Hamımız həyatımız boyunca böyüklərdən “əvvəlki ağlım olsaydı“, “zamanı geri döndürə bilsəydim” kimi sözləri ən az 1 dəfə də olsa eşitmişik.
Mən ilk dəfə bu məqalənin adını oxuyanda üzümdə gülümsəmə yarandı.Buna səbəb isə təxminən bir neçə ay əvvəl baxdığım “17 again (17 yenidən)” filmi oldu.
Film 1989-cu ildə son sinif şagirdi olan Mike O’Donnell-dan, məktəbin ən cəzbedici oğlanı, basketbol yığmasının isə ulduzundan bəhs edir. Və digər tərəfdən qəbul olduğu,qazandığı universitet bursu və yaxşı bir gələcək əllərinin içində onu gözləməkdədir. Ancaq etmiş olduğu bir səhvlik onun hayatını tam tərsinə çevirəcəkdir. Bu səhvlik isə sevgilisinin Mike’dan uşağı olacağıdır. Mike, hər şeyi bir kənara ataraq sevgilisi ilə yaşamağa başlayacaqdır. Və hal-hazırda aradan keçən illərin üstündən Mike, 30 yaşındadır. Və hayatı heçdə istədiyi kimi getməzkən yaşadığı şanssızlıqlar bir birinin ardınca gələcəkdir. Ama Mike’a ikinci bir şans verilir və möcüzəvi bir şəkildə 17 yaşına geri dönəcəkdir. Mike bu 2. şans ilə itirdiklərini yenidən qazanmağa çalışarkən, həmçinin digər tərəfdən də başına gəlmiş ən yaxşı şeyləri itirməkdədir.
Əgər, 17 yaşında olanlara gələcəkdə “kaş” sözünü işlətməmələri üçün nə deyərdin desəniz, onlara sadəcə bunları deyərdim:
Qohum – qonşu nə deyər deyə dinləmə, qonşu sənin həyatın haqqında ümumiləşdirsən sadəcə 15 dəqiqə danışacaq, sənsə ölənədək onu yaşayacaqsan.Ən əsası isə hamını düşünüb razı salassan deyə, özünü qətiyyən yaddan çıxartma…17 yaşlarında həyatı kəşfetməyi unutsanız, öz həyatınızın iplərini başqasının əllərinə versəniz, istəkləriniz ancaq xəyal olaraq da qalar.Unutma: İşıq sən olmazsan, özün də daxil olmaqla heçbirşeyə faydan olmaz, heçbir yeri aydınlata bilməz, birinci də sən özün qaranlıqda qalarsan.Əriyən, bitən bir şam deyil, yada gücünü elektrikdən alan proyektor deyil, öz gücünə işıq saçan günəş olmalısan.O zaman bu dünyadan köçsən belə işığın aləmi aydınlatmağa davam edəcək.Məncə ən böyük sevinc dünyaya peşman deyil, xoşbəxt olaraq, ac deyil, tox olaraq (məcazi anlamda) əlvida edəbilməkdir…
Özümə gəldikdə isə 17 yaşıma geri dönə bilsəydim nəyi dəyişdirər, nəyi fərqli edərdim? Yəni 2009-dan etibarən yaşadığım 6 il müddətində? İlk öncə öz istədiyim ixtisasa hazırlaşıb qəbul olardım.Dərs oxumaq yerinə həyatımı yaşayar, günümü gün edərdim kimi bir niyyətim yoxdur ağlımda.Həqiqətdir 17 yaşıma dönsəm, dəqiq ki daha cəsur olar, bəzi addımları daha əvvəl atardım həyatımda.Eyni zamanda daha çox oxuyar, özümü daha çox inkişaf etdirmək üçün çalışardım. Ən böyük etdiyim yanlış – yaxşı insan olacam deyə ən çox özümə haqsızlıq etdim bu dünyada.İnsan gərək özünü heçvaxt yaddan çıxartmasın.
İndi yaşım 23-dür. 17 yaşında olsaydım, özümdən başqa heçkimi önəmsəməzdim demirəm, ama daha az önəmsəyərdim deyə düşünürəm.Özümə, istəklərimə də bir pay ayırardım.Atamın nəsə xoşuna gəlməz, anam üzülər, o nə deyər, bu nə deyər.Ancaq ailəmi və kənar insanları düşünən, onları nəzərə alaraq yaşayan birisi olmuşam.Peşmanammı? Xeyr deyiləm.Ancaq içimdə bir yerlərdə yaşayamadığım, əksik qalmış birşeylər varmış kimi hiss edirəm.Ən böyük problemim zaman, o qədər tez keçir ki.17 yaşıma gəlsəm, bunu deyərdim özümə.Çoxlu oxu, çalış, qəlbini dinlə və istədiklərini et, çünki dünyaya 1 dəfə gəlirik.
Mən üzülməyim, mən qırılmayım deyə həmişə özümü çərçivələnmiş hiss etdim.Mənim yerimə qərarlar verilmiş, seçimlər edilmiş.Amma mən nə başqalarına bunu etdim, nə də edərəm.Qorunulacaq deyə yaxşı olduğu düşünülərək insanın qərar vermə şansı əlindən alınır.Ama soruşan lazımdır ki, niyə də yox? Niyə də qarşındakının verdiyi qərar sənin qərarından daha doğru olmasın? İcazə verilsəydi də səhvlik etsəydim, bəlkə də seçimim səhv olacaqdı, üzüləcəkdim, amma biləcəkdim ki, mən də bir fərdəm və mənim də fikirlərim, qərarlarım, istəklərim var.Mənə icazə verin deyə haykırardım bəlkə də.
Kaş 17 yaşına dönə bilsəydim…demək üçün biraz erkən bir yaşdayam, doğrudur, amma onsuz belə birşeyin olabiləcəyinə qəlbdən inanmış olsam, hətta mümkün belə olsa yenə də əvvəllər başqalarının istədiyi həyatı yaşamaz, həyatımı yaşayardım deyə biləcəyim bir sistemdə yaşamırıq düzdür.Ancaq yenə də bir tərəfdən də öz istəklərimi də nəzərə alaraq, eyni zamanda heçkimi də üzməyərək onlara özümün də bir fərd olduğumu izah edərdim.Beləliklə, heyfslənmə səbəbim yetəri qədər həyatımı istəklərim doğrultusunda yaşaya bilməmiş olmağımdan irəli gəlməzdi.
Yenidən 17 yaşında olsam, səhvlik etməkdən qorxmaz, mükəmməl olmağa çalışıb, həyatımı başqalarının xoşbəxtliyinə çalışıb, onları razı salmaq məcburiyyətindəyəm kimi düşüncələrdən azad olardım.Bəzən düşünürəmdə kaşki, başqalarının istədiyi kimi deyildə, öz xəyallarımı yaşama cəsarətim olsaydı.Kaşki, özümə daha çox xoşbəxt olma fürsəti verəcək qədər özümü sevsəydim.
İnsanın özünü tanıması, istəklərini bilməsi və gələcəyini yönləndirməsi 20-li yaşlarda olduğunu düşünürəm.17 yaş, qərarlar vermək və gələcəyi yönləndirmək üçün tez, amma bir o qədər də tam zamanıdır.Mən 17 yaşıma geri dönsəydim, heçvaxt ailəmin istədiyi ixtisası deyil də, pis, yaxşı da olsa öz istədiyim sahəni seçərdim.Özüm üçün, özümün könlünü xoş etməyə çalışardım.Mənim həyatıma çox da məcburiyyətlər qoyulmadı çünki hər zaman yanlış heçnə etməyəcəyimi bilərlər.Ancaq :nəsə belə olsaydı, məsələn, bu universitetdə, bu ixtisasda oxusaydın, bunu etsəydin sevindirərdin deyilirdisə, yetərli idi…Ta ki, onu edənə qədər özümü günahkar hiss edirdim.Bunu məndən istədilər və mən edə bilmədim deyə narahat olardım.Peşman deyiləm, amma mənim də öz şəxsi fikrim, hissim, bir həyatım olduğunu unutmuşammış.Bunu təəssüf ki, son bir neçə ayda fərqinə vardım.İstədiyim yerdəyəmmi? Deyiləm.İstədiyim ixtisası bitirmişəmmi? Xeyr.İstədiklərimin nə qədərini etdim və ya edə bildim? Ətrafım, ailəm məndən razı olsalar da, mən özümdən razıyammı? Özümə istədiyim həyat bu idimi? Deyildi.Sadəcə başqalarının həyatını, arzularını özümdə yaşatdım.Bu qədər.
Həyatımın 4 ilini istəmədiyim bir ixtisasda keçirmək məcburiyyətində olan, təkcə sevdiklərimin könlü xoş olsun deyə çalışacağıma, istədiyim ixtisası seçər, sonda iş tapa bilməyəcəyimi bilsəm belə ən azından 4 ilimi sevdiyim nəyisə etmiş olaraq keçirərdim.Daha yaxşı şərtlərdə mi olardım məzun olduğumda? Bəlkə də yox.Amma bəlkə daha az heyfslənmələrlə dolu bir həyatım olardı.Ümumiyyətlə, peşmanlıqlarımız etdiklərimizdən deyil də, etmədiyimiz şeylərdən olarmış deyirlər ya, mənimki də elə birşeydiJ
O zamanlar kaş ki, sevdiyimi yada nifrət etdiyimi insanlara çəkinmədən söyləyəbilsəydim. Hərkəsi məmnun etmə xasiyyətim olduğu müddətcə, 17 yaşıma yenidən nəyisə dəyişmək üçün geri deyildə, sadəcə və sadəcə sevdiklərimə onları nə qədər çox sevdiyimi dəfələrlə söyləməyə yenidən şansım olması üçün geri qayıtmaq istəyərdim.
Hərşeyə baxmayaraq bugünümə Şükr edirəm.Özümə etdiyim haqsızlarla olan həyatımı belə sevirəm, amma bir günlüyünə 17 yaşıma dönsəm, ikinci bir həyatım olsaydı, biraz da özümü düşünərdim. Öz həyatımı yaşamadığımı düşünməyimdən başqa 17 yaşımda və ya keçmişdə etdiyim nəyəsə görə Allaha çox Şükür ki, peşman deyiləm. Bu seçimi də özüm etdim.
Məncə heçkim də keçmişdə etdiyi heçnəyə görə peşman olmamalıdır.Keçmişdə edilən səhvlər ağıla gəldikdə zamanın geri alınması arzulanar.Amma işin digər tərəfi düşünülməz.Bəlkə də keçmişdə səhvlik olaraq etdiyimizi düşündüyünüz şey səhvlik deyildir.İşlər yolunda getmədiyi üçün səhvlik olduğunu düşünürsünüz.Bəlkə də işlərin yolunda getməməsinin səbəbi də budur.Görəsən, işlər yolunda getmədiyi üçün mü səhvlik olduğunu düşünərik, yoxsa səhvlik olduğu üçün mü işlər yolunda getməz?
Zamanı geriyə döndürə bilsəydim, eyni səhvliyə düşməzdim demək yerinə, etdiyim doğruları təkrarlayardım deyə düşünmək daha doğru gəlir mənə.Əslində verdiyimiz qərarların ən doğru qərar olduğuna inanmaq ən gözəlidir.Çünki, bu qərarları özümüz vermişik.İndi nə yaşayırıqsa ən son nəticə olaraq verdiyimiz qərardan irəli gəlir.Başqalarını nəzərə almışıq və ya almamışıq fərqi olmadan , son sözü özümüz demişik.
Hərşeyə baxmayaraq həyatımdan çox razıyam.İnsanlar əlindəkilərin dəyərini bilməli.Bəlkə də 17 yaşında bunları edərdim deyə düşündüklərimiz sizdən hal-hazırki yaxşı nələrinsə və ya kimlərinsə olmamasına gətirib çıxardardı.Ona görə də hər zaman yaşadığımız vəziyyətin ən yaxşı olduğuna, etdiklərimizin əlimizdən gələn ən yaxşı şey olduğuna inanaq.Beləcə keçmişi düşünüb üzüləcəyimizə, gələcəyimizi düşünüb həyatımızı daha da gözəl necə edə bilərik deyə fikirləşməliyik…
Günel Həsənova