Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq, ötən həftəmizi, bu ilin son iş günümüzü maraqlı və faydalı təlimlə sonlandırdıq.
Belə ki, 28.12.2019 tarixində institutumuzda “Psixoterapiyanın texnikaları” adlı praktik təlim baş tutdu. Türkiyədən dəvət olunmuş uzman klinik psixoloq Fəxriyyə Nəsirzadənin təqdimatında baş tutan təlimdə psixoterapiyanın nəzəriyyələri, psixoterapiyada tətbiq olunan əsas texnikalar praktik məşğələlərlə öyrənildi.
3 saatlıq praktik təlimin sonunda iştirakçılara Sertifikat təqdim edildi.
İştirakçıların müsbət rəylərinə, xoş təəssüratlarına səbəb olan yeni biliklər və praktik texnikalarla zəngin təlim üçün Fəxriyyə xanıma təşəkkürümüzü bildirir, iştirakçılara uğurlar diləyirik!
28.12.2019 tarixində institutumuzda “Psixoterapiyanın texnikaları” adlı praktik təlim baş tutdu.
lV Könüllü Fəaliyyət Proqramına iki mərhələdən ibarət qeydiyyat başa çatdı.
Klinik Psixologiya Kursunun Vll modulu