Blog Archives

Uşaq Psixologiyası Kursunun beşinci modulu

78587559_590251625075675_4417241385669754880_n

Narınc Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Narınc Rüstəmovanın təqdimatında tədris olunan Uşaq Psixologiyası Kursunun beşinci modulu 02.12.2019 tarixində baş tutdu. Nəzəriyyə ilə yanaşı, praktik dərslərə keçid edildi. Narınc xanıma təşəkkürümüzü bildirir, iştirakçılarımıza növbəti modullarda görüşmək diləyilə uğurlar arzu edirik.

“PSİXODİAQNOSTİKA: Proyektiv Metod və Metodikalar” Kursu

78306814_590073231760181_3569872530334285824_n

Bakı Dövlət Universitetinin Sosial və Pedaqoji Psixologiya Kafedrasının müəllimi, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu Əli Xəlilovun “PSİXODİAQNOSTİKA: Proyektiv Metod və Metodikalar” Kursunun proqramı ilə tədris etdiyi fərdi dərsindən görüntüləri sizə təqdim edirik.Nəzəri biliklər və praktik texnikalarla zəngin olan dərslərdə siz də iştirak etmək istəyirsinizsə, bizimlə əlaqə saxlayın: 070 268 27 08 ( mobil/what’s App)

Klinik Psixologiya Kursunun dördüncü modulu

78862355_589395301827974_4485918024401944576_n

30.11.2019 tarixində Elmi-Psixoloji Layihələrin İdarə Edilməsi Şöbəsinin müdiri, psixoloq Nərmin Quliyevanın təqdimatında tədris olunan Klinik Psixologiya Kursunun dördüncü modulu baş tutdu. Qeyd edək ki, kurs proqramı Amerika Psixoloqlar Assosiasiyasının yeni proqramına əsaslanaraq hazırlanmışdır. Nərmin xanıma uğurla tədris olunan kurs üçün təşəkkürümüzü bildirir, kurs iştirakçılarına növbəti modullarda görüşmək ümidilə uğurlar arzu edirik.

Məktəb Psixoloqlarının Peşəkar İnkişafı kursu 29.11.2019 tarixində başa çatdı.

77425995_588451945255643_7925066194221006848_n

02.11.2019 tarixində başlayan, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, psixologiya elmləri doktoru Elxan Bəylərov tərəfindən tədris olunan Məktəb Psixoloqlarının Peşəkar İnkişafı kursu 29.11.2019 tarixində başa çatdı. Kursda iştirak edən hər bir məktəb psixoloquna Sertifikat təqdim edildi, xatirə fotosu çəkdirildi. Kurs proqramının uğurlu tədrisi üçün Elxan Bəylərova təşəkkürümüzü bildirir, məktəb psixoloqlarımıza kursda əldə etdikləri bilikləri peşəkar… Ətraflı

“Psixoaktiv maddələrdən sui-istifadə zamanı yaranan asılılığın tibbi-psixoloji aspektləri, profilaktika, korreksiya, terapiya və reabilitasiyasının əsas mexanizmləri” mövzusuna həsr olunmuş seminar

78708819_588068261960678_1295745092937580544_o

Noyabr ayını çox maraqlı informasiyalarla zəngin seminarla başa vurduq. Bu gün institutumuzda “Psixoaktiv maddələrdən sui-istifadə zamanı yaranan asılılığın tibbi-psixoloji aspektləri, profilaktika, korreksiya, terapiya və reabilitasiyasının əsas mexanizmləri” mövzusuna həsr olunmuş seminar baş tutdu. Seminarda Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu Günay Əliyeva, Bakı Dövlət Universitetinin Sosial Psixologiya üzrə doktorantı, Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyev, Bakı Dövlət… Ətraflı

Koqnitiv Bihevioral Terapiya metodunun məqsədi

78318376_586884982079006_1574925118298128384_n

Koqnitiv Bihevioral Terapiya metodunun məqsədi – müraciət edən şəxsin irrasional inancları ilə topladığı və dəyərləndirdiyi əks sübutlarla problemi həll etmək və irrasional davranışları rasional davranışla əvəzləmək, müraciət edən şəxsin qatı inanc sistemini araşdırıb onun mənfi təsirini azaltmağa kömək etmək, avtomatik düşüncələri doğru formada dərk etmək və dəyişdirməkdir.Mənbə: Elnur Rüstəmov, Nərmin Quliyeva, “Psixoloji Məsləhətə Giriş” ,… Ətraflı

Loqopediya Kursunun nəzəri dərsləri sona çatdı, praktik dərsləri başladı.

78246780_584678148966356_120528675090202624_n

Narınc Psixologiya Mərkəzinin Loqopediya şöbəsinin müdiri, defektoloq-loqoped Qönçə Ağayevanın tədris etdiyi Loqopediya Kursunun nəzəri dərsləri sona çatdı, praktik dərsləri başladı. 25.11.2019 tarixində kursun V modulu baş tutdu. Qönçə xanım əyani vəsaitlərdən istifadə edərək səslərin düzgün qoyuluş qaydalarını iştirakçılara öyrədir. Uğurla tədris olunan Loqopediya kursu üçün Qönçə xanıma dərin təşəkkürümüzü bildiririk.

Professor Bəxtiyar Əliyev “Şöhrət” ordeni ilə təltif olunub.

IMG-20191126-WA0030

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən, Bakı Dövlət Universitetinin 100 illiyi ( 1919 – 2019) ilə əlaqədar Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Milli Məclisinin Elm və Təhsil Komitəsinin sədr müavini, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri, Müasir Azərbaycan Psixoloqları İctimai Birliyinin İdarə heyətinin… Ətraflı

Uşaq Psixologiyası Kursumuzun dördüncü modulu

78097128_584048842362620_980271902436098048_n

Narınc Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Narınc Rüstəmovanın təqdimatında tədris olunan Uşaq Psixologiyası Kursumuzun dördüncü modulu 25.11.2019-cu il tarixində baş tutdu. İştirakçılar tərəfindən böyük marağa səbəb olan kursun tədrisi üçün Narınc xanıma dərin təşəkkürümüzü bildirir, kurs iştirakçılarına növbəti modullarda görüşmək ümidilə uğurlar arzu edirik.

İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Azad Ruhun Psixologiyası” adlı elmi-psixoloji konfrans

78266100_582495245851313_8792034733379813376_n

23.11.2019 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Azad Ruhun Psixologiyası” adlı elmi-psixoloji konfrans keçirildi.Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra söz Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi rəhbəri, direktoru, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyevə verildi.Bəxtiyar Əliyev konfrans iştirakçılarını salamlayıb konfransın işinə uğurlar diləməklə öz çıxışına başladı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı… Ətraflı