‘Kateqoriyalar’

Uşaq Psixologiyası Kursunun növbəti praktik dərsi

79090087_596312894469548_6460471643226505216_n

İnstitutumuzda tədris olunan Uşaq Psixologiyası Kursunun növbəti praktik dərsi 09.12.2019 tarixində baş tutdu. Kursun VI modulu Narınc Psixologiya Mərkəzinin 9 mkr filialının icraçı direktoru, baş uşaq psixoloqu Tünzalə Aslanova tərəfindən tədris olundu. Real pasientin və valideyninin iştirakı ilə keçən praktik dərs iştirakçıların da aktiv iştirakı ilə balaca pasientin valideyninin psixoloqa müraciət etməsinə səbəb olan mövcud… Ətraflı

Koqnitiv Bihevioral Terapiya metodunun məqsədi

78318376_586884982079006_1574925118298128384_n

Koqnitiv Bihevioral Terapiya metodunun məqsədi – müraciət edən şəxsin irrasional inancları ilə topladığı və dəyərləndirdiyi əks sübutlarla problemi həll etmək və irrasional davranışları rasional davranışla əvəzləmək, müraciət edən şəxsin qatı inanc sistemini araşdırıb onun mənfi təsirini azaltmağa kömək etmək, avtomatik düşüncələri doğru formada dərk etmək və dəyişdirməkdir.Mənbə: Elnur Rüstəmov, Nərmin Quliyeva, “Psixoloji Məsləhətə Giriş” ,… Ətraflı

Uşaq Psixologiyası Kursumuzun dördüncü modulu

78097128_584048842362620_980271902436098048_n

Narınc Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Narınc Rüstəmovanın təqdimatında tədris olunan Uşaq Psixologiyası Kursumuzun dördüncü modulu 25.11.2019-cu il tarixində baş tutdu. İştirakçılar tərəfindən böyük marağa səbəb olan kursun tədrisi üçün Narınc xanıma dərin təşəkkürümüzü bildirir, kurs iştirakçılarına növbəti modullarda görüşmək ümidilə uğurlar arzu edirik.

Azərbaycanda psixologiya elminin inkişafında professor Bəxtiyar Əliyevin rolu.

IMG-20191126-WA0030

Ötən əsrin 70-ci illərində Amerika futuroloqları  dünyada  gedən prosesləri, elm və texnikanın sürətli  inkişafını və sair faktları təhlil edərək belə qənaətə gəlirdilər ki, XXI əsr psixologiya əsri olacaqdır. Həyat sübut etdi ki, həmin futuroloqlar  öz dediklərində yanılmayıblar. Dünyada baş verən hadisələri, qloballaşma, millətlərarası münasibətlərin dərinləşməsi, eləcə də konfliktlərin artması, informasiya-kommunikasiya texnologiyalarının  geniş  yayılması və s.… Ətraflı

Uşaq Psixologiyası Kursunun lll modulu

Instagram_psixologiya_institutu_71681171_1997948363640990_1782071800558313380_n (1)

İnstitutumuzda tədris olunan Uşaq Psixologiyası Kursunun lll modulu 18.11.2019 tarixində Narınc Psixologiya Mərkəzinin 9-cu mkr. filialının İnkişaf Geriliyi üzrə şöbə müdiri, psixoloq Türkan Mikayıllının təqdimatında baş tutdu. Türkan xanıma zəngin informasiyalarla dolu dərs üçün təşəkkürümüzü bildirir, kurs iştirakçılarımıza uğurlar arzu edirik.

Uşaq Psixologiyası Kursumuzun ikinci modulu

Instagram_psixologiya_institutu_75244461_1027585597586118_3928948629842075137_n (1)

Narınc Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Narınc Rüstəmovanın təqdimatında tədris olunan Uşaq Psixologiyası Kursumuzun ikinci modulu 11.11.2019-cu il tarixində baş tutdu. İştirakçılar tərəfindən böyük marağa səbəb olan kursun tədrisi üçün Narınc xanıma dərin təşəkkürümüzü bildirir, kurs iştirakçılarına növbəti modullarda görüşmək ümidilə uğurlar arzu edirik.

UŞAQ PSİXOLOGİYASI KURSUMUZ BAŞLADI

IMG_20191104_113839

Narınc Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Narınc Rüstəmovanın təqdimatında tədris olunan Uşaq Psixologiyası Kursumuz bu gün, 04.11.2019 tarixində başladı. Narınc xanım ilk modulda iştirakçılara uşaq psixologiyası haqqında ümumi məlumat verib hər yaş dövrünün xarakterik xüsusiyyətlərini vurğuladı, uşağın ana bətnindəki inkişafı mərhələsinə geniş yer ayırdı, uşağın ilkin diaqnostikası, diaqnozun təyin olunması mövzularında zəruri informasiyalar verdi, həmçinin… Ətraflı

EMOSİONAL İNTELLEKT UĞUR MƏNBƏYİ KİMİ

Instagram_psixologiya_institutu_74600024_263000901314289_1673705001263211094_n

Həyatda uğur qazanmaq hər kəsin istəyidir. Gündən-günə dəyişən dünyada öz duyğularını, eyni zamanda digər insanların duyğularını anlamaq, bu duyğuları idarə edərək onları nizamlamaq isə hər kəsin edə biləcəyi bir fəaliyyət deyil. Bildiyimiz kimi, insan zəkasının əsasını təşkil edən intellekt haqqında əsaslı və qəbul olunmuş bir nəzəriyyə yoxdur. Lakin buna baxmayaraq, intellektin müxtəlif modelləri irəli sürülmüş,… Ətraflı

İnsanı yoran, mahiyyətindən uzaqlaşdıran nədir?

İnsanı yoran, mahiyyətindən uzaqlaşdıran nədir?    17 Oktyabr 2019 Postmodernist qərb təfəkkür tərzinin (oxu – psixologiyasının) təbliğ etdiyi prinsiplərdən biri  “xoşbəxt ol, bu, sənin təbii haqqındır”, – fikridir. Xoşbəxtliyin isə konkret formulu yoxdu. Nisbi anlayış olduğundan, insandan insana dəyişir. Ona görə də çox zaman bu fikrə paralel başqa bir fikir ortaya qoyulur – “Özün üçün… Ətraflı

lll Könüllü Fəaliyyət Qrupu ilə oktyabr ayının yekun hesabat iclası

Instagram_psixologiya_institutu_75553969_528587174364968_7861919264702667099_n

 02.11.2019 tarixində institutumuzda lll Könüllü Fəaliyyət Qrupu ilə oktyabr ayının yekun hesabat iclası baş tutdu. Könüllü Fəaliyyət Qrupunun rəhbəri, Elmi-Psixoloji Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyeva və qrup koordinatoru, Marketinq və İctimaiyyətlə Əlaqələr şöbəsinin mütəxəssisi, psixoloq Sevinc Məmmədzadənin iştirakı ilə baş tutan iclasda könüllülərin oktyabr ayı ərzindəki fəaliyyəti, gördüyü işlər dəyərləndirildi, noyabr ayında… Ətraflı