Yeniyetməlik dövrü hərkəsdə eyni formada baş vermir. Həmin dövrdə həm fizioloji, həm psixoloji, həm sosial baxımdan dəyişikliklər olur. Bəziləri yeniyetməlik dövrünü heç bir problem yaşamadan keçir, bəzilərinə isə daha dərindən təsir edir. Bu dövrlərdə depressiya daha artır. Özgüvən problemi, əks cinslə yaşanan problemlər, məktəb və ailədaxili problemlər buna səbəb ola bilər. Yeniyetmə özünü dəyərsiz və çox pis hiss edər. Hətta depressiyadan intihara qədər düşüncələr yarana bilər! Bunun səbəbi isə ətrafdakılara pis rəftarı, ölümə maraq, yalnızlıq duyğusu, sevgi əksikliyi və s. ola bilər. Yeniyetmələr bəzən çox aqressiv davranışlar göstərirlər və o zaman onlarla danışmaq heç bir əhəmiyyət kəsb etmir, sakitləşməyini gözləyib daha sonra danışmaq daha yaxşıdır! Qida pozuntusu yarana bilər ya həddindən artıq yemək yemə yaxud yeməyi rədd etmək. Qızlarda özünü bəyəndirmə, oğlanlarda isə özünü tanıma prosesi baş verirə.
Yeniyetməliyi yaxşı keçirməyin yolları:
*İlk əvvəl övladınızı dinləyin, ona müdaxilə etmədən, əmr və təhdid yerinə dostcasına və səmimi olun!
*Cinsəllik və doğum haqqında açıq və doğru səkildə məlumat verməlisiniz!
*Xəyallarına hörmət edin!
*Bu dövrdə eşq məktubları, şeirlər və s. yazarlar. Yaradıcı fikirlərinə hörmətlə yanaşın!
*Gənclər üçün dostlar vacibdir. Ona görə dostlarına və ətrafındakılara daha diqqətli olun, lakin qadağalar qoymayın!
Aytən Əlizadə
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu