Geriatrik xəstələrdə koqnitiv funksiyalar

geriatric

Diqqət fərqli koqnitiv funksiyadır. Geriatrik xəstələrdə diqqət, yaşlanma, depressiya və somatik xəstəliklərin beyin funksiyasına təsir göstərməsi kimi səbəblərlə mütəmadi olaraq pozulur. Əsasən diqqətlə yanaşı yaşlanmanın fonunda digər funksional proseslərdə aşkar pozuntular müşahidə olunmur. Geriatrik xəstələrdə yaddaşın dəyərləndirilməsi müayinənin xüsusi məqamıdır və diaqnoz üçün istiqamət verir. Pasiyentin performansı normal yaşlılıq ilə demensiyanın, psixiatrik xəstəliklər ilə demensiyanın fərqləndirilməsində əhəmiyyətlidir. Uzun müddətli yaddaşın müayinəsi zamanı əvvəlki hadisələrin xatırlanmasına baxılır. Yaxşı insanlar yeni həyati məqamları xatırlamaqda çətinlik çəksələr də öncəki yaşantıları ilə bağlı xatırlamalarda çətinlik çəkmirlər. Tədqiqatlar göstərir ki, operativ yaddaşın pozulması yaşla bağlıdır. Hər on ildə funksional prosesdə 10% azalma müşahidə edilir. Uzun müddətli və qısa müddətli yaddaş, əsasən xüsusi testlər vasitəsilə qiymətləndirilir. Qavrama funksiyaları yaşlılarda eynilə gənclərdə olduğu kimidir. Lakin obyektlərin məkan daxilində 3 miqyaslı və doğru yerləşmə ilə bağlı qavrama funksiyası yaş artdıqca reqressivləşməyə başlayır.

Nitq və dil funksiyaları

Əsasən yaş artdıqca aktuallığını qoruyub saxlayır. Hətta söz ehtiyatı arta bilər. Söz xəzinəsində xatırlamada yüngül pozuntu ola bilər. Lakin pedoqoji korreksiya ilə aradan qaldırıla bilər. Yaşlılarda depressiya və demensiya kimi narahatlıqların olmasıyla nitq qabiliyyəti azala bilər.

Hərəkət funksiyaları

Hərəkət zamanı yavaşlamanın yaranması normal yaşlanma ilə bağlı olduğu kimi neyropatoloji müddətdə də görülə bilər. Azalmış əzələ gücü, beyin travmasını (vaskulyar, şiş və ya metastaz) ifadə edə bilər və ya demensiyanın simptomu ola bilər. Kompleks motor funksiylarını (geyinmə, yemə) həyata keçirmədə pozuntunun yaranması spesifik beyin sisteminin funksiya pozuntularına aid edilə bilər. Motor qabiliyyətlədə pozuntu da digər koqnitiv dəyərləndirmələr kimi yaşlanma ilə demensiyanı fərqləndirmək üçün xüsusi vasitədir.

Nərmin Quliyeva
Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi

Share to Odnoklassniki