Archives
Klinik Psixologiya Kursunun Vll modulu
28.12.2019 tarixində institutumuzda “Psixoterapiyanın texnikaları” adlı praktik təlim baş tutdu.
Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq, ötən həftəmizi, bu ilin son iş günümüzü maraqlı və faydalı təlimlə sonlandırdıq.Belə ki, 28.12.2019 tarixində institutumuzda “Psixoterapiyanın texnikaları” adlı praktik təlim baş tutdu. Türkiyədən dəvət olunmuş uzman klinik psixoloq Fəxriyyə Nəsirzadənin təqdimatında baş tutan təlimdə psixoterapiyanın nəzəriyyələri, psixoterapiyada tətbiq olunan əsas texnikalar praktik məşğələlərlə öyrənildi.3 saatlıq praktik təlimin sonunda iştirakçılara Sertifikat… Ətraflı
lV Könüllü Fəaliyyət Proqramına iki mərhələdən ibarət qeydiyyat başa çatdı.
20 dekabr 2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun təşkil etdiyi lV Könüllü Fəaliyyət Proqramına iki mərhələdən ibarət qeydiyyat başa çatdı.Qeydiyyatdan keçmiş namizədlərlə müsahibə artıq yekunlaşdı.Müsahibə mərhələsində Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyeva, Marketinq və İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşları, psixoloq Sevinc Məmmədzadə və Leyla Əliyeva iştirak etmiş, namizədlərə Könüllü Fəaliyyət Proqramının əsas istiqamətlərilə bağlı suallar… Ətraflı
Loqopediya Kursu 23.12.2019 tarixində başa çatdı.
İnstitutumuzda tədris olunan bir kurs proqramımızın daha sonuna gəldik.21.10.2019 tarixində başlayan, Narınc Psixologiya Mərkəzinin Loqopediya şöbəsinin müdiri, defektoloq-loqoped Qönçə Ağayeva tərəfindən tədris olunan, nəzəriyyə və praktikanı özündə birləşdirməklə 24 saatlıq proqramı əhatə edən Loqopediya Kursu 23.12.2019 tarixində başa çatdı.Kurs iştirakçıları sonda kurs proqramına əsasən imtahanda iştirak etdilər, imtahanda uğurlu nəticə göstərərək Sertifikata layiq görüldülər.23.12.2019 tarixində… Ətraflı
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun lll Könüllü Fəaliyyət Qrupunun üzvlərilə görüşü baş tutdu.
23.12.2019 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun lll Könüllü Fəaliyyət Qrupunun üzvlərilə görüşü baş tutdu. Görüşdə Könüllü qrup rəhbəri, Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyeva və Könüllü qrup koordinatoru, Marketinq və İctimaiyyətlə Əlaqələr şöbəsinin mütəxəssisi, psixoloq Sevinc Məmmədzadə də iştirak etdilər.Elnur Rüstəmov çıxış edərək könüllülərin indiyə qədərki fəaliyyətini yüksək qiymətləndirdi, “Tələbə Psixoloqların… Ətraflı
Koqnitiv Bihevioral Terapiya Kursunun lll modulu
Psixologiya Elmi-Tədqiqat İnstitutunda Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyevanın təqdimatında tədris olunan Koqnitiv Bihevioral Terapiya Kursunun lll modulu 22.12.2019 tarixində baş tutdu. Amerika Psixoloqlar Assosiasiyasının proqramı ilə tədris olunan kursun növbəti dərsi kurs iştirakçılarının da fəal iştirakı ilə qarşılıqlı müzakirə, sual-cavab şəklində, psixoloq-pasient nümunələri əsasında praktik işlərlə interaktiv keçdi. Nərmin xanıma uğurla tədris… Ətraflı
“Tələbə Psixoloqların ll Ümumrespublika Konfransı”
21.12.2019 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda ilin son konfransı – “Tələbə Psixoloqların ll Ümumrespublika Konfransı” baş tutdu.Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq 23.12.2018 tarixində keçirilən “Tələbə Psixoloqların l Ümumrespublika Konfransı” tələbə psixoloqlar, gənc alim və mütəxəssislərin böyük marağına səbəb olmuşdur. Bu səbəbdən “Tələbə Psixoloqların Ümumrespublika Konfransı”… Ətraflı
Uşaq Psixologiyası Kursunun növbəti praktik dərsi
İnstitutumuzda tədris olunan Uşaq Psixologiyası Kursunun növbəti praktik dərsi 16.12.2019 tarixində baş tutdu. Kursun VIl modulu Narınc Psixologiya Mərkəzinin regionlar üzrə 9 filialının icraçı direktoru, baş uşaq psixoloqu Aydan Nəzərova tərəfindən tədris olundu. Praktik dərs kurs iştirakçılarının da aktiv iştirakı ilə real pasient probleminin həllinə yönəlmiş terapiya metodlarının öyrənilməsinə yönəldi.İnteraktiv keçən dərs üçün Aydan xanıma… Ətraflı
Koqnitiv Bihevioral Terapiya Kursunun ll modulu
Psixologiya Elmi-Tədqiqat İnstitutunda Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyevanın təqdimatında tədris olunan Koqnitiv Bihevioral Terapiya Kursunun ll modulu 15.12.2019 tarixində baş tutdu. Amerika Psixoloqlar Assosiasiyasının proqramı ilə tədris olunan kursun növbəti dərsi kurs iştirakçılarının da fəal iştirakı ilə qarşılıqlı müzakirə, sual-cavab şəklində, psixoloq-pasient nümunələri əsasında interaktiv keçdi. Nərmin xanıma uğurla tədris olunan kurs… Ətraflı