28.09.2019 tarixində çoxdandır gözlənilən Koqnitiv Bihevioral Terapiya Kursunun ilk modulu baş tutdu. Kursu tədris edən, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu, eyni zamanda Xəzər Universitetinin Psixologiya Departamentinin pedaqoqu Aydan Xasməmmədzadə ilk dərsdə kurs iştirakçılarına Koqnitiv Bihevioral Terapiyanın məqsədi, istifadə imkanları haqqında ətraflı izah verdi, onların suallarını cavablandırdı.
Biz də Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq, iştirakçılar tərəfindən rəğbətlə qarşılanan ilk dərs üçün Aydan xanıma təşəkkürümüzü bildirir, kurs iştirakçılarımıza növbəti modulda görüşmək ümidilə uğurlar arzu edirik.