‘Xəbərlər’

Təlim prosesində mobil telefondan istifadənin yaratdığı psixoloji problemlər

IMG-20191014-WA0027

Ceyhun Alıyev, psixologiya üzrə fəlsəfə doktoru, dosent  Psixologiya Elmi Tədqiqat İnstitutu. Təlim prosesində mobil telefondan istifadənin yaratdığı psixoloji problemlər  London İqtisadiyyat Məktəbinin alimləri Lui-Filip Beland və Riçard Mörfi tərəfındən aparılan araşdırmaya görə, mobil telefondan istifadə etmədikdə tələbələrin dərslərdə müvəffəqiyyət dərəcəsi orta hesabla 6.4 faiz   artmış olur. Bu tədqiqatın daha bir maraqlı nəticəsi belədir ki, telefon… Ətraflı

Koqnitiv Bihevioral Terapiya Kursunun III modulu

IMG_20191012_145517

Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu, Xəzər Universitetinin Psixologiya Departamentinin pedaqoqu, İtaliyada sinir elmləri üzrə uzmanlıq keçmiş mütəxəssis Aydan Xasməmmədzadənin tədris etdiyi Koqnitiv Bihevioral Terapiya Kursunun 12.10.2019 tarixində baş tutan lll modulundan görüntüləri sizə təqdim edirik. İnteraktiv keçən, qarşılıqlı müzakirələrlə davam edən növbəti dərs üçün Aydan xanıma təşəkkürümüzü bildirir, kurs iştirakçılarına növbəti modulda görüşmək… Ətraflı

AİLƏ PSİXOLOGİYASI

IMG-20191007-WA0017

Ailə psixologiyası II dünya müharibəsindən sonra sürətlə yayılmağa başladı. Ailə dinamikləri haqqında ilk çalışan Z. Freyd, lakin ilk dəfə ayrıntılı incələyən Alfred Adler olmuşdur. Ailələr qarışıq sistemlərdir. Ailədəki hər fərd öz perspektivindən dünyaya baxar. Bu baxış bucağı ailədəki həyəcanı tarazda saxlamağa kömək edir. Həyəcan, aid olma ilə azadlıq arasındadır. Psixoloqlar, bütün insan davranışlarına, istər şüurlu,… Ətraflı

Koqnitiv Bihevioral Terapiya Kursunun ikinci modulu

Instagram_psixologiya_institutu_70290997_135354861148565_2327980777630702041_n

Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu, Xəzər Universitetinin Psixologiya Departamentinin pedaqoqu, İtaliyada sinir elmləri üzrə uzmanlıq keçmiş mütəxəssis Aydan Xasməmmədzadənin tədris etdiyi Koqnitiv Bihevioral Terapiya Kursunun ikinci modulu 05.10.2019 tarixində baş tutdu. İnteraktiv keçən, qarşılıqlı müzakirələrlə davam edən növbəti dərs üçün Aydan xanıma təşəkkürümüzü bildirir, kurs iştirakçılarına növbəti modulda görüşmək ümidilə uğurlar arzu edirik.

Koqnitiv Bihevioral Terapiya Kursunun ilk modulu

IMG_20190928_171901

28.09.2019 tarixində çoxdandır gözlənilən Koqnitiv Bihevioral Terapiya Kursunun ilk modulu baş tutdu. Kursu tədris edən, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu, eyni zamanda Xəzər Universitetinin Psixologiya Departamentinin pedaqoqu Aydan Xasməmmədzadə ilk dərsdə kurs iştirakçılarına Koqnitiv Bihevioral Terapiyanın məqsədi, istifadə imkanları haqqında ətraflı izah verdi, onların suallarını cavablandırdı. Biz də Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq, iştirakçılar… Ətraflı

“ÖYRƏNƏK VƏ YARDIM EDƏK” adlı Xeyriyyə Seminarı

IMG-20191005-WA0044

Valideyn himayəsindən məhrum olmuş uşaqlara yardım məqsədilə təşkil olunan “ÖYRƏNƏK VƏ YARDIM EDƏK” adlı Xeyriyyə Seminarımız 05.10.2019 tarixində baş tutdu. Seminarda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu, Xəzər Universitetinin Psixologiya Departamentinin pedaqoqu, İtaliyada sinir elmləri üzrə uzmanlıq keçmiş Aydan Xasməmmədzadə “Asılılığın psixologiyası”, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi Psixologiya… Ətraflı

“AZAD RUHUN PSİXOLOGİYASI” adlı elmi-psixoloji konfrans

IMG-20191021-WA0003

Psixologiya Elmi-Tədqiqat İnstitutu sizi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “AZAD RUHUN PSİXOLOGİYASI” adlı elmi-psixoloji konfransa dəvət edir. Konfrans 23 Noyabr 2019 tarixi, saat 12:00-16:00-da Psixologiya Elmi-Tədqiqat İnstitutunda baş tutacaq. Konfransda iştirak ödənişsizdir. Ətraflı məlumat və qeydiyyat üçün əlaqə nömrəsi: 070 268 27 08 ( mob/what’s App)

“YENİYETMƏ PSİXOLOGİYASI” adlı kurs proqramı

IMG-20191015-WA0065

Psixologiya Elmi-Tədqiqat İnstitutu 12-16 yaşlı yeniyetmələr və onların valideynlərini “YENİYETMƏ PSİXOLOGİYASI” adlı kurs proqramına dəvət edir. Proqram Bakı Dövlət Universitetinin müəllimi, Logo Center Psixoloji və Nitq İnkişafı Mərkəzinin rəhbəri, psixoloq Mətanət Əliyeva tərəfindən tədris olunacaq. Təqdim olunan  proqramda valideynlərlə yanaşı, 12-16 yaşlı uşaqlar da iştirak edəcək və eyni mövzuda onlarla qrup terapiyaları təşkil olunacaqdır. Proqram… Ətraflı

ÖDƏNİŞSİZ DİAQNOSTİKA

IMG-20191017-WA0045 (1)

Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzi ÖDƏNİŞSİZ DİAQNOSTİKA elan edir. Diaqnostika mərkəzin mütəxəssisləri: klinik psixoloq, Xəzər Universitetinin Psixologiya Departamentinin pedaqoqu, İtaliyada sinir elmləri üzrə uzmanlıq keçmiş mütəxəssis Aydan Xasməmmədzadə və Türkiyədə Hacettepe Universitetində ixtisaslaşmış uzman psixoloq Nəzrin Məmmədzadə tərəfindən aparılacaq. Ödənişsiz diaqnostika yalnız 2 gün, 24-25 Oktyabr 2019 tarixlərində, saat… Ətraflı

“PSİXODİAQNOSTİKA: Proyektiv Metod və Metodikalar” Kursu

IMG-20191021-WA0064

Psixologiya Elmi-Tədqiqat İnstitutu ilk dəfə olaraq “PSİXODİAQNOSTİKA: Proyektiv Metod və Metodikalar” Kursunu təqdim edir. Nəzəri biliklər və praktik texnikalarla zəngin olan kurs proqramı Bakı Dövlət Universitetinin Sosial Pedaqoji Psixologiya Kafedrasının müəllimi, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu Əli Xəlilov tərəfindən Azərbaycan və Rus dili olmaqla iki dildə, iki qrup üzrə tədris ediləcək. Hər qrupda iştirakçı… Ətraflı