Depressiya və suisid

depression

Zamanla depressiya arasındakı tərs mütənasiblik Kiçik bir uğursuzluqla üzləşdikdə,işimiz düz gətirmədikdə əhvalımız korlanır,bəzi şəxslər hətta “depressiya”ya düşdüklərini söyləyir. Bəs depressiya nədir? Depressiya-həyatdan artıq zövq almamaq,içimizdən eliyəcək nəsə gəlməməsi,istəksizlikdir. Beynin ön hissələrindəki,alın və gicgah payının patologiyası ilə yaranır. Depressiv pozuntu həm bədəni,həm düşüncələri,həm də emosional vəziyyətimizə təsir edir. Ümidsizlik hissi,dəyərsizlik hissi ,çarəsizlik hissi,mədə ağrıları yaranır.Həmçinin Depressiya yaşayanlar özlərini gücsüz,heçnəyi bacarmayan insan hesab edirlər. Depressiya insanın yemək yeməsindən tutmuş,yatmasına qədər hər şeyə təsir edir. Depressiya heç də hər zaman keçici hal olmur. Dərmanların təsirindən də yarana bilir. Yaxın şəxsi itirən şəxslər üzgün olur və bu halı Depressiya adlandırır. İnsanın yas tuması heç də depressiya deyil. Əgər üzgünlüklə bərabər insan özünü gücsüz, dəyərsiz və bacarıqsız hiss edirsə onda depressiya diaqnozu qoyula bilər.Qadınlar kişilərə nisbətən depressiyaya daha çox meyillidir. Bəzən qadınlarda doğumsonrası depressiya yaranır. Doğumdan sonrakı 4 həftə içində baş verir.Bəzən bu zaman 6 həftəyə qədər uzana bilər. Səbəblərinə isə bunlar aid edilir:hormonal dəyişiklik,psixoloji stress,uşağa qarşı həddindən artıq məsuliyyətin artması,həyat yoldaşının onu anlamadğını düşünməsi,maddi vəziyyətin aşağı olması və s. Doğuşdasonrakı 1-5 gün içində depressiyanın bəlirtiləri ortaya çıxır. İlkin əlamətlər halsızlıq, istəksizlik, əsəbilik, yuxusuzluq, unutqanlıqdır.Bir qədər sonra bunlara panik atak, ağlama krizləri,uşağa qarşı diqqətsizlik də qoşulur.Hippokratın təsnif etdiyi temperament tiplərindən biri olan Melanxolik tip depressiyaya ən çox düşən tipdir. Depressiyada olmaq əsasən insanın psixoloji gücündən,enerjisindən asılıdır. Depressiyada olan şəxslər zamana buraxsaq düzəlməz. “Zaman hər şeyi düzəldər” fikri depressiyaya uyğun deyil,hətta tərs mütənasibdir.Zaman keçdikcə hətta vəziyyət dahada pisləşə və intihara gətirə bilər. Suisid psixologiyanın ən önəmli problemlərindən biri sayılır. İntiharın yaranmasına səbəblərinə isə sosial problemlər,işsizlik,qumarda çox pul itirmək,yaxın adamın itirilməsi,ciddi xəstəliyə tutulmaq aiddir. İntiharda bioloji faktorlara da diqqət yetirilir. Beləki intihara meyilli insanlarda digər insanlara nisbətən serotonin və noradrenalin sistemi aşağıdır. İntihar qarşısı alına biləcək ölüm səbəbidir. Bu qərarın alınmasına səbəb olan amillər çox müxtəlifdir. Çox vaxt bir neçə faktor birgə bu davranışın meydana çıxmasına səbəb ola bilər. İntihar şəxsin hissi, psixi və ya sosial səbəblərin təsiri ilə öz həyatına son qoyması kimi qiymətləndirilir. Depressiya da yetkin insanlarda olduğu kimi gənclərdə də vacib risk faktoru olduğu vurğulanır. İntihar edən şəxslərin 90%-i depressiya xəstəsidir. Depressiya xəstələrinin 15%-i intihara cəhd nəticəsində həyatlarını itirirlər. Depressiyada olan kişilərin intihar nəticəsində həyatını itirmə nisbəti qadınlara görə daha yüksəkdir. Problemləri həll etmə bacarığının kifayətsizliyi, stress və ümidsizlik hissləri ilə intiharın yaxın əlaqəsi olduğu göstərilir. İntiharın səbəblərini aşağıdakı kimi qruplaşdıra bilərik:

1. Psixiatrik xəstəliklər

2. Sosial səbəblər

3. Psixoloji səbəblər

4. Bioloji səbəblər

5. Genetik yaxınlıq

6. Fiziki xəstəliklər

Təhminə Yaqubova

Bakı Qızlar Universitetinin psixologiya fakültəsinin tələbəsi

Share to Odnoklassniki