Həyata yenidən bağlanmalıyam

chasethesun1

“Keçmişdə yaşadığım hadisələri unuda bilmirəm. “Ən xoşbəxt olduğum zamanlarda ağlıma keçmişim gəlir, əhvalım pozulur” “Keçmişdə ilişib qaldım, olanları bağışlaya bilmirəm” deyenlərdənsinizsə, bu yazı tam sizə görə.

Keçmişdə yaşadığımız pis hadisələr asanlıqla ağlımızdan silinib getməz. Hətta bu hadisələri “unutmağa çalışmaq” onları daha çox xatırlamamıza səbəb olur. Bu hadisələr gecələr yuxumuzu qaçırır, gündəlik fəaliyyətimizə təsir göstərir və ya həyatımızı çətinləşdirirsə, bu bir “takıntı xəstəliyi”dir.Keçmişdə yaşanılan pis hadisələri xatırlamaq eyni zamanda hirs, kin, günahkarlıq, peşmanlıq, kədər kimi bir çox mənfi duyğuların bizi ziyarət etməsinə səbəb olur. Qəbul etmək lazımdır ki, həyatın hər anında şübhəsiz ki, bizdə mənfi duyğular meydana gətirəcək pis sürprizlər və hadisələrlə qarşılaşırıq. Səhv vəziyyətlərin olmasının qarşısını ala bilmiriksə nə edə bilərik? Əvvəlcə deməliyəm ki əhəmiyyətli olan hadisənin “özü” deyil, onu necə “qəbul etdiyimiz”dir. Nəticədə hər cür pis yaşanmışlık bizdə dərin və acı izlər buraxdığı kimi eyni zamanda bizi gücləndirir də. Zəlzələdə yıxılan bir binanın yerinə, yıxılmış evdən çox daha möhkəm bir ev tikilər. İnşa edilmiş bu yeni ev, artıq gələcəkdə olan zəlzələlərə qarşı hazırdır. Həyat da belədir, yaşadığımız ağrılar bizə dərs verir, eyni səhvləri təkrar etməməyimizi təmin edər. Daha yetkin, daha dik və təcrübəli olmağımıza zəmin hazırlayır.

Bu ağrılara ilişmədən necə atlayıbda da gündəlik həyatımıza davam edək?

-İlk mərhələ – yaşadığımız hadisəni qəbul etmək ilə başlayaq. Qəbul etmək, təsdiq etmək mənasını verməz. Qəbul etmək; eyni zamanda səhvlər üçün məsuliyyət daşımaq, həyatla barışmaq, yetkinləşmək, xoşagəlməz sürprizlərə hazırlıqlı olmaqdır. Geriyə dönmək, hadisəni təkrar dəyişdirmək mümkün olamdığından; qəbul etmək özümüzü daha yaxşı hiss etdirər və həqiqətlə üzləşdirər bizi.

-İkinci mərhələdə edəcəyimiz şey hadisəylə baglı hisslərimizi tənzimlənməsi. Hadisəni, hadisənin olduğu zamandakı halımız, yaşımız, ortamımız, yaşadıqlarımız ilə qiymətləndirməmiz lazımdır.

-Bir Sonrakı addım “nəzarət” anlayışı üzərinə düşünməkdir. Əgər nəzarət edə bilmədiyiniz bir vəziyyətdən ötəri əzab çəkirsinizsə, məsuliyyətin və səhvin sizdə olmadığı, həyat üzərində nəzarətin çətin olduğu hətta mümkünsüz oldugu üzərinə düşünə bilərsiniz. Bütün bu addımları etməkdə çətinlik çəkir və ya özünüz edə bilməyəcək gücdə hiss edirsinizsə, dərhal bir mütəxəssisdən kömək alın və keçmişdəki acılarınızla üzləşin.

Sevinc Əlizadə

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

Share to Odnoklassniki