Uşaq Psixologiyası Kursunun növbəti praktik dərsi

79843237_602175327216638_1858783359476432896_n

İnstitutumuzda tədris olunan Uşaq Psixologiyası Kursunun növbəti praktik dərsi 16.12.2019 tarixində baş tutdu. Kursun VIl modulu Narınc Psixologiya Mərkəzinin regionlar üzrə 9 filialının icraçı direktoru, baş uşaq psixoloqu Aydan Nəzərova tərəfindən tədris olundu. Praktik dərs kurs iştirakçılarının da aktiv iştirakı ilə real pasient probleminin həllinə yönəlmiş terapiya metodlarının öyrənilməsinə yönəldi.
İnteraktiv keçən dərs üçün Aydan xanıma təşəkkürümüzü bildirir, kurs iştirakçılarına uğurlar diləyirik.

Share to Odnoklassniki