-Depressiya hissi sənin üçün nədir?
- Mənim üçün bu hissin bir açıqlaması yoxdur;
Yəni-
-Yəni, mən sanki bütün həyatım boyu depressiya yaşayıram və hələdə davam edirəm. Sanki məni hələdə başa düşmürlər. Ailəm, yaxınlarım olsa da mən onlardan tamamilə uzaq olan bir insanam. İçimdəkiləri danışsam məni başa düşməyəcəklərini adım kimi bilirəm. Çünki mən danışsam yenə başladı bu, yenə ağıllı-ağıllı danışacaq deyəcəklər. Bəlkə də mən hamını bezdirirəm. Bu günə kimi hər şeyi özüm əldə etmişəm. Bununla özümlə fəxr edirəm. Təbii ki, yaxınlarım üçün yetəri qədər uğur qazanmamış ola bilərəm. Bunu da başa düşürəm.
- Yəni, sizi dinləyəcək heç bir insan yoxdurmu?
-Var, bəlkə də amma həmin insan hələ də mənə rast gəlməyib. Bəlkə də bu insan evlənəcəyim insan olacaq. Nə bilim. İNŞALLAH…
- Bəs suisid halları ilə qarşılaşmısız?
- Kifayət qədər. Bu hal məndə yeniyetməlik dövründə yaranıb. Evdəki məişət problemlərinin olması, mənim özümü təsdiq etmək istəyim, amma bunun alınmaması və s. kimi problemləri bura aid edə bilər. Hər uğursuzluğumdan çıxış yolu kimi intiharı görürdüm. Hətta məktublarda yazıb qoymuşam. Düzdür, indi mənə bunlar gülünc gəlir.
-Niyə?
- Çünki düşünürəm ki, o vaxt indiki ağlım olsa idi, mübarizə aparıb, istədiyimə nail olardım. Bir çox şeylərə adi hal kimi baxardım. Bu qədər böyütməzdim hər şeyi. Necə deyirlər, dünya mənim üçün o zaman rənglərdən ibarət idi, mən nə qədər qırmızı, çəhrayı rəngləri götürmək istəsəm belə, həyat mənə ağ və qara rəngləri təklif edirdi. Mənə seçmək imkanı verilmədiyini, boş yerə yaşadığımı düşünürdüm. Bəlkə də hər bir insan yaşamaq üçün bu kimi çətinliklərlə üzləşə bilər. Nə bilim, bəlkə yenə də səhv düşünürəm. Hər birimizin dediyi bir söz var. Həyat hələ qabaqdadır. Məndə bu şüarla yaşayıram desəm, yanılmaram.
- Bəs indiki həyatınız necə?
- İndiki həyatımda məqsədlərim var, mübarizə apara bilirəm. Çünki artıq kamilləşmişəm.
- Fikirləriniz üçün təşəkkürlər…
-Siz sağ olun, sayənizdə ürəyimdəkilərin çox az faizini sizlərə danışa bildim…
3. Çox sevdiyim Ronda Bern-in “Secret” əsəri var. Bu əsərin əsas bir mənası var : “Pisi deyil, yaxşını özümüzə çəkək”, başqa sözlə, müsbət düşünək ki, müsbət şeylər olsun. Çünki bizim dövrdə depressiya halları demək olar ki, gündən-günə çoxalır. Ona görə də müsbət fikirli belə əsərlər oxuyaq ki, həm maariflənək, həm də beynimizi müsbət fikirlərlə dolduraq.
Secret əsərinin məğzi də bunu təşkil edir. Yaxşılığa qarşı yaxşılıq baş verir. Amma təbii ki, sən yaxşını özünə cəlb etmək istəyirsən, amma hər zaman bunun alınmadığını şikayət edirsənsə, deməli sən bunu yetərincə yaxşı istəməmisən. Təbii bu o demək deyil ki, sən istəyəsən və oturub istədiyinin nəticəsini gözləyəsən.
-Xeyr. Təbii ki, sən istəyin üçün mübarizə aparmağı bacara bilməlisən, bunu içində hiss etməlisən. İstədiklərini bir kağıza qeyd edib, onu görə biləcəyin yerə qoyub, məqsədini hər zaman göz önündə saxlamalısan….
İstəklərin, məqsədlərin sənin üçün adi bir arzu olmamalıdır. Sözün əsl mənasında mübarizə apara bilməlisən. Çünki insan mübarizə apara-apara öz məqsədinə çata bilirsənsə bu insana daha şirin gəlir.
Bu əsərdə çox sevdiyim bir ifadə var:
“Sizin gücünüz – sizin düşüncələrinizdir. Başqa sözlə “xatırlamağı xatırlayın”.
Bizim düşüncə məhdudiyyətimiz bizim gücümüzü göstərir. Mənim fikrimcə, insanın düşünmə qabiliyyəti, yaratmaq qabiliyyətindən çox şey asılıdır. Düşündüklərini həyata keçirdə bilmək bacarığı isə insana çox gözəl hisslər bəxş edə bilir. Bu isə ayrı bir zövq tələb edir. Bunu da bacara bilmək lazımdır ki…….
4. Mənim fikrimcə, depressiya halı adi bir inciklik, adi bir sevgi problemi deyil. İnsan onu dərk edərək yaşayır. Və özü dərk edərək bu vəziyyətdən çıxış yolu tapa bilməli, özünə lazım olanın əslində bu olmadığını, özü üçün yaxşı mənada mübarizə apara bilməlidir. Çünki həyatda ona bir daha belə şans verilməyə bilər. Mənim fikrimcə çox zaman depressiya yaşayan insanlar insanların deyimi ilə desək, çox düşürlər. Onlar bu zaman ayağa qalxaraq yaxşı şəkildə mübarizə apara bilərlər, əgər istəsələr təbii ki….
Suisid halları isə yeniyetməlik dövründə yaransa belə, bu dövrü tam keçirdə bilməyən yeniyetmələr üçün bu problem hələ də mövcud şəkildə özünü göstərə bilir. Bu problem insanlar üçün adi bir problem kimi qələmə verilməməlidir. Yaxşı olardı ki, bu barədə valideynlərlə seminarlar keçirdilsin. Valideynlər uşaqlarının səhvlərini onlarla qarşılıqlı anlaşma şəkildə başa sala bilməlidirlər. Çünki uşaqlar bizim dəyərlimizdir…
Bəzən deyirik ki, “insan istəsə hər şeyi bacarar”. Bəli, insan istəsə çox şey əldə edə bilər. Əgər istəsə……..
Günel Əliyeva
Psixoloq