AİLƏ PSİXOLOGİYASI

IMG-20191007-WA0017
Ailə psixologiyası II dünya müharibəsindən sonra sürətlə yayılmağa başladı. Ailə dinamikləri haqqında ilk çalışan Z. Freyd, lakin ilk dəfə ayrıntılı incələyən Alfred Adler olmuşdur.
Ailələr qarışıq sistemlərdir. Ailədəki hər fərd öz perspektivindən dünyaya baxar. Bu baxış bucağı ailədəki həyəcanı tarazda saxlamağa kömək edir. Həyəcan, aid olma ilə azadlıq arasındadır.
Psixoloqlar, bütün insan davranışlarına, istər şüurlu, istərsə də şüursuz olsun, insanın ehtiyaclarının səbəb olduğunu irəli sürürlər. Ehtiyac bir əskikliyin hiss edilməsi, orqanizmdə fizioloji tarazlığın pozulmasının göstərilməsidir.
Ehtiyaclar əsasən iki yerə bölünür. Həyatımızın ilk illərində fizioloji ehtiyaclarımız, sonrakı illərdə isə bunların yerini psixoloji ehtiyaclar alır. İnsan sağlamlığı və xoşbəxtliyi üçün bu ehtiyaclardan doyuma çatmalıdır. Ehtiyacları doyuma çatdırmanın ən təbii yolu , AİLƏDİR.
Ailənin əsas da üç ehtiyacının qarşılanması çox vacibdir. Bunlar səmimilik(intimacy), güc (power), məna (meanining). İnsanların başqaları ilə birlikdə olmağa ehtiyacı vardır, eyni zamanda özlərini ifadə etməyə və tək olmağa da ehtiyacları vardır. Bütün bunlar insanın həyatının bir mənası olmağına kömək edir. Bir çox insan üçün səmimiyyət hetroseksual münasibətlər, güc iş həyatı, məna uşaq sahibi olmaqdır. Ancaq ailənin bu üç məqsədinin qarşılanmasının məcburi olduğu deyilməsə də, ailə olmadan bu ehtiyacları doyuma çatdırmaq nadir hallarda mümkün olur.
Ailə sistemində əsas olanın bəziləri aşağıdakılardır.
1.Dəyərli olma duyğusu. “Mən dəyərliyəm” duyğusunu ailə içində hiss edən bir şəxs özünü təsdiq etməyə çox ehtiyac duymaz. Ailənin bizə olan münasibəti mən dəyərliyəm, ya da dəyərsizəm duyğusuna aparar.
2.Güvən duyğusu. Güvənli bir mühit yaratmazsaq, ailə üzvləri daha güvəndə hiss edəcəkləri başqa mühitə yönələrlər.
3. Yaxınlıq və mübarizə duyğusu. Ailə üzvlərinin bir-biri ilə yaxın və güvən duyğusu içində olması, ən ehtiyac olanlardan biridir. Əgər ailə içində qarşılıqlı güvən və mübarizə duyğusu varsa, həmin ailə üzvlərinə kənardan gələn stress yaradan hadisələr çox da təsir etməz. Mübariz bir ailədən olan insanlar, kənardakı insanlara qarşıda güvən hissi ilə yaxınlaşarlar və hər bir iş üzərində mübarizə aparmağa çalışarlar. Lakin güvənsiz ailələrdə yaşayan insanlar isə özləri də daxil olmaqla heç kimsəyə güvənməzlər və mübarizə aparmazlar.
4.Məsuliyyət hissi. Ailə içində yaradılmalı olan məsuliyyət hissi ailə üzvlərinin əsas etməsi gərəkən işlərdəndir. Ailə içində sadəcə ana, ata deyil, hər kəs öz məsuliyyətini bilməli və ona görə davranmalıdır . Əgər ailədə bütün məsuliyyəti valideyn öz üzərinə götürərsə, o uşaq gələcəkdə qarşılaşacağı bütün problemlərdə özünü deyil, başqalarını günahlandırar.
5.Çətinliklərə qarşı mübarizə aparmaq və onların öhdəsindən gəlmək. Uşaqlara hər şey hazır verilməməlidir, onlar əldə etmək istədikləri bir şey üzərində mübarizə aparmalıdırlar. Rastlaşdığı hər çətinlikdə, böyüklər tərəfindən kömək alan uşaq, gələcəkdə böyük bir insan olduğu zamanlarda da rastlaşacağı çətinliklərdə başqalarından kömək gözləyəcək bir şəxsə çevrilər.
6. Xoşbəxtlik və özünü inkişaf etdirmə mühiti. Ailə şəraiti bir xoşbəxtlik şəraiti olmalıdır. Xoşbəxt ailə şəraitində yetişən insanlar qarşılaşdıqları neqativ hadisədən də yaxşı bir yön tapa bilirlər.
…və s.
 MÜƏLLİF: PSİXOLOJİ XİDMƏT VƏ REABİLİTASİYA MƏRKƏZİNİN PSİXOLOQU NƏRMİN VƏLİYEVA
Share to Odnoklassniki