UŞAQ PSİXOLOGİYASI KURSUMUZ BAŞLADI

IMG_20191104_113839
Narınc Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Narınc Rüstəmovanın təqdimatında tədris olunan Uşaq Psixologiyası Kursumuz bu gün, 04.11.2019 tarixində başladı. Narınc xanım ilk modulda iştirakçılara uşaq psixologiyası haqqında ümumi məlumat verib hər yaş dövrünün xarakterik xüsusiyyətlərini vurğuladı, uşağın ana bətnindəki inkişafı mərhələsinə geniş yer ayırdı, uşağın ilkin diaqnostikası, diaqnozun təyin olunması mövzularında zəruri informasiyalar verdi, həmçinin iştirakçıların suallarını cavablandırdı.
İştirakçılar tərəfindən böyük marağa səbəb olan ilk dərs üçün Narınc xanıma dərin təşəkkürümüzü bildirir, kurs iştirakçılarına növbəti modullarda görüşmək ümidilə uğurlar arzu edirik.
Share to Odnoklassniki