Depressiyanın əlamətləri

gty_woman_bad_mood_ll_131209_16x9_992

Günümüzdə insanlardan tez-tez eşitdiyimiz belə bir söz var. “Depressiyaya düşmüşəm” , “depressiyadayam”. Bəs depressiya nədir və əlamətləri hansılardır? Biz həqiqətən də depressiyaya düşmüşük yoxsa sadəcə özümüzü pis hiss etdiyimiz, əhvalımızın düşdüyü günlərdən biridir? Bunu necə ayırd edə bilərik?        Depressiyada olan bir insan gündəlik yaşam içərisində yaşana bilən və depressiyanın əsas əlamətləri olaraq göstərilən tənhalıq, halsızlıq, həyatdan heç bir zövq ala bilməmə kimi hisslərinin, depressiya olduğunu yaxud həyatın içərisində yaşadığı günlük yorğunluq olduğunu qarışdıra bilər. Bir mütəxəssis tərəfindən dəqiq diaqnoz qoyulmadan özümüz özümüzə depressiya diaqnozu qoymaqla, beyin gücünün yaratmış olduğu psixoloji təsir ilə depressiyada olduğumuza inanar və daha pisə doğru getməyimizə səbəb ola bilər. Özümüzdə bu və bunlara bənzər hisslər müşahidə etdiyimizdə özümüzə diaqnoz qoymaq əvəzinə bir mütəxəssisə müraciət edib dəqiq diaqnoz və müalicə almalıyıq. Çünki uzun müddət sürən depressiya müalicə olunmazsa, ağırlaşa, intihara və daha ağır psixoloji xəstəliklərə gətirib çıxara bilər.

Depressiyanın nə olduğunu bilmək və müalicə almaq üçün onu yaxşı tanımaq lazımdır. Əgər bizdə aşağıdakı əlamətlər müşahidə olunarsa, depressiyadan şübhələnə və bir mütəxəssisə müraciət edə bilərik.

Hər zaman gördüyümüz işlərə adaptasiya ola bilməmə, yaxın tarixlə əlaqəli hadisələri yaddan çıxarma, qərar verməli olduğumuz vaxtda qərarımızın səhv olacağından qorxma və ya qərar verə bilməmə, səbəbi bəlli olmayan halsızlıq, diqqətsizlik,  günahkar olmadığımız halda özümüzü tez-tez günahlandırma, yuxu rejimimizin dəyişməsi, həyatımızın hər anının pis keçəcəyi haqqında düşüncələrdən uzaqlaşa bilməmə, iştahanın azalması və ya artması, gün ərzində hər zamankından fərqli olaraq daha çox aqressiv və gərgin davranışlar depressiya əlaməti ola bilər.

Uzun müddət depressiyada olan insan daha tez alkoqolizm və maddə istifadəçisinə çevrilə bilər. Depressiyanın ən təhlükəli tərəfi isə müalicə alınmazsa, intihara qədər gətirib çıxara bilər.

Elvira Kərimova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

Share to Odnoklassniki