Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun lll Könüllü Fəaliyyət Qrupunun üzvlərilə görüşü baş tutdu.

  • Home
  • Xəbərlər
  • Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun lll Könüllü Fəaliyyət Qrupunun üzvlərilə görüşü baş tutdu.
81652873_608583349909169_4283112649392128000_n

23.12.2019 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun lll Könüllü Fəaliyyət Qrupunun üzvlərilə görüşü baş tutdu. Görüşdə Könüllü qrup rəhbəri, Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyeva və Könüllü qrup koordinatoru, Marketinq və İctimaiyyətlə Əlaqələr şöbəsinin mütəxəssisi, psixoloq Sevinc Məmmədzadə də iştirak etdilər.
Elnur Rüstəmov çıxış edərək könüllülərin indiyə qədərki fəaliyyətini yüksək qiymətləndirdi, “Tələbə Psixoloqların ll Ümumrespublika Konfransı”-nın təşkilati işlərində fəal iştirak etdikləri üçün onlara öz təşəkkürünü bildirdi, həmçinin qarşıda görüləcək işlərlə bağlı prioritetləri qeyd edərək könüllülərə uğurlar arzu etdi.
Könüllü Fəaliyyət Qrupunun üzvləri də dinlənildi, onlar Könüllü Fəaliyyət Proqramından məmnun olduqlarını bildirdilər.
Fikir mübadiləsi, qarşılıqlı müzakirə şəklində davam edən görüşün sonunda qarşıdan gələn Yeni İl Bayramı münasibətilə Könüllü Fəaliyyət Qrupu üçün hazırlanmış tort kəsildi, xatirə fotoları çəkildi.
Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq, biz də Könüllü Fəaliyyət Qrupumuzun üzvlərinə yeni ildə yeni uğurlar, nailiyyətlər, xoş başlanğıclar diləyirik.

Share to Odnoklassniki