‘Nərmin Quliyeva – Psixoloq’

Sosial fobiya

Fingers Pointing with Blame Shame

Sosial fobiya cəmiyyət arasında danışarkən, oturarkən, hər hansı işlə məşğul olarkən, sosial fəaliyyət zamanı ortaya çıxan, nevrotik xəstəliklər qrupuna aid olunan psixoloji problemdir. Qeyd olunan narahatlıqlar yalnız sosial mühitdə yaşanır. Məsələn: evdə tək olanda rahat şəkildə telefonda danışan biri, cəmiyyət arasında telefonda danışa bilmir və təşviş keçirir. Bu hallar artdıqca mühitdən uzaqlaşır və tamamilə özünə… Ətraflı

Bulimiya (qidalanma pozuntusu)

12443236_951923994856587_363726573_n

Mən kök yox, kiloluyam…  Simptomları və səbəbləri: Qidalanma pozuntuları, əsasən ani çəki itkisi və qeyri-kafi qidalanma təhlükəsi olan insanlarda daha çox müşahidə olunur. Qidalanma pozuntusu olan insanların təxminən 5%-i bulimiyadan əziyət çəkir. Bulimiya nədir? Bulimiya – insanın nəzarətsiz, böyük miqdarda yemək yeməsi və bu prosesi saxlamaqda çətinlik çəkməsi ilə xarakterizə olunur. Simptomlar adətən erkən yeniyetməlik… Ətraflı

Posttravmatik stress pozuntusu

social-media-Post-Traumatic-Stress-Disorder

Məqalədə günümüzün aktual psixoloji problemlərindən biri olan posttravmatik stressdən danışarıq. Düzdü problemi bütün aspektləri ilə bir məqalədə əhatə etmək çətindi. Hər halda müəyyən maariflənmə xüsusiyyəti daşıyacağından, bu səbəbdən də cəmiyyətə, insanlarlarımıza faydalı ola biləcəyindən dolayı Sizlərlə paylaşmağa qərar verdik. Necə deyərlər; “Öyrənməsən, öyrədə bilməzsən”. Q.Qaliley Ümumi xüsusiyyətləri: Posttravmatik stress pozuntusu, yaşanmış travmatik stressdən sonra bir… Ətraflı

Depressiya

girl_railway_mood_autumn_depression_48912_2560x1440

Ümumi xüsusiyyətləri Depressiya, gündəlik hadisələr nəticəsində yaşanan kədər və qəmdən fərqli olaraq, fərdin əhval ruhiyyəsinə uzun müddət təsir göstərən, ətraf tərəfindən hiss edilən psixi problemdir. Depressiyanın əsas xüsusiyyətləri pessimizm, halsızlıq, çarəsizlik və həyatdan zövq almamaq, komorbid (yanaşı) müşahidə olunan simptomlardır. Depressiv şəxslərdə dəyərsizlik hissi, heç bir işdə bacarığının fərqinə varmama, gələcəklə bağlı ümidsizlik, özgüvən əksikliyi… Ətraflı

Panik pozuntu ilə hipertoniya arasında olan əlaqənin araşdırılması

85502-81387

Bu məqalədə panik pozuntusu olan şəxslərdə yaranan somatik simptomların xəstələrdə yaratdığı təşviş araşdırılmışdır. Panik pozuntusu olan insanlarda  kəskin ölüm qorxusu, infarktla bağlı narahatlıqlar, özünənəzarəti itirmə və dəli olma qorxusu mövcuddur. Təşviş əlamətləri adlanan  bu simptomlarla yanaşı, insanda baş gicəllənməsi, ürəkgetmə və buna uyğun hissin yaranması, asfiksiya (boğulma hissi), nəfəs darlığı, tənəffüs çətinliyi, taxikardiya (ürək döyüntülərinin… Ətraflı

Geriatrik xəstələrdə koqnitiv funksiyalar

geriatric

Diqqət fərqli koqnitiv funksiyadır. Geriatrik xəstələrdə diqqət, yaşlanma, depressiya və somatik xəstəliklərin beyin funksiyasına təsir göstərməsi kimi səbəblərlə mütəmadi olaraq pozulur. Əsasən diqqətlə yanaşı yaşlanmanın fonunda digər funksional proseslərdə aşkar pozuntular müşahidə olunmur. Geriatrik xəstələrdə yaddaşın dəyərləndirilməsi müayinənin xüsusi məqamıdır və diaqnoz üçün istiqamət verir. Pasiyentin performansı normal yaşlılıq ilə demensiyanın, psixiatrik xəstəliklər ilə demensiyanın… Ətraflı

Trixotillomaniya (saç və tük qoparma)

sac-yolduran-hastalik-trikotilomani_386

Səbəbləri Xəstəliyin səbəbləri, problem əsnasında beyində yaranan dəyişikliklər, digər xəstəliklərdən fərqli cəhətləri, narahatlığın dərəcəsini artıran faktorlarla bağlı tədqiqatlar davam edir.  Bəzi araşdırmalar nəticəsində aşkarlanmışdır ki, xəstəlik neyrobioloji müddəti əhatə edir və xəstəliyin proqressiv müddətində genetik faktorlar xüsusi əhəhmiyyət daşıyır. Eynilə alkoqolizm, patoloji qumar, depressiya və digər psixiatrik xəstəliklərdə olduğu kimi genetik, duyğusal və mühit faktorlarının… Ətraflı

Hipomaniya

pmd

Hipomaniya, insanın psixoloji və somatik olaraq normadan artıq əhvalın müşayiət olunduğu, lakin maniya qədər şiddətli olmayan ruhi vəziyyətdir. Bu hal ən azı 4 gün, mütəmadi davam edən əsəb və ya sevinc ataklarının əvəzləndiyi fərqli əhval mərhələlərinin ifadə şəklidir. Qeyd olunan diaqnozun qoyulması üçün aşağıda göstərilən simptomlardan ən azı 3 və ya 4-nün olması mütləqdir: özünüqiymətləndirmənin… Ətraflı

Hamiləlikdə panik atak

MaternityBlogPostImage

Panik atak hamiləlik dövründə tez-tez rast gəlinən vəziyyətdir. Bu dövr qadın üçün həm fiziki, həm də ruhi baxımdan böyük dəyişikliklərin olduğu mərhələdir. Hormon səviyyəsinin yüksəlməsiylə əlaqədar duyğusal hallar, əhvalın dəyişməsi yaşana bilər. Həmçinin uşaqla bağlı narahatlıqlar, “yaxşı ana ola biləcəm” kimi suallar, həyat tərzindəki dəyişikliklər və maddi problemlər də panik atakın psixoloji faktorlarını yaradır. Hamiləlikdə… Ətraflı

Keçmişdə yaşanan travmatik hadisələr hazırda psixoloji problem olaraq hansı formada ortaya çıxa bilər?

1374743259_uzgun-cocuk

Keçmişdə yaşanan narahatlığın bu günə təsirləri hansı formada reallaşır? Gündəlik problemlərin keçmişdəki bir travma ilə əlaqəsi varmı? İnsanın bu gün yaşadığı problemlərə səbəb olaraq, yaxın ya da uzaq keçmişdə yaşadığı neqativlikləri göstərməsi, problemin mənbəyinə çatmaq üçün kifayət edər? Belə bir şüura sahib olmaq problemin çıxış yolu kimi ola bilər? Və ya bu vəziyyətdə əksinə fərdin… Ətraflı