Globus hystericus

shutterstock_71789548-263x300

Psixoloji stress, travmalar və rastladığımız gündəlik konfliktlər bizdə müxtəlif problemlərə yol aça bilər. Rastlaşdığımız “boğazda topa” qalıb anlayışı əslində nevrotik pozuntular siyasına aiddir. (Əlbətki əgər mədə refluksı deyil)

Adətən cavan yaşda qadınlarda rast gəlinən bu xəstəlik cavanların öz emosiyalarını idarə etməmələrindən irəli gəlir. Boğazda yad varlığın olması, boyun nahiyəsində təzigin olması, hansıki yemək qəbulu zamanı azalır.

Bütün bunlar adətən qida borusunun hissiyat və hərəkət funksiyalarının nevrotik pozuntusu ilə bağlıdır.

Müəyyən edici faktorlar:

  1. Ağız boşluğunun,dilin selikli qabığının yandırmasının mövcudluğu
  2. Ağızda turşuluq hisləri və ya dadverən hislərin (metal dadının daimi olması, duzlu, turş dadı və s.) dəyişikliklər.

Diferensial diaqnoz şikayətlərin analizini daxil edən kompleks müayinəyə əsaslanır: anamnestik məlumatlar, qida borusunun instrumental müayinəsi və psixodiaqnostik müayinə.

Belə pasientlərdə çox vaxt insanların çox olduğu yerdə qida qəbulundan qorxular yaranır. Onlar daha çox evdə yeməyi üstün tuturlar.

Belə pasinetlər öz narahatçılıqlarını həddən artıq emosional təsvir edirlər “boğazımı sanki nəsə tutub”.

Adətən, narahat edici topa qalxanvari vəzidən yüksəkdə hiss olunur.

Bu günkü nəticəyə baxaraq, travmatik vəziyyəti işləyərək, onun həllini tapmaqla, bu vəziyyəti aradan qaldırmaq olar.

Psixoterapiyanın əsas məqsədi yönəlib, əlbətki, ilk olaraq bu vəziiyəti yaradan dərində yerləşən problemi adiləşdirərək, onu yox etmək. Səbəb yox edərək, nəticədə olan globus hystericus aradan qalxır.

Stress zamanı yaranan globus hystericusu uzun müddətli müalicəyə ehtiyac olmur, çünku problem aradan qalxan kimi (məsələn imtahan, intervü) topanın olma hissi aradan qalxır. Elementar su içmək və ya sakitləşdirici bitki çaylardan istifadə insanı vəziyyətdən çıxara bilər.

 Aydan Xasməmmədzadə

Psixologiya və Konsultasiya Mərkəzinin klinik psixoloqu, psixoanalitik

Share to Odnoklassniki