“Psixoaktiv maddələrdən sui-istifadə zamanı yaranan asılılığın tibbi-psixoloji aspektləri, profilaktika, korreksiya, terapiya və reabilitasiyasının əsas mexanizmləri” mövzusuna həsr olunmuş seminar

  • Home
  • Xəbərlər
  • “Psixoaktiv maddələrdən sui-istifadə zamanı yaranan asılılığın tibbi-psixoloji aspektləri, profilaktika, korreksiya, terapiya və reabilitasiyasının əsas mexanizmləri” mövzusuna həsr olunmuş seminar
78708819_588068261960678_1295745092937580544_o

Noyabr ayını çox maraqlı informasiyalarla zəngin seminarla başa vurduq.
Bu gün institutumuzda “Psixoaktiv maddələrdən sui-istifadə zamanı yaranan asılılığın tibbi-psixoloji aspektləri, profilaktika, korreksiya, terapiya və reabilitasiyasının əsas mexanizmləri” mövzusuna həsr olunmuş seminar baş tutdu.
Seminarda Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu Günay Əliyeva, Bakı Dövlət Universitetinin Sosial Psixologiya üzrə doktorantı, Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyev, Bakı Dövlət Universitetinin Tibbi Psixologiya üzrə doktorantı, psixoterapevt Kiyan Javadi Tarziloo və Mərkəzi Gömrük Hospitalının bariatrik və metabolik cərrahı, professor Mojteba Hashemzada mövzu ilə bağlı öz maraqlı məruzələrilə çıxış etdilər, psixoaktiv maddə asılılığını yaradan əsas amillər, psixoaktiv maddə qəbulunun insan orqanizmində yaratdığı fəsadlar, onun nəticəsində yaranan fiziki, psixi, davranış və sosial dəyişikliklər, psixoaktiv maddələrdən asılı şəxslərlə aparılan müalicənin mərhələləri, müalicədə koqnitiv bihevioral terapiyanın rolu və bu kimi faydalı, zəruri məlumatlar verdilər.
Seminarın sonunda iştirakçılara Sertifikat, məruzəçilərə Psixologiya Elmi-Tədqiqat İnstitutu adından Təşəkkürnamə təqdim edildi.
Seminar iştirakçıların müsbət rəylərilə, xoş təəssüratları ilə yaddaşlarda qaldı.
Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq seminarda çıxış edən hər bir məruzəçiyə dərin təşəkkürümüzü bildirir, iştirakçılara uğurlar arzu edirik.

Share to Odnoklassniki