə daha çox diqqət göstərən və göstərilən diqqət, qayğıdan zövq alan insanlar aiddir.
Əgər hər hansı bir şəkildə travma alan insan psixoloji dəstək almasa illərlə sürəcək narahat bir vəziyyətdə qalacağını bilməlidir.
Bəzən hadisələr beyində başlayır və beyində bitir, ona görə də gəlin ara-sıra beynimizin içini də bizi yoran narahat edən qorxulardan azad olaq.
Lalə Əhmədova
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu